mətbəə

is. imprimerie f ; typographie f əlyazmanı ~yə göndərmək envoyer le manuscrit à l’imprimerie ; ~ xətaları fautes f pl d’impression, coquilles f pl

mətanətsizlik
mətbəəçi
OBASTAN VİKİ
Mətbəə
Mətbəə — müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisə. Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdır. Daha sonra 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı. XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasına gətirib çıxardır. Çətinliklə olsa da görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək "ƏKİNÇİ" qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə milli mətbuatımızın əsası qoyuldu. Azərbaycan mətbuatı üçün Əkinçinin ayağı yüngül oldu . Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc edirdilər. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar .
Çaşıoğlu (mətbəə)
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat "Çaşıoğlu" şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Qeyrət (mətbəə)
"Qeyrət" mətbəəsi — Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadənin maddi köməkliyi ilə Tiflisdə "Şərqi-Rus" qəzetinin bazasında yaratdıqları mətbəə-nəşriyyatı (1905–11). 1905-ci ilin yanvarında "Şərqi-rus" qəzeti borca düşüb bağlandı və M. Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxarmaq qərarına gəldi. Bu elə bir dövr idi ki, ölkəni başdan başa birinci rus inqilabının dalğaları bürümüş, hər yerə yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmışdı. Belə bir dövrdə "Şərqi-rus"un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Cəlil Məmmədquluzadənin birgə fəaliyyətinin yeni dövrünə yol açdı, onlar məhz "Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu" (Ömər Faiq) olan "Molla Nəsrəddin" kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini onun ətrafına toplayıb, mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki məndə var" cavabını vermişdi. Ziyalılar mətbəənin maddi tərəfini öz üzərinə götürəcək 3-cü adam axtarışına çıxdılar. Ömər Faiq yazırdı ki, 3-cü adamı qabaqca ziyalılar arasında axtarmağa çalışsaq da, tapa bilmədik. Çünki ziyalılarda pul, pullarda ziya yox idi.
Səda (mətbəə)
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Tazə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Tazə həyat"ın çapına razılıq alır. "Tazə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Orucov Qardaşları Mətbəə Nəşriyyatı
Orucov Qardaşları Mətbəə Nəşriyyatı — 1906–17-ci illərdə Bakıda Oruc, Qənbər və Abuzər Orucov qardaşlarına məxsus mətbəə-nəşriyyat. Oruc, Qəmbər və Abuzər Orucov qardaşları XIX əsrin sonlarında Bərdənin Alpout kəndində anadan olublar. Bərdədə olan mülklərini sataraq Bakıya köçüblər. 1906-cı ilin payızında mətbəə açmaq üçün Varşavadan çap maşını gətiriblər. Nəşriyyatın kitab çapından başqa kitab və yazı ləvazimatı satan mağazaları da olub. Nəşriyyat İstiqlaliyyət küçəsində Tağıyevə məxsus binada yerləşirdi. Bu nəşriyyatda qardaşlar tərəfindən Azərbaycan, rus, avropa və şərq xalqları ədəbiyyatına aid bir çox kitablar çap edilib. 12–13 il (1905–1918) fəaliyyət göstərən mətbəə bu illərdə elmin müxtəlif sahələrinə aid və müxtəlif dillərdə 300-dən çox kitab və kitabça çap etmişdir. Azərbaycan yazıcılarından A. Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü. Hacıbəyov və başqa klassiklərin onlarla əsərləri bu mətbəədə işıq üzü görmüşdür. Orucov qardaşları Azərbaycan ədəbiyyatı nümunələrinin nəşrinə geniş yer verirdi.
Qədim nəşriyyat və mətbəə
İspaniya Mətbəə İşçilərinin Həmkarlar İttifaqı
İspaniya Mətbəə İşçilərinin Həmkarlar İttifaqı (isp. Sindicato de Obreros Tipógrafos) — İspaniyanın mətbəə işçilərinin birləşdiyi aparıcı həmkarlar ittifaqı təşkilatı. 1897-ci ildə yaradılmışdır. Bu təşkilat ölkədə yaradılmış ilk katolik həmkarlar ittifaqı idi. La Organización Sindical Española, Escuela Sindical 1961. 1961: Madrid, page 27.
"Nina" mətbəəsi (film, 1963)
Avlabar mətbəəsi
Avlabar mətbəəsi — Rusiya SDFP Qafqaz İttifaq Komitəsinin gizli mətbəəsi. == Tarixi == Mətbəə 1903-cü ildə Tiflis şəhərinin Avlabar məhəlləsində yaradılmışdır. Bu, yer altında idi, mətbəəyə su quyusu ilə düşüb-çıxırdılar. RSDFP Qafqaz İttifaqının 1904-cü ildə keçirilən III qurultayının Avlabar mətbəəsinin gücünü artırmaq qərarı ilə əlaqədar, 1904-cü ilin yayında Bakı şəhərindən Tiflisə Auqsburq sistemli sürətli çap maşını gətirilmişdi. Avlabar mətbəəsində Vladimir Leninin "Proletariatın və kəndlilərin inqilabi-demokratik diktaturası", "Kənd yoxsullarına" əsərləri, RSDFP-nin Proqram və Nizamnaməsi, vərəqə və intibahnamələr çap olunmuşdur. "Proletariatis brdzola" (Proteletariatın mübarizəsi), "Proletariatis brdzonlis purseli" (Proletariatın mübarizə vərəqəsi) qəzetləri də burada çap edilmişdir. Avlabar mətbəəsində çap olunan məqalə, vərəqə və intibahnamələri Qafqaz İttifaqı Komitəsinin üzvləri – Mixail Sxakaya, Aleksandr Sulukidze, İosif Stalin, Stepan Şaumyan, Vladimir Borbovski, F. Maxaridze və başqaları hazırlayırdılar. Mətbəədə materiallar rus, gürcü, erməni dillərində çap edilir və Cənubi Qafqazda, həmçinin Rusiyada yayılırdı. Qafqaz İttifaq Komitəsinin göstərişi ilə Avlabar mətbəəsi Yelizavetpol (indiki Gəncə) bolşevik qrupu üçün vərəqələr çap olunurdu. 1905-ci ilin yayınadək ümumi tirajı 9,600 nüsxə olan 5 vərəqə nəşr edilmişdi.
Nina mətbəəsi
Nina mətbəəsi (rus. Нина типография) — XX əsrin əvvəllərində Bakıda gizli şəkildə fəaliyyət göstərmiş mətbəə. Nina mətbəəsi əsasən bolşevik yönümlü təbliğatla məşğul olurdu və İskra qəzeti ilə sıx fəaliyyət göstərmişdir. Mətbəənin adı qədim şumerlərdəki Nina ilahəsindən götürülmüşdür. Əfsanəvi Nineviyanın və Assuriya imperiyasının yaradıcısını bu cür adlandırılmışdır. Elə bu adı da inqilabçıların Bakıdakı ilk gizli mətbəəsi daşıyırdı. 1898-ci ilin martında yaranan Rusiya sosial-demokrat partiyasının 3 il sonra Bakıda komitəsi yaradılmışdır. Mətbəənin yaradılmasında gürcü inqilabçısı Lado Ketsxovelinin böyük rolu olmuşdur. 1900-cü ildə Tiflis sosdemlərinin tapşırığı ilə Bakıya gələn Lado 1 il sonra partiyanın gizli mətbəəsinin təşkilini nail olur. Tez-tez ünvanını dəyişən “Nina” mətbəəsinin yaranmasında böyük səy göstərən digər şəxslər isə Bakı komitəsinin ilk tərkibinə daxil olan Avel Yenukidze, Lev Krasin, Qalperin, Eyzenbet və Faynberq idi.
Qeyrət mətbəəsi
"Qeyrət" mətbəəsi — Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadənin maddi köməkliyi ilə Tiflisdə "Şərqi-Rus" qəzetinin bazasında yaratdıqları mətbəə-nəşriyyatı (1905–11). 1905-ci ilin yanvarında "Şərqi-rus" qəzeti borca düşüb bağlandı və M. Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxarmaq qərarına gəldi. Bu elə bir dövr idi ki, ölkəni başdan başa birinci rus inqilabının dalğaları bürümüş, hər yerə yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmışdı. Belə bir dövrdə "Şərqi-rus"un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Cəlil Məmmədquluzadənin birgə fəaliyyətinin yeni dövrünə yol açdı, onlar məhz "Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu" (Ömər Faiq) olan "Molla Nəsrəddin" kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini onun ətrafına toplayıb, mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki məndə var" cavabını vermişdi. Ziyalılar mətbəənin maddi tərəfini öz üzərinə götürəcək 3-cü adam axtarışına çıxdılar. Ömər Faiq yazırdı ki, 3-cü adamı qabaqca ziyalılar arasında axtarmağa çalışsaq da, tapa bilmədik. Çünki ziyalılarda pul, pullarda ziya yox idi.
Səda mətbəəsi
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Tazə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Tazə həyat"ın çapına razılıq alır. "Tazə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Çaşıoğlu mətbəəsi
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat "Çaşıoğlu" şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Bunsen (mətbəəçilik)
Bunsen (文選) – yapon tipoqrafik çap üsulu. Rəqəmsal dövrə qədər Yaponiyada qəzet və kitab çapında geniş istifadə olunurdu. İş masası nəşrinin standartlaşmasından sonra sıradan çıxmışdır. == Tarixi == Bunsen XIX əsrin ikinci yarısında Avropa texnologiyasının Yaponiyaya gəlişindən sonra yaranmışdır. 1877-ci ildə "Shuiesha" nəşriyyatı tərəfindən Yaponiyada bunsen üsulu ilə ilk kitab çap olunmuşdur. 1970-ci illərdə kompüterlə hərf düzmə metodunun ortaya çıxmasından sonra bunsen öz əhəmiyyətini itirməyə başlamışdır. 1990-cı illərdə iş masası nəşrinin yayılması bunsenin ortadan qalxmasına səbəb olmuşdur. Bəzi şirkətlər 2003-cü ilə qədər bunsen ilə kitab çap etməyə davam etmişdir. Hazırda Yaponiyada estetik məqsədlər üçün bu üsulla kitab çap edən sadəcə bir neçə şirkət var. == Proses == Tipoqrafik çap üsulunda qurğuşun çubuqlardan hazırlanmış, yeri dəyişdirilə bilən şriftlərdən istifadə olunur.

Значение слова в других словарях