Elvira Nabiullina
Elvira Saxipzadovna Nabiullina (29 oktyabr 1963, Ufa, Başqırdıstan MSSR, RSFSR, SSRİ ) — Rusiya dövlət və siyasi xadimi . 24 iyun 2013-cü ildən Rusiya Federasiyası Mərkəzi Bankının sədri. Rusiyanın əməkdar iqtisadçısı.
Rusiya Federasiyasının birinci dərəcəli həqiqi dövlət müşaviri(2002).
== İlk illəri ==
Tatar ailəsində anadan olub. Ata Saxipzadə Saitzadayeviç sürücü işləyirmiş, anası isə Züleyxa Xamətnurovna cihazqayırma istehsalatında aparatçı işləyib.
Elvira Ufanın 31 saylı orta ümumtəhsil məktəbini tam əlaçı kimi bitirib, lakin qızıl medalsız qaldı .
1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "iqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Sov.İKP üzvü. .
1990-cı ildə Moskva Dövlət Universitetinin (xalq təsərrüfatı və iqtisadi təlimlərin tarixi kafedrası) aspiranturasını bitirmişdir, namizədlik dissertasiyasını hazırlamışdir, lakin müdafiə etməmişdir .