MƏXMƏRƏK
MƏXRƏC
OBASTAN VİKİ
Məxməri ağcaqayın
Məxməri ağcaqayın (lat. Acer velutinum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Hündürlüyü 35–40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir. Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur. Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır.
Məxməri göyrüş
Məxməri göyrüş (lat. Fraxinus velutina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır. Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.
Məxməri gərməşov
Məxməri gərməşov (lat. Euonymus velutinus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir növüdür. 1,5–4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3–5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs–yumurtavari, 2–8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1–6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Talış məxməri kəpənəyi
Talış məxməri kəpənəyi (lat. Pararge adrastoides) — pararge cinsinə aid heyvan növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur. Talışın ovalıq, dağətəyi və dağları (meşənin yuxarı hissəsinə qədər). Kölgəli sıx otluqlu meşə kənarları talaları və meşə zolaqları. Azsaylıdır. Ovalıqda yazda və yayın ortalarında uçuşur, ildə iki nəsil verir, dağlarda (Lerik, Yardımlı rayonları) bir nəsil verir, kəpənəklər iyun – iyulda uçuşur. Tırtıllar yayın əvvəlində, payızda (ovalıqda) və avqustda (dağlarda) müxtəlif yabanı dənli bitkilər üzərində yaşayırlar. Pup mərhələsində qışlayır. Təbii düşməni və xəstəlikləri məlum deyildir.

Значение слова в других словарях