NAHİD
NAHİYƏ
OBASTAN VİKİ
Nahidə Babaşlı
Nahidə Babaşlı (22 iyul 1996, Bakı) — azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir. 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır. Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir.
Nahidə Orucova
Orucova Nahidə Mülük qızı (18 iyul 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirmişdir. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışmışdır. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak etmişdir. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunmuşdur. Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım, Ramiz Musafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik”də Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Qəmər xanım, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Zuzu xanım, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Nailə xanım, Ü. Hacıbəyli "Ər və arvad”da Minnət xanım, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Çiçək xanım, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Nazlı Qəmzəli, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Milyonçunun dilənçi oğlun”da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli "O olmasın bu olsun”da Sənəm, Ramiz Mirişli , Marat Haqverdiyev "Qısqnc ürəklər”də Natella, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana”da Sevda, Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu”nda Gülcahan, Rauf Hacıyev "Talelər qovuşanda”da Nazpəri, İmre Kalman "İdialı qaraçı”da Qrafinya İrini, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Tekle və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalmışdır. "Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Nə gözəldir bu dünya... (1999) Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq” (film-tamaşa) Bardakı qadın, "Spasibo” (1998) Yengə, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2007) Qreta, "Yük” (1995) Qulluqçu Kübra, "Yurd yeri” (1997) Hüsniyyə və s.
Nahidə Rostovskaya
Aktrisa 2002-ci ildə Bakı xoreoqrafiya məktəbinin xalq rəqsi şöbəsini və 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2003-cü ildən S.Vurğun ad. Rus Dram teatrın aktrisasıdır. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış edib: Qız və Tibb bacısı (Elçin "Mənim ərim dəlidir"), Ferri (J.Patrik "Strannaya missis Sevidj"), Qız (S.Vurğun "Fərxad və Şirin ") və s. Uşaqlar üçün tamaşalarda: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Şahzadə qız (Y.Şvars "Snecnaya koroleva"), Feya (V.Reznikova "Zoluşka")və s.
Nahidə Məmmədova
Nahidə Məmmədova — Azərbaycalı qadın futbolçu. AFFA Yüksək Qızlar liqasında Baku Juniyors klubunu təmsil edir. Nahidə Məmmədova 2004-cü ildə anadan olmuşdur. Uşaq vaxtlarından istedadlı qız futbolçular sırasında onun adı da çəkilirdi. 2016-cı ildə ilk uğurunu əldə etdi. U13 yaş qrupu üzrə liqanın ən yaxşı futbolçusu adına layiq görüldü. Buna səbəb isə onun 65 qol vurmasıdır 2017-18 sezonunda da daha bir uğura imza atdı: Liqanın ən yaxşısı adı aldı. 2021/2022-ci ildə Naftalan klubu ilə oyunun 90-cı dəqiqəsində zədələnmişdi. Diaqonuzu isə əzəli bağlarının dartılması olmuşdur. Bu səbəblə liqada sadəcə 17 qol vura bilmişdi.
Nahidə-Leyla Məmmədova
Məmmədova Nahidə-Leyla Səid qızı (27 iyul 1934, Bakı – 23 yanvar 2016) — Azərbaycanlı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nın əməkdar müəllimi. Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir. 1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N. Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N. Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur. 1972-ci ildən N. Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N. Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.

Значение слова в других словарях