nəş
nəşəbaz
OBASTAN VİKİ
Nəşə Təbrizi
Nəşə Təbrizi (XVII əsr, Təbriz – 1775, Təbriz) — XVIII əsrdə Təbrizdə doğulub yaşamış azərbaycanlı şair. O, həm də Nadir şahın saray şairi olub. Əbdürrəzzaq Nəşə Təbrizi XVII əsrin sonunda Təbriz şəhərində anadan olub. Qaraqoyunlu Cahanşahın nəslindən olub. Nadir şahın yürüşlərində iştirak edib. Nəşə Təbrizi Nadir şahın saray şairi olub. Azərbaycan və fars dillərində qəzəllər yazırdı. Saib Təbrizinin davamçısı, "hind üslubu"nun nümayəndəsi olub. Bir çox qəsidələri Nadir şahın göstərişi ilə müəyyən tarixi hadisələrə həsr edilib. 1743-cü ildə Nadir şah İmam Əlinin İraqın Nəcəf şəhərində olan türbəsinin günbəzini bərpa edərək minarəsi ilə birgə qızıllayanda şair Azərbaycan türkcəsində bu hadisəyə şeir həsr edir.
Nəşə Qaraböcək
Nəşə Karaböcək (1 aprel 1947, İstanbul) — türk müğənni və aktrisa. Əsl adı Neşecan Göktürkdür. Hələ beş yaşında olarkən "Karaböcek" tamaşasında oynayıb və İsmət İnönü tərəfindən ona "Karaböcek" soyadı verilib. Sənətçi atasının dəmiryollarında çalışdığı vəzifəsinə görə İstanbulda doğulub. O, iki yaş yarımda olanda atasının təyinatı ilə bağlı ailəsi ilə birgə Ankaraya köçüb. 1968–1980-ci illərdə 12 il ərzində müxtəlif səsyazma şirkətlərindən 16 qızıl platin, 1 platin rekord, 1 qızıl bülbül və 2 qızıl kaset mükafatı alıb. 1981-ci ildə "Altın Plak" musiqi şirkətini quran sənətçi "Arabeskin anası" kimi tanınır.
Nəşət Ərtaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.
Nəşəvi
Nəşəvi — təxəllüs.- Naxçıvani təxəllüsnün sinonimi Əbu Əbdüllah əl-Müfərric Nəşəvi — XIII əsr memarı Əhməd ibn Hacəf Nəşəvi — Şihabəddin Məhəmməd ən-Nəşəvi — Həddad ibn Asim Əbül Fədd ən - Nəşəvi, əl - Müfərric ibn - Əbu Əbdullah ən Nəşəvi, Əbu - Əbdullah əl - Hafiz ən - Nəşəvi, Əbu Abbas ən - Nəbhani ən - Nəşəvi, Əbu Xatim Əbu ər - Rəhman ibn - Məhəmməd ən - Nəşəvə, - şəriət elmlərinin mahir bilicisi, geniş erudisiyalı, "Kitab əl - ənşab" əsərinin müəllifi kitabdar Əbu - l - Fədi Xadadad ibn - Bəkran ən - Nəşəvə Ərəb alimlərindən Yaqut Həməvi özünün “Mücəm əl-buldan” əsərində Naxçıvan şəhərindən çoxlu alim çıxdığını və onların ən-Nəşəvi nisbəsilə məşhur olduqlarını göstərir.
Həyatımın Nəşəsi (teleserial, 2023)
Həyatımın Nəşəsi (türk. Hayatımın Neşesi) — "Goya Entertainment" şirkəti tərəfindən çəkilən, ilk seriyasının 7 iyul 2023-cü ildə yayımlandığı, Şahin Altuğun rejissorluğunu etdiyi və Ekin Ataların ssenarisini yazdığı komediya janrındakı Türkiyə teleserialıdır. Baş rolları Şəbnəm Bozoklu və Tolqa Təkin oynamaqdadır. == Məzmun == Hadisələr Şənbakkal ailəsinin xanımı, 17 illik evlilik həyatını sürdürən və 2 uşaq anası olan Nəşənin bir vaxtlar oxuduğu və ailə qurduğu üçün son kursunda yarımçıq qoyduğu tibb fakültəsinə geri qayıtması ilə başlayır. Bir çox hadisələr də elə Nəşənin bu həqiqəti onun bu fikrinə qarşı çıxan Mustafaya deməli olduğu bir zamanda cərəyan edir. == Aktyor heyəti və obrazlar == Şəbnəm Bozoklu — Nəşə Tolqa Təkin — Mustafa Mətin Coşqun — Mehmet Uğur Demirpehlivan — Saliha Aras Şenol — Sərdar Gizəm Kala — Aylin Ezgi Tombul — Türkan Sürəyya Güzel — Sevda Nisan Dökmeci — Zeynep Said Ege Yıldırım — Emre Özlem Ünaldı Baza — Səma Səlma Günəri — Rüçhan == İstinadlar == == Xarici keçidlər == TRT 1-in rəsmi saytında "Həyatımın Nəşəsi".
Şihabəddin Məhəmməd ən-Nəşəvi
Şihabəddin Məhəmməd ən-Nəşəvi (fars. شهاب الدین محمد النساوی‎; vəfat 1249/1250) milliyətcə fars olan naşir, bioqraf, tarixçi və dövlət xadimidir. Böyük Xorasan vilayətinin Nisa şəhərində anadan olmuşdur. O, 1225-ci ildən ölümünə qədər Cəlaləddin Mənguberdinin yanında olmuşdur. Onun yanında vəzir və səfir vəzifələrində xidmət etmişdir. Cəlaləddin Xarəzmşahın vəfatından sonra Məyyafərikinə getmiş və orada Əyyubi hökmdarının xidmətinə girmişdir. Burada qaldığı müddət ərzində Nəfs̱ətü'l-maṣdur (1234-35) adlı əsərini başa çatdırmışdır. Daha sonra isə Hələbə getmiş və oradakı Əyyubi hökmdarının xidmətinə qəbul edilərək (1246) monqolların yanına səfir göndərilmişdir. Ömrünün son illərini Hələbdə keçirmiş və elə orada da vəfat etmişdir. O, monqolların Xorasanı almasını, Cəlaləddinin sonrakı qaçışlarını və daha sonrakı hərbi macəralarını öz gözləri ilə görmüş və bu hadisələrin hamısını 1241-ci ildə ərəb dilində qələmə aldığı “Sirətus-Sultan Cəlaləddin Mənguberdi” adlı əsərində qeyd etmişdir.
Həyatımın Nəşəsi
Həyatımın Nəşəsi (türk. Hayatımın Neşesi) — "Goya Entertainment" şirkəti tərəfindən çəkilən, ilk seriyasının 7 iyul 2023-cü ildə yayımlandığı, Şahin Altuğun rejissorluğunu etdiyi və Ekin Ataların ssenarisini yazdığı komediya janrındakı Türkiyə teleserialıdır. Baş rolları Şəbnəm Bozoklu və Tolqa Təkin oynamaqdadır. == Məzmun == Hadisələr Şənbakkal ailəsinin xanımı, 17 illik evlilik həyatını sürdürən və 2 uşaq anası olan Nəşənin bir vaxtlar oxuduğu və ailə qurduğu üçün son kursunda yarımçıq qoyduğu tibb fakültəsinə geri qayıtması ilə başlayır. Bir çox hadisələr də elə Nəşənin bu həqiqəti onun bu fikrinə qarşı çıxan Mustafaya deməli olduğu bir zamanda cərəyan edir. == Aktyor heyəti və obrazlar == Şəbnəm Bozoklu — Nəşə Tolqa Təkin — Mustafa Mətin Coşqun — Mehmet Uğur Demirpehlivan — Saliha Aras Şenol — Sərdar Gizəm Kala — Aylin Ezgi Tombul — Türkan Sürəyya Güzel — Sevda Nisan Dökmeci — Zeynep Said Ege Yıldırım — Emre Özlem Ünaldı Baza — Səma Səlma Günəri — Rüçhan == İstinadlar == == Xarici keçidlər == TRT 1-in rəsmi saytında "Həyatımın Nəşəsi".

Значение слова в других словарях