NÜTFƏ
NÜVƏCİK
OBASTAN VİKİ
Nüvə
Hüceyrə nüvəsi — Nüvə hüceyrənin mərkəzində yerləşən ən əsas hissəsidir. Atom nüvəsi — atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayiət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Nüvə (kompüter) — əməliyyat sisteminin mərkəzi hissəsi.
Hibrid nüvə
Hibrid-nüvə (ing. Hybrid kernel) — modifikasiya olunmuş mikro-nüvələr (kompyuterin əməliyyat sisteminin əsas minimal funksiyalarının toplusu) əməliyyatın sürətləndirilməsi üçün nüvənin sahəsində “nəzərə çarpılmayacaq” hissəsini işlətmək üçün imkan yaradır. == “Hibrid” nüvələrin üstünlükləri və çatışmazlıqları == Nəzərdən keçirilmiş bütün əməliyyat sistemlərinin hazırlanması yanaşmalarının öz üstün və əskik cəhətləri var. Bir çox halda müasir ƏS-ləri bu yanaşmaların ayrı-ayrı kombinasiyalarından istifadə edir. Misal üçün, hal-hazırda, "Linux"un nüvəsi monolit sistem olmaqla ayrı-ayrı nüvə modullarından ibarətdir. Nüvənin kompilyasiyası zamanı bir çox modul adlandırılan komponentilərinin dinamik yüklənməsi və dayandırılmasına icazə vermək olar. Modulun yüklənməsi zamanı onun kodu sistem səviyyəsində yüklənir və nüvənin digər hissələri ilə əlaqəyə keçir. Modulun daxilində nüvənin ixrac etdiyi istənilən funkaiyalarından istifadə etmək mümkündür. GNU ƏS-nin (Debian/GNU Hurd) bir neçə variantında monolit nüvə yerinə Mach nüvəsindən istifadə olunur ("Hurd"dakı kimi) və onun üzərində – istifadəçi məkanında "Linux"un istifadəsi zamanı nüvənin bir hissəsi ola biləcək prosseslər işləyir. Qarışıq yanaşmanın başqa bir nümunəsi də monolit nüvəli ƏS-nin mikro-nüvə vasitəsilə yüklənməsi olardı.
Linux (nüvə)
Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, azərb. Linuks‎) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb. Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir. Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Monolitik nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Nüvə (kompyuter)
Nüvə (kompüter) — əməliyyat sisteminin nüvəsi əməliyyat sisteminin mərkəzi hissəsidir. O, tətbiqi proqramlara prosessor zamanını və yaddaş kimi kompüterin resürslarını bölüşməyi təmin edir. Bundan başqa, nüvə fayl sistemi və şəbəkə protokolları servislərini təqdim edir. Nüvə əməliyyat sisteminin əsas elementi olaraq proqramların resurslardan ıstıfadəsində ən aşağı səviyyəni təşkil edir. Bu zaman Nüvə- proqramın proseslərinin proseslərarası əlaqə mexanizmi ilə qarşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə (ƏS-in sistem çağırışlarına) müraciətini təmin edir. Qeyd olunan məsələnin həlli yolları nüvənin arxitekturasından və onun həyata keçirilməsi üsulundan asılı olaraq müxtəlif ola bilərlər. Aşağıdakı nüvə arxitekturaları mövcuddur: Monolit nüvə Modullardan təşkil olunmuş nüvə Mikronüvə Ekzonüvə Nanonüvə Hibrid nüvə Monolit nüvə zəngin qurğu seçiminə malik olur. Monolit nüvəni xarakterizə edən xüsusiyyətlərdən biri onun bütün hissələrinin yaddaşın eyni ünvan məkanında işləməsidir. Köhnə monoloit nüvələrdə qurğuların tərkibinin hər hansı şəkildə dəyişikliyə məruz qalması halında onların yenidən kompilyasiyasını tələb olunurdu. Müasir monolit nüvələrəin əksəriyyəti isə iş zamanı nüvənin funksional imkanlarını artıran modulların yüklənməsini təmin edirlər.
Nüvə (kompüter)
Nüvə (kompüter) — əməliyyat sisteminin nüvəsi əməliyyat sisteminin mərkəzi hissəsidir. O, tətbiqi proqramlara prosessor zamanını və yaddaş kimi kompüterin resürslarını bölüşməyi təmin edir. Bundan başqa, nüvə fayl sistemi və şəbəkə protokolları servislərini təqdim edir. Nüvə əməliyyat sisteminin əsas elementi olaraq proqramların resurslardan ıstıfadəsində ən aşağı səviyyəni təşkil edir. Bu zaman Nüvə- proqramın proseslərinin proseslərarası əlaqə mexanizmi ilə qarşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə (ƏS-in sistem çağırışlarına) müraciətini təmin edir. Qeyd olunan məsələnin həlli yolları nüvənin arxitekturasından və onun həyata keçirilməsi üsulundan asılı olaraq müxtəlif ola bilərlər. Aşağıdakı nüvə arxitekturaları mövcuddur: Monolit nüvə Modullardan təşkil olunmuş nüvə Mikronüvə Ekzonüvə Nanonüvə Hibrid nüvə Monolit nüvə zəngin qurğu seçiminə malik olur. Monolit nüvəni xarakterizə edən xüsusiyyətlərdən biri onun bütün hissələrinin yaddaşın eyni ünvan məkanında işləməsidir. Köhnə monoloit nüvələrdə qurğuların tərkibinin hər hansı şəkildə dəyişikliyə məruz qalması halında onların yenidən kompilyasiyasını tələb olunurdu. Müasir monolit nüvələrəin əksəriyyəti isə iş zamanı nüvənin funksional imkanlarını artıran modulların yüklənməsini təmin edirlər.
Nüvə batareyası
Nüvə batareyası (atom batareyası) – elektrik cərəyanı mənbəyi. Radioaktiv parçalanma nəticəsində ayrılan enerjini bilavasitə elektrik enerjisivə çevirir. Ən sadə nüvə batareyası radioaktiv şüalanma mənbəyindən və ondan dielektrik təbəqə ilə ayrılmış kollektordan (toplayıcıdan) ibarətdir. Parçalanma zamanı mənbə β {\displaystyle \beta } -şüalar buraxdığından müsbət, kollektor isə mənfi yukləndiyi üçün onların arasında potensiallar fərqi yaranır. Nüvə batareyalarından əsasən yığcam radio aparatlarında, qol saatlarında, ölçü cihazlarında və s. istifadə edilir.
Nüvə energetikası
Nüvə energetikası — nüvə (atom) enerjisindən elektrikləşdirmə və istiləşdirmə məqsədi ilə istifadə olunan enerketika sahəsi. Nüvə enerjisinin çevrilmə üsullarının işlənib hazırlanması müvafiq qurğuların layihələndirilməsi və onlardan praktikada istifadə ilə məşğul olan elm və texnika sahələri da nüvə energetikasına daxildir. Nüvə energetikasının əsasını AES-lər təşkil edir. Nüvə reaktorunda ağır kimyəvi elementlərin, əsasən, 235U və 239Pu izotopları nüvələrinin idarəolunan zəncirvarı reaksiyaları gedir. Uran və plutonium nüvələri bölündükdə ayrılan istilik enerjisi İES-lərdə tətbiq edilən üsulla elektrik enerjisinə çevrilir. AES-lərin əsas qurğusu istilik neytronları ilə və ya sürətli neytronlarla işləyən reaktorlardır. İstilik neytronları ilə işləyən reaktorlar quruluşça daha sadə olduğundan geniş yayılmışdır. İstilik neytronları ilə işləyən müxtəlif yavaşıdıcılı və istilik-daşıyıcılı bir çox reaktor tipləri yaradılmışdır. Lakin bu reaktorlarda təbii uran yanaçağından samərəli istifadə olunmadığından sürətli neytronlarla işləyən reaktorlar daha perspektivlidir. Onlarda ağır elementlərin nüvələri bölündükdə yeni süni nüvə yanaçağı (239Pu) yaranır.
Nüvə enerjisi
Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Sənayedə elektrik enerjisinin əldə edilməsi üçün tətbiq olunan texnologiyaya da nüvə enerjisi deyilir. Nüvə birləşməsinin praktiki tətbiqi hələ tədqiqat mərhələsində olsa da, nüvə parçalanması artıq 1950-ci illərdə uranın tətbiqi ilə sınaqdan keçirilmiş və geniş tətbiq olunmuşdur. Nüvə enerjisi adətən uran 235 və ya plutoniumun tətbqiqi ilə zəncirvari reaskiya nəticəsində əldə edilir. Nüvəyə neytronlar düşdükdə o parçalanaraq yeni neytronlar və qalıqlar alınır. Alınan bu hissəciklər yüksək kinetik enerjiyə malik olurlar. Qalıqların başqa atomlarla toqquşması zamanı bu kinetik enerji istiliyə çevrilir. Nüvə partlamasına ilk dəfə 1934-cü ildə Enriko Fermi təcrübə yolu ilə nail olub. İlk dəfə 1951-ci il dekabrın 20-də nüvə reaktorundan elektrik enerjisi əldə olunub. Prezident Dvayt Eyzenhaver 1953-cü ilin dekabrında “Atomlar Sülh üçün” çıxışında atomun faydalı istifadəsini vurğulamış və ABŞ-nin nüvə enerjisinin beynəlxalq istifadəsini dəstəkləyən güclü dövlətlər sırasında olduğunu bildirmişdi.
Nüvə fizikası
Nüvə fizikası — fizikanın bölünməsi; nüvənin quruluşunu, xassələrini, radioaktiv çevrilmə proseslərinin və nüvə reaksiyalarının mexanizmini öyrənir. Bəzən nüvə fizikasına elementar zərrəciklər fizikası və nüvə energetikası da daxil edilir. Nüvə fizikası astrofizika, bərk cisimlər fizikası, kimya, biologiya, tibb və s. elmlərin inkişafında mühüm rol oynayır. Nüvə fizikasının inkişaf tarixi şərti olaraq üç dövrə ayrılır: Radioaktivliyin kəşfindən nüvənin tərkibi müəyyən olunanadək (1896–1932) 1932–1949-cu illər Müasir dövr (1949–indiyədək) Birinci dövrdə nüvə haqqında yalnız ümumi faktlar tapılmış, uran və başqa nüvələrin radioaktivliyi kəşf edilmiş, α, β və γ radioaktivlik növləri aşkara çıxarılmış, 1911-ci ildə atomun planetar modeli verilmiş, sonradan nüvənin varlığı haqqında fikir söylənilmiş, nüvələrin süni çevrilməsi (nüvə reaksiyaları) və nüvə daxilində hidrogen atomununun nüvəsi (proton) kəşf edilmiş, kütlə-spektrometri vasitəsilə stabil izotoplar alınmış, yüklü zərrəciklər sürətləndiriciləri qurulmuşdur. 1932-ci ildə neytronun kəşfi ilə başlayan ikinci dövrdə nüvənin proton və neytronlardan ibarət olması haqqında model verilmiş, sürətləndirilmiş protonların köməyi ilə nüvə reaksiyaları alınmış, 1934-cü ildə süni radioaktivlik və nüvə izomerləri, 1939-cu ildə uran nüvəsinin neytronların təsiri ilə və 1940-cı ildə spontan bölünməsi kəşf edilmiş, zəncirvarı nüvə reaksiyalarının mümkün olması aşkara çıxarılmış, 1942-ci ildə ilk nüvə reaktoru qurulmuş, nüvə energetikasının əsası qoyulmuşdur. Güclü sürətləndiricilərin qurulması və kosmik şüaların tərkibində bir çox elementar zərrəciklərin kəşfi nüvə energetikası və elementar zərrəciklər fizikasının inkişafına və nüvə fizikasının sərbəst bölmələrinə çevrilməsinə zəmin yaratmışdır. Üçüncü dövr (müasir dövr) 1949-cu ildən başlanır, alçaq, orta və yüksək enerjilər fizikası kimi 3 bölməyə ayrılır. Birincidə nüvənin quruluşu problemləri, radioaktiv çevrilmə prosesləri və 200 mev.-dən kiçik enerjili zərrəciklərin yaratdığı nüvə reaksiyalarının tədqiqi; ikincidə 200 mev.-dən 1 qev.-dək enerjilərdəgedən proseslər, üçüncüdə isə 1 qev.-dən yüksək enerjilərdə gedən proseslər öyrənilir. Nüvə fizikası eksperimental və nəzəri nüvə fizikasına ayrılır.
Nüvə kimyası
Nüvə kimyası — radioaktiv reaksiyaları öyrənir. 1934-cü ildə İtalyan elm adamı Enrico Fermi Romada etdiyi təcrübələr nəticəsində neytronların çoxu atom növünü bölə biləcəyini tapdı. Uran neytronlarla bombalandığında gözlədiyi elementlər yerinə urandan daha çox yüngül atomlar tapdı. 1938-ci ildə də Almaniyada Otto Hahn və Frittz Strassman radium və berilium içern bir qaynaqdan uranı neytronlarla bombaladıqlarında Baram-56 kimi daha yüngül elementlər tapınca çaşdılar. Bu işlərini göstərmək üçün Nasist Almaniyasından qaçmış Avstraliyalı elm adamı Lisa MEITNER' e apardılar. MEITNER o sıralarda Otto R. Fris ilə birgə çalışırdı. Etdikləri təcrübələr nəticəsində ibarət olan/yaranan baram və digər yeni ibarət olan/yaranan maddələri uranın bölünməsi nəticəs(n)i ibarət olan/yaranan maddələr olduğunu düşündülər, amma reaksiyaya girən maddənin atom kütləsiylə məhsulların atom kütlələri bir-birini tutmurdu. Sonra Eynşteynin E=mC2 düsturunu istifadə edərək ortaya enerji çıxışını tapdılar, beləcə həm fisyon həm də kütlənin enerjiyə çevrilməsini nəzəriyyəsini ispat etdilər. 1939-cü da Bohr Amerikaya gəlir. Hahn Strassman Meitnin araşdırmalarıyla maraqlanırdı.
Nüvə matrisi
Nüvə matrisi — biologiyada nüvə matrisi hüceyrə nüvəsinin içərisində yerləşən liflər şəbəkəsidir və müəyyən dərəcədə bir hüceyrənin sitoskeletinə bənzəyir. Bununla birlikdə, sitoskeletdən fərqli olaraq, nüvə matrisi dinamik bir quruluş hesab olunur. Nüvə plitəsi ilə birlikdə hüceyrə daxilində genetik məlumatların təşkilində kömək edir. Bu matrisin dəqiq funksiyası hələ də müzakirə mövzusudur və onun mövcudluğu şübhə altındadır. Belə bir quruluşa dair dəlillər 1948-ci ildə (Zbarsk və Debov) tanındı və buna görə də bir çox matrisə bağlı zülallar aşkar edildi. Uzun müddətdir ki, polimer şəbəkəsi, "nüvə matrisi", "nüvə skleti" nın vacib komponenti olub-olmaması müzakirə mövzusu olaraq qalmaqdadır. İnterfazada qatılaşdırılmış metafaza xromosomlarının ekvivalenti olan xromosom ərazilərinin nisbi mövqeyinin, yüksək səviyyədə qurulmuş səthləri arasındakı əngəllər və ya elektrostatik itələyici qüvvələr səbəbiylə saxlanıla biləcəyinə dair sübutlar olsa da, bu anlayış müşahidələrə uyğun olmalıdır. Klassik matris çıxarma prosedurları ilə müalicə olunan hüceyrələr, nüvə matrisinin asidik zülallarının kiçik bir hissəsinin sərbəst buraxıldığı nöqtəyə qədər xüsusi əraziləri saxlayır - çox güman ki, nüvə skeleti ilə əlaqələrini idarə edən zülallardır. Nüvə matrix proteomu struktur zülallardan, şaperonlardan, DNT və RNT bağlayan zülallardan, xromatinin yenidən qurulması və transkripsiya faktorlarından ibarətdir . Genomik DNT-ni nüvə skeletinə bağladığı düşünülən DNT bölgələri, getdikcə artan qurulmuş bioloji fəaliyyət spektrini nümayiş etdirir.
Nüvə müharibəsi
Nüvə müharibəsi, nüvə silahından istifadə edilmiş müharibələrə deyilir. Tarixdə nüvə silahları sadəcə olaraq iki dəfə və tək tərəfli olaraq ABŞ tərəfindən İkinci dünya müharibəsi dövründə Yaponiya imperiyasına qarşı istifadə edilmişdir. Hal-hazırda isə bu termin nüvə silahına sahib olan və ona qarşı olan dövlətlərin bir-birlərini təhdid etməsi vəziyyətində istifadə edilir. Nüvə silahının hərbi əməliyyatlar zamanı istifadə edilməsi ehtimalı hər biri fərqli təsirlərə sahib olan və müxtəlif silahların istifadə edildiyi iki alt qrupa ayrılır. Birincisi; məhdud nüvə müharibəsidir. Bu müharibə ehtimalı variantında az miqdarda nüvə silahından istifadə edilir və sadəcə olaraq düşmənin hərbi hədəfləri məhv edilməyə cəhd edilər. Yenə də bu hücumlar nəticəsində mülki əhaliyə də zərər dəyər, ancaq əsas zərər görən qrup əsgərlər və müəyyən miqdarda hərbi infrastruktur olar. Belə bir müharibə şəraitində istifadə edilməsi üçün bir çox dövlət tərəfindən soyuq müharibə dövründə kiçik çaplı nüvə silahları istehsal edilmişdir. İkinci versiya; böyük miqyaslı nüvə müharibəsidir. Bu müharibə versiyasında böyük miqdarlarda nüvə maddəsindən istifadə edilir və hərbi və mülki obyektlər daxil olmaqla bütün ölkə hədəfə götürülür.
Nüvə məsaməsi
Nüvə məsaməsi — eukariotik bir hüceyrənin nüvəsini əhatə edən ikiqat bir membran olan nüvə qabığını əhatə edən nüvə məsaməsi olaraq bilinən böyük bir protein kompleksinin bir hissəsidir. Onurğalı bir hüceyrənin nüvə qabığında təxminən 1000 nüvə məsamə kompleksi var, lakin bu hüceyrənin növünə və həyat dövrünün mərhələsinə bağlıdır. İnsanın nüvə məsamə kompleksi 110 meqaadalton bir quruluşa malikdir. Nüvə məsamə kompleksini təşkil edən zülallara nukleoporinlər deyilir; hər bir nüvə məsamə kompleksi ən azı 456 fərdi protein molekulundan ibarətdir və 34 fərdi nukleoporin zülalından ibarətdir. Nüvə məsamələri kompleksləri molekulları nüvə qabığından nəql etməyə imkan verir. Bu nəql, nüvədən sitoplazmaya doğru hərəkət edən RNT və ribosom zülalları(DNT polimeraza və laminlər kimi), karbohidratları, siqnal molekullarını və nüvəyə daxil olan lipidləri ehtiva edir. Nüvə məsamələri kompleksinin saniyədə kompleksdə 1000 translokasiyanı aktiv şəkildə həyata keçirə bilməsi diqqət çəkir. Kiçik molekullar məsamələrdən yayılsa da, daha böyük molekullar xüsusi siqnal ardıcıllığı ilə tanına bilər və sonra nukleoporinlər tərəfindən nüvəyə və ya xaricə yayılır. Son zamanlar, bu nukleoporinlərin, molekulların nüvə məsaməsi üzərindən nəqlini necə tənzimlədiyini anlayan, ardıcıllıqla kodlaşdırılmış spesifik təkamül yolu ilə qorunan xüsusiyyətlərə malik olduqları göstərilmişdir. Nukleoporinin vasitəçilik etdiyi nəqliyyat birbaşa enerji tələb etmir.
Nüvə parçalanması
Nüvə parçalanması (ing. nuclear fission) — nüvə fizikasında atom nüvəsinin daxil edilən enerji təsiri altında iki və ya daha artıq hissələrə parçalanması. Parçalanma zamanı əmələ gələn məhsullara - parçalanma məhsulları deyilir. Bu məhsullara yüngül nüvələr (əsasən alfa hissəciklərdən ibarət), neytronlar və qamma kvantlar daxildir. Parçalanma spontan (öz-özünə) və ya məcburi (digər hissəciklərin toqquşması nəticəsində) ola bilir. Ağır nüvələrin parçalanması ekzotermik prosesdir, bunun nəticəsində reaksiya məhsulu kimi kinetik enerji şəklində böyük həcmdə enerji, həmçinin şüalanma ayrılır. Nüvənin parçalanması nüvə reaktorlarında və nüvə silahlarında enerji mənbəyi kimi istifadə olunur.
Nüvə qabığı
Nüvə qabığı — Nüvə membranı olaraq da bilinən nüvə qabığı, eukarotik hüceyrələrdə genetik materialı olan , nüvəni əhatə edən iki qatlı membrandan ibarətdir. Nüvə iki lipid membrandan ibarətdir: daxili nüvə membranı və xarici nüvə membranı. Membranlar arasındakı boşluğa perinukliyar boşluq deyilir. Ümumiyyətlə eni təxminən 20–40 nm-dir. Xarici nüvə membranı endoplazmik retikulumun membranı ilə davam edir. Nüvə zərfində materialların sitozol və nüvə arasında hərəkət etməsinə imkan verən bir çox nüvə məsamələri vardır. Nüvə qabığı iki lipid cərgəsi olan iki qatlı membrandan ibarətdir. Bu membranlar nüvə məsamələri ilə bir -birinə bağlıdır. İki ədəd ara lif dəsti nüvə qabığına dəstək verir. Daxili şəbəkə daxili nüvə membranında bir nüvə plitəsi meydana gətirir.
Nüvə qüvvələri
Nüvə qüvvələri - nüvə zərrəcikləri arasında təsir edən və onları nüvədə saxlayaraq atom nüvəsinin yaranmasına səbəb olan qüvvələr. Nüvə qüvvələri güclü qarşılıqlı təsirə aiddir, təbiəti hələlik dəqiq məlum məlum deyil və iki istiqamətdə öyrənilir. Birincidə nüvə qüvvələri onların təbiətini müəyyənləşdirən mezon nəzəriyyəsinnə əsasən tədqiq edilir. İkincidə isə təbiəti nəzərə alınmadan empirik yolla nüvə qüvvələrinin xassələri müəyyənləşdirilir. Mezon nəzəriyyəsinə görə nüvə qüvvələri əsasən nuklonlar arasında p-mezonlarla mübadilə nəticəsində meydana çıxır. Bir nuklon π {\displaystyle \pi \,\!} -mezonu buraxır, digəri onu udur və beləliklə iki nuklon arasında qarşılıqlı təsir yaranır. Buna görə də nüvə qüvvələrinin təsir radiusu π {\displaystyle \pi \,\!} -mezonun Kompton dalğasının uzulunğuna bərbaər olmalıdır.
Nüvə qəzaları
Nüvə qəzaları – atom elektrik stansiyasılarında baş verən qəzalar. Nüvə qəzaları zamanı ətraf mühitin radioaktiv çirklənməsi güclənir. Bitki örtüyünün radioaktiv çirklənməsi nəticəsində heyvanat aləmi kütləvi surətdə məhv olur. Ekosistemdən bir sıra bitki və heyvan növləri sıradan çıxır və bunun nəticəsində biosenozun davamlığı azalır. Ətraf mühitin seziy-137 ilə çirklənməsi və yüksək şüalanma bir sıra nəsli xəstəliklərin çoxalmasına, bunun nəticəsində eybəcərlik, kəmağıllıq və digər nəsli çatışmazlıqlara gətirib çıxarır. Bununla yanaşı xərçəng xəstəliklərinin artması və immunitet sisteminin pozulması halları baş verir. Atom silahı, qlobal biosfer silahı – nüvə silahlarının məcmusu və onların məqsədə yetirilməsi. Nüvədaxili enerjidən baş verən partlayış təsirli, ən güclü kütləvi qırğın vasitələrinə aid edilir. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbədalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir: inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür.
Nüvə reaksiyası
Radioaktivlik 1896-cı ildə fransız alimi Anri Bekkerlium tərəfindən müəyyən edilmişdir. O qeyd etmişdir ki, uran saxlayan maddələr özlərindən görünməyən şüalar buraxır, bu da fotoplyonkanı işıqlandırır, ağacdan, kağızdan və bütün bərk maddələrdən keçə bilir. Bundan bir qədər sonra məşhur fransız fizikləri Mariya Skladovskaya-Kyüri və Pyer Kyüri müəyyən etdilər ki, «U»-dan əlavə «Th» torium və «Pa» planium eyni şüa buraxma qabiliyyətinə malikdir. 1898-ci ildə radium izotopu tapıldı. Aparılan müşahidələr göstərdi ki, radiumun verdiyi şüalanmanın ardıcıllığı, urandan milyon dəfə çoxdur. Bekkerli və Mariya Kyüri bir qədər sonra radiumun insan orqanizminə güclü təsirini müşahidə etdilər. Dayanıqlığı az olan elementlərin atom nüvələri özbaşına parçalana bilir, bu zaman yeni element atomu nüvələri və radioaktiv şüalar adlanan xüsusi növlü şüalar əmələ gəlir. Bu hadisə radioaktivlik adlanır. Öz-özünə parçalanan izotop isə radioaktiv izotop adlanır. Hazırda radioaktiv parçalanma zamanı yaranan şüalara ionlaşdırıcı və yaxud nüvə şüaları adı verilmişdir.
Nüvə reaktoru
Nüvə reaktoru — enerji ayrılması ilə müşahidə olunan, idarəolunan özütənzimlənən zəncirvari parçalanma reaksiyasının təşkili üçün nəzrdə tutulan qurğudur. Dünyada geniş yayılmış nüvə reaktorları uran və plutoniumun parçalanması sayəsində yaranan istilikdən istifadə edərək elektrik enerjisi əldə olunur. Elmi-tədqiqat reaktorları isə materialların araşdırılması üçün sərbəst neytronların və ya tibb üçün xüsusi radioaktiv nuklidlərin yaradılmasında tətbiq tapır. İmperator Vilehelmin dövründə Almaniyada "Uran layihəsi" nasistlərin dövründə də davam etdirilir və onun rəhbərliyi formal olaraq Vaytsekkere tapşırılır. İşi isə əslində zəncirvari reaksiyanın nəzəri əsaslarını qoyan Heyzenberq görür. Vaytsekker qrup işçiləri ilə ilk nüvə reaktorunun yaradılması ilə məşğul olur. 1940-cı ildə qrupun üzvü Hartek ilk dəfə olaraq uran oksidi və bərk qrafit yavaşıdıcısının tətbiqi ilə ilk dəfə olaraq zəncivari reaksiya sınağını aparır. Ancaq onun əlində olan material nəticə almağa kifayət etmir. 1942-ci ildə Leypsiq universitetində həmin qrupun iştirakçısı olan Döpel tərəfindən sınaq stendi hazırlanr və 1942-ci idə bu stenddə külli miqdarda neytronların əldə olunması mümkün olur. 1945-ci ildə alman mütəxəssislərinə tam zəncirvari reaksiyanın aparılması nəsib olur.
Nüvə silahı
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər "atom bombası" adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Nüvə strategiyası
İkinci dünya müharibəsindən sonra dünyada nüvə silahlarının sayı əhəmiyyətli dərəcədə azaldı: 1986-cı ildə təxminən 70,300 — dən 2020-ci ilin sonlarında təxminən 13,410 -a endi. Hökumət siyasətçiləri və dünya idarəçiləri bu müvəffəqiyyəti tez-tez mövcud, yaxud son silahlara nəzarət müqavilələri nəticəsində canlandırırlar, lakin azalmanın böyük hissəsi 1990-cı illərdə baş verdi. Bəziləri bugünkü rəqəmləri 1950-ci illərin rəqəmləri ilə müqayisə edirlər, amma bu alma və portağalları müqayisə etmək kimidir; bugünkü qüvvələr böyük ölçüdə daha bacarıqlıdır. Azalma tempi 1990-cı illərlə müqayisədə xeyli yavaşladı. Nüvə silahlı dövlətlər nüvə tərksilahını planlaşdırmaq əvəzinə, sonsuz gələcək üçün böyük arsenalları saxlamağı planlaşdırdıqları, yeni nüvə silahları əlavə etdikləri və bu cür silahların milli strategiyalarındakı rolunu artırdıqları görünür. Döyüş nüvə silahları və dünyanın birləşdirilmiş nüvə arsenalları ehtiyatı çox yüksək səviyyədə qalır: 2020-ci ilin sonlarından təxminən 13,410 arsenal.. Bunlardan təqribən 9320 — i hərbi anbarlarda (qalanları demontajı gözləyir), təxminən 3720 — i isə döyüş əsaslı əməliyyat qüvvələri ilə yerləşdirilib ki, bunlardan da təqribən 1800 ABŞ, Rusiya, İngiltərə və Fransa döyüş üçün hazır vəziyyətdədir və istifadəyə hazırdır. Bütün nüvə silahlarının təxminən yüzdə 91 -i hərbi anbarlarında, təxminən 4000 döyüş silahı olan Rusiya və ABŞ-yə məxsusdur; başqa heç bir nüvə silahlı dövlət, milli təhlükəsizlik üçün bir neçə yüz və ya min nüvə silahına ehtiyac görmür. Qlobal olaraq nüvə silahlarının sayı azalır, lakin son 30 ilə nisbətən azalma tempi yavaşlayır. ABŞ, Rusiya və İngiltərə ümumi döyüş silahı ehtiyatlarını azaldır, Fransa və İsrail nisbətən sabit, Çin, Pakistan, Hindistan və Şimali Koreya isə döyüş arsenallarını ehtiyatlarını artırırlar Bütün nüvə silahlı dövlətlər qalan nüvə qüvvələrini modernləşdirməyə davam edir, yeni növlər əlavə edir, xidmət etdikləri rolu artırır və nüvə silahlarını gələcəkdə alternativ bir güc kimi qoruyub saxlamağa sadiqdirlər.
Nüvə texnologiyası
Nüvə texnologiyası və ya nüvə texnikası — müxtəlif maddələrin nüvə xassələrinin texniki istifadəsi üçün texniki vasitələr və tədbirlər məcmusu. Nüvə texnikasının əsas sahələri – reaktorayırma, nüvə yanacağı istehsalı, nüvə reaktorları üçün istilikayıran elementlərin hazırlanması, radioaktiv izotopların istehsalı və tətbiqi, orqanizmi şüalanmadan qorumaq üçün üsul və tədbirlərin işlənib hazırlanmasıdır.
Nüvə yanacağı
Nüvə yanacağı — nüvədaxili enerjinin ayrılması ilə müşayiət olunan nüvələrin zəncirvarı bölünməsi və ya onların sintezi reaksiyalarını həyata keçirməklə enerjinin alınması üçün istifadə olunan maddələr. Təbii halda tapılan nüvə yanacağı urandır. Təbii uranda zəncirvarı bölünmə reaksiyalarının getməsini təmin edən bölünən 235U nüvələri (birinci yanacaq) və "xammal" nüvələri adlanan 238U nüvələri var. Axırıncılar neytronları udaraq iki dəfə β çevrilməyə uğraması nəticəsində təbiətdə mövcud olmayan 236Pu (ikinci yanacaq) izotopuna çevrilir. Təbii halda təsadüf olunmayan nüvə yanacağından biri də 233U izotopudur. O, torinium (232Th) neytron udaraq, iki dəfə β çevrilməsi nəticəsində alınır. Nüvə yanacağından nüvə reaktorlarında metal bloklar şəklində istifadə edilir. bunların istilikayıran elementləri nüvə yanacağından ibarət özəkdən və üzəri kip bağlanan metral örtükdən ibarət olur. Kimyəvi tərkibinə görə istilikayıran elementləri metal (buraya ərintilər də daxildir), oksid, karbid, nitrit və s. ola bilər.
Fəal nüvəli qalaktikalar
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon M ⊙ {\displaystyle M_{\odot }} (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi — ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər (viruslar istisna) eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831–1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838–39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi (ing. : Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT), bütün nüvə sınaqlarını, istər hərbi, istərsə də, mülki məqsədlər üçün olsun hər bir halda qadağan edən çoxtərəfli müqavilədir. Müqavilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 sentyabr 1996-cı ildə qəbul edilmişdir, ancaq səkkiz dövlət müqaviləni təsdiqləmədiyi üçün qanuni qüvvəyə minməmişdir.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Nüvə Silahlarının Qadağası Müqaviləsi
Müqavilənin qəbulu ilə nəticələnmiş Birləşmiş Millətlər Təşkilatındakı 7 iyul 2017-ci il tarixli səsvermə Nüvə Silahlarının Qadağası Müqaviləsi, məqsədi nüvə silahlarının və silah texnologiyasının qadağası olan beynəlxalq müqavilə. 7 iyul 2017-ci ildə qəbul edilmişdir.
Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.
Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması üçün Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsi
Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT) və ya tam adı ilə Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi, yer altından başqa bütün növ nüvə silahlarının sınaqlarını qadağan edən müqavilədir. Bu müqavilə həmçinin, Məhdud Test Qadağası Müqaviləsi (ing. Limited Test Ban Treaty-LTBT) və Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (ing. :Nuclear Test Ban Treaty-NTBT) olaraq da adlandırılır. Müqavilə, SSRİ, Birləşmiş Krallıq və ABŞ hökumətləri tərəfindən 5 avqust 1963-cü ildə Moskvada imzalanmışdır və digər ölkələr tərəfindən də imzalanması mümkündür. Müqavilə rəsmi olaraq 10 oktyabr 1963-cü ildə qanuni qüvvəyə minmişdir. O tarixdən bu yana, 123 ölkə müqavilənin üzvü olmuşdur, on ölkə isə müqaviləni imzalamış, ancaq təsdiq etməmişdir. Fransa və Çin-Sovet krizini səbəb göstərən Çin hökuməti müqaviləni imzalamamışdır.
Nüvə elektrik stansiyası
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Nüvə maqnit rezonans metodu
NMR üsulu 1945-cı ildə amerika fizikləri Edvard Mills Parsell (Harvard Universiteti) və Feliks Blox (Stanford Universiteti) tərəfindən kəşf edilmiş və bu kəşfə görə onlar 1952-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər. NMR spektroskopiyası molekulyar sistem haqqında daha çox məlumat almağa imkan verən üsul olub, atom və molekulların elektron halını, kondensə olunmuş hallarda maddənin quruluşu və dinamikasını hesablamağa, molekullararası qarşılıqlı təsirləri müəyyən etməyə və kimyəvi reaksiyaların mexanizmlərini başa düşməyə imkan verir. Bu üsulun üstünlüyü nümunənin hazırlanmasının sadəliyi və tədqiqatın nəticəsinin tez əldə olunması ilə bağlıdır. NMR effekti, atom nüvələrinin maqnit momentləri istiqamətlərinin dəyişməsi ilə əlaqədar olaraq, maddə tərəfindən elektromaqnit enerjisinin rezonans udulması zamanı meydana gəlir. NMR üsulu spini “O”-dan fərqli olan nüvələrdə özünü doğruldur. (Məsələn,1H, 2H, 13C, 14N, 15N, 19F, 29Si, 31P və s.). 1H nüvələrində NMR spektroskopiyası ən çox inkişaf edib və bu üsul proton maqnit rezonansı (PMR) adlanır. Nüvə maqnetizmi mürəkkəb fiziki proses olduğu üçün, onu təsvir etmək üçün kvant mexanikasının riyazi aparatından istifadə edilir. Biz NMR-nın fiziki əsaslarını başa düşmək üçün sadə “klassik” modeldən istifadə edəcəyik. Əgər atomun nüvəsini fırlanan “+” yüklü şar kimi təsəvvür etsək, görərik ki, yük halqavari orbit boyunca hərəkət edərək mikoskopik halqavari cərəyan yaradır.

Значение слова в других словарях