Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muradov Emin
Seitumer Emin
Seitumer Emin (krımca:Seitümer Ğafar oğlu Emin, 15 may 1921, Bağçasaray rayonu[d] – 21 mart 2004, Novorossiysk, Krasnodar diyarı) — Krım tatarı əsilli yazıçı, şair və İkinci Dünya müharibəsində iştirak etmiş partizan. İkinci Dünya müharibəsindən əvvəl şeir yazmağa başlayan nəsil ilə 1960-cı illərdə şeir yazmağa başlayan nəsil arasında əlaqə yarada bilən şairlərdən biri olmuşdur. Şeirləri "Bəyaz Çiçəklər" (1968) və "Atəşli Günler" (1969); Rus dilindəki şeirləri "Alov dalğaları" (1977), "Yol" (1980), "Sesler" (1983) və "Menim Sesim" (1987) şeir kitablarında çap olunmuşdur. Əsərlərində vətənə sevgi, xeyirxahlıq, ədalət, xalqın gələcəyi və nəsillərin davamlılığı kimi mövzularda düşüncələrini ortaya qoymuşdur. == Həyatı == 15 may 1921-ci ildə Bağçasaray rayonun Albat kəndində krım tatarı əsilli bir ailədə anadan olmuşdur. Yeddi yaşında atasını itirdiyi üçün uşaq yaşlarında işləməyə məcbur qalmışdır. Biyuk-Özənbaşda orta məktəbi bitirdikdən sonra "Udarnik" qəzetində, daha sonra "Krasnıy Krım" da işləməyə başlamışdır. 21 mart 2004-cü ildə Novorossiysk şəhərində vəfat etmişdir. 2014-cü ildə doğma kəndi Albatda xatirəsinə abidə qoyulmuşdur. Sevdiyi Krımı itirmək haqqında şeirləri bu gün də populyar olaraq qalır.
Xaqani Emin
Yetim Emin
Yetim Emin əsl adı Muhamməd-Əmin (1840, Yalsuq[d] – 1880, Yalsuq[d]) — ləzgi şair. Əsərlərini doğma Ləzgi dili ilə yanaşı, Azərbaycan və ərəb dillərində də yazırdı.. == Həyatı == Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Tsiling kəndində anadan olub. Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib. Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır. Yetim Eminin yaradıcılığı çoxşaxəlidir.
Yozef Emin
Yozef Emin (erm. Յովսէփ Էմին; 2 avqust 1726, Həmədan – 2 avqust 1809, Kəlkətə) — Erməni milli hərəkatının rəhbəri. Yozef Emin 1726-cı ilin 2 avqust tarixində İranın Həmədan şəhərində anadan olmuşdur. Yozef Hindistan ermənilərindən hesab olunur.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
İbrahim Emin
İbrahim Məhərrəm oğlu Eminov (18 may 1963, Sumqayıt – 2 iyul 2019, Sumqayıt) — Azərbaycanlı musiqi bəstəkarı və rok ifaçısı, "Yuxu" və "Sirr" qruplarının yaradıcısı. == Həyatı == İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1970-ci ildə Sumqayıt şəhər 17 saylı məktəbə gedib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. İbrahim musiqi fəaliyyətindən başqa rəsm əsərləri çəkməklə də məşğul idi. 2 iyul 2019-cu ildə qida borusunun xərçəngi xəstəliyindən dünyasını dəyişib. == Musiqi fəaliyyəti == === Yuxu === İbrahim Emin uşaq vaxtından gitara çala bilirdi. 80-ci illərin əvvəlindən musiqi ilə məşğul olmağa başlamışdı. O, 1988-ci ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı qrupda bas gitara da ifa edib.
Emin Cəfərov
Emin Cəfərov (12 oktyabr 1979) — Azərbaycanı təmsil edən stend atıcısı. == Karyerası == Emin Cəfərov 1998-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Hafiz Cəfərov idi. Karyerası ərzində Dünya və Avropa Çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə heç bir ciddi uğura imza atmayan Emin Cəfərov 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında qarışıq cüt turnirdə gümüş medala sahib oldu. 2021-ci ildə Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən Emin Cəfərova olimpiada da mübarizə aparmaq üçün wild card verildi. Emin Cəfərov Azərbaycanı 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 25-də stend atcılığı turnirində çıxış edən Emin Cəfərov mübarizə apardı. Həmin gün baş tutan birinci mərhələdə o, 70 balla 24-cü pillədə qərarlaşdı. Bir gün sonra, iyulun 26-da baş tutan növbəti mərhələdə isə o, 45 balla 26-cı pillədə qərarlaşdı. Nəticədə Emin Cəfərov təsnifat mərhələsini 115 balla 30 idmançı sırasında 26-cı pillədə başa vurdu və mübarizəsini dayandırdı.
Emin Musəvi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib. 1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb. 2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.
Emin Qasımov
Qasımov Emin Rasim oğlu – Azərbaycan Alimi, Fizika-Riyaziyyat Elmləri Doktoru, Beynəlxalq Elm Və Mühəndislik Akademiyasının Müxbir Üzvü. == Həyatı == Qasımov Emin Rasim oğlu 1 noyabr 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985-ci ildə 6 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinin "Fizika" fakültəsini bitirmişdir. 1992-ci ildən Azərbaycan EA Fotoelektronika (MEAFizika) İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur və həmin ildə istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuşdur. E.R.Qasımov 1996-ci ildə “Polyar qarışıqlarda və məhlullarda elektromaqnit şüaların əks olunmadan udulması” mövzusunda dissertasiya işini müdafiə etmiş və ona 01.04.01-“Fiziki eksperimentin cihazları və metodları” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi verilmişdir. E.R.Qasımov 1993-cü ildən AMEA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. E.R.Qasımov 2003-ci ildə “Laylı mühitlərdə elektromaqnit dalğalarının əks olunmadan udulması” üzrə dissertasiya işini müdafiə etmişdir və ona 01.04.01-“Fiziki eksperimentin cihazları və metodları” ixtisası üzrə fizika-rayaziyyat elmləri doktoru elmi dərəcəsi verilmişdir. 2024-cü ildə E.R.Qasımov Beynəlxalq Elm və Mühəndislik Akademiyasının müxbir üzvü seçilmişdir. == Əsas elmi nailiyyətləri == E.R.Qasımov ilk dəfə laylı uducu maddələrdən təşkil olunmuş çox laylı sistemlərdə elektromaqnit şualanmasının əks olunmadan udulması effektinin tədqiqi və tətbiqinin nəzəri və eksperimental əsaslanmasının yeni elmi istiqaməti verilmişdir (1995).
Emin Səfixanov
Emin Şahin oğlu Səfixanov (19 dekabr 1999-c ildə anadan olub) Landesliqa Niederrhein 1. FC Monheim klubunda sol cinah müdafiəçisi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu.
Emin Abbasov
Emin Abbasov (azərb. Abbasov Emin‎; d. 26 iyul, 1982, Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı idman jurnalisti, futbol eksperti, "Sportal.az" idman saytının təsisçisi == Həyatı == Emin Abbasov 1982-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini S.C. Pişəvəri adına humanitar fənlər gimnaziyasında alıb. Uşaq yaşlarından futbolla məşğul olub. Böyükağa Abbasov, Viktor Zabrodin, Vaqif Paşayev, Çingiz Əzimov kimi məşqçilərin yanında futbolun sirlərinə yiyələnib. Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol ixtisası üzrə alıb. == Karyerası == Hərbi xidmətdən qayıtdıqdan sonra, 2006-cı ildə Lider TV-də idman müxbiri kimi çalışmağa başlayıb. 2007-ci ildə Xəzər TV-yə keçib. Bu telekenaldakı 5 illik fəaliyyəti ərzində "Avropadan futbol", "Futbol saatı" kimi reytinqli verilişlərin aparıcısı olub.
Emin İbrahimov
Emin Şaiq oğlu İbrahimov — azərbaycanlı sabiq diplomat; hazırda siyasi məhbus; 2007-2020-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ilin martında Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq istefa verib və Azərbaycan iqtidarının tənqidçisi olub. 2023-cü ilin sentyabrında inzibati qaydada həbs edilib. 2024-cü ilin iyulunda isə bu səfər "xuliqanlıq" ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Bir sıra yerli və beynəlxalq insan hüquqları təsisatları onun həbsini siyasi motivli hesab edib. Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. == Həyatı == Emin Şaiq oğlu İbrahimov 13 iyun 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsindən məzun olub. 2005-ci ildə Türkiyənin Ankara Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.
Emin (müğənni)
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Adıge Respublikası əməkdar artisti (2018), Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Emin Alməmmədov
Emin Axundov
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu‎; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı. == Həyatı == Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib. === Ailəsi === Ailəlidir, üç övladı var. == Əmək fəaliyyəti == 1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
Emin Ağalarov
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Adıge Respublikası əməkdar artisti (2018), Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Emin Ağayev
Ağayev Emin Rafael oğlu (10 avqust 1973, Bakı) — azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, Anji Mahaçqala klubunun rəisi. == Həyatı == == Karyerası == Futbolçu karyerasına 1990-cı ildə başlayan, 2 il sonra Azərbaycanın ilk milli çempionatında "Neftçi"nin heyətində qızıl medal qazanan Emin ardından Rusiyaya yollanır. Onun 1993-cü ildən indiyə kimi bu ölkədə olan karyerası məhz "Anji"də başlayıb. Müdafiəçi 1993-98-ci illərdə bu klubun heyətində Rusiyanın aşağı divizionunda 185 oyunda 10 qol vurub. Bu, Ağayevin Rusiyada ən yaxşı göstəricisidir. Belə ki, Emin sonradan "Torpedo-ZİL" (1999-2001, 70 oyun, 3 qol), "Ximki"də (2002-04, 68, 3), "Baltika" (2004, 11), "Dinamo" (Bryansk, 2005, 20), "Nosta" (2005, 10), "Nara-Desna" (2007, 27), "Volqa"da (2008-10, 90, 2) bu qədər oynamayıb. 20 illik futbolçu karyerasını kapitanı olduğu "Volqa"da bitirən Eminin Rusiyada karyerası daha çox aşağı divizionla bağlıdır. Təsadüfi deyil ki, Emin bu ölkənin Premyer Liqasında yalnız 2001-ci ildə "Torpedo-ZİL"in heyətində 11 oyun keçirib. Yeri gəlmişkən, Ağayevin karyerasında uğurlardan biri 2000-ci ildə həmin Moskva təmsilçisinin heyətində Rusiya I divizionunun çempionu olmasıdır. Onun yüksək liqada yeganə çempionluğu 1992-ci ildə "Neftçi" ilə olub.
Emin Ağazadə
Emin Bağırov
Emin Bektörə
Emin Bektörə (rum. Emin Bektóre, 1906, Dobriç[d] – 15 aprel 1995, Əskişəhər) — Krım tatarı əsilli folklor mütəxəsisi, etnoqraf, təhsil xadimi və aktivist. == Həyatı == Emin Bektörə 1888-ci ildə Krım tatarı ailənin övladı olaraq Bolqarıstan knyazlığının Dobruca bölgəsində olan və hal-hazırda adı Dobric olan Hacıoğlu Bazarcıq şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Bazarcıqda tamamlamışdır. 15 aprel 1995-ci ildə tarixində həyatını itirmişdir. == Fəaliyyəti == Bektörə Rumıniyadakı Krım tatar folklorunun öncüllərindən biri olaraq qəbul edilir. Müxtəlif Krım tatar xalq oyunları topluluqlarında yer almış, Şahin Gəray, Atilla, Krım və Kök-Köz Bayar kimi didaktik oyunlarının həm mətinlərini yazmış, həm də səhnələşdirmişdir. 1940-cı ildə ailəsiylə birlikdə Türkiyəyə köç edərək, Əskişəhərdə yerləşmişdir. Burada da folklor fəaliyyətinə davam etmişdir. 1941-ci ildən etibarən Əskişəhərdəki xalq evində folklor fəaliyyətlərinə başlamış və xalqevi qapanana qədər xidmət etməyə davam etmişdir.
Emin Cəbrayılov
Emin Cəbrayılov (17 yanvar 1978) — Azərbaycanı təmsil edən suya tullanan. == Karyerası == Emin Cəbrayılov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Nəticədə o, platformadan tullanma turnirində 294.94 xal topladı və olimpidanı 27-ci pillədə başa vurdu. Daha sonra isə Emin Cəbrayılov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Nəticədə o, platformadan tullanma turnirnində 334.74 xal topladı və olimpiadanı 26-cı pillədə başa vurdu.
Emin Fərzəliyev
Emin Fərzəlizadə
Emin Hacıyev
Emin Hacıyev (azərb. Emin Məcid oğlu Hacıyev‎; 13 fevral 1982, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı. == Həyatı == Hacıyev Emin Məcid oğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. Emin Hacıyev 1998-ci ildə Sumqayıt şəhər 5 saylı və 22 saylı orta məktəbləri bitirmiş, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2008-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. Daha sonra 2013–2015-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasında magistr təhsili almışdır. Ailəlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009–2020-ci illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibi vəzifəsində çalışmışdır. Azərbaycandakı və Rusiyadakı fəaliyyəti dövründə bir-birindən əhəmiyyətli layihə və tədbirlərin təşkil olunmasının təşəbbüskarı və icraçısı kimi çıxış edib, eləcə də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli addımlar atmışdır.
Hümbət Eminov
Hümbət Oruc oğlu Eminov — Alim, kimya elmləri namizədi, dosent, Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) kimya-texnologiya fakültəsinin dekanı, daha sonra qiyabi və axşam şöbəsi üzrə prorektoru (1992-1994), "Analitik kimya" kafedrasının müdiri (2004-cü ildən). == Həyatı və elmi fəaliyyəti == Hümbət Eminov 1940-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1948-ci ildə Qazax şəhər 1 saylı orta məktəbinə gedib, 1958-ci ildə həmin məktəbi bitirmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdur. 1963-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1973-cü ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1977-ci ildə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1981-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) "Əsas üzvü və neft-kimya sintezinin texnologiyası” kafedrasına müsabiqə yolu ilə dosent seçilmişdir. 1983-cü ildə kimya-texnologiya fakültəsinə müsabiqə yolu ilə dekan seçilmiş, 1992-1994-cü illərdə isə institutun qiyabi və axşam şöbəsi üzrə prorektoru olmuşdur. 1995-ci ildə yenidən kimya-texnologiya fakültəsinə dekan seçilmiş və 2003-cü ilə qədər həmin vəzifədə çalışmışdır.
Inula eminii
Inula eminii (lat. Inula eminii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Mehmet Emin Koral
Mehmet Emin Koral (türk. Mehmet Emin Koral) (d. 1881, İstanbul – ö. 12.08.1959, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == Hacı Mustafa bəyin oğludur. 1900-cü ilin 14 martında Topçu və İstehkam Hərbi Akademiyasınının Topçu bölməsinə daxil olmuş və 1902-ci ilin 6 dekabrında oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə 1905-ci ilin 5 noyabrında Hərbi Akademiyadan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 11 yanvar 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsinə qatılmaq üçün İneboluya gəldi. 23 yanvar 1922-ci ildə 1-ci Ordunun Baş Qərargah rəisi təyin edildi.
Mehmet Emin Yazqan
Mehmet Emin Yazqan (türk. Mehmet Emin Yazgan) (d. 1876, İstanbul, Osmanlı İmperiyası - ö. 21.02.1961, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ildə oranı leytenant rütbısi ilə bitirmişdir. Bir sıra vəzifələrdə xidmət etmişdir. Osmanlı-Yunan müharibəsində (1897), İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 1927-ci il avqustun 30-da general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı.
Mehmet Emin Çolağoğlu
Mehmet Emin Çolağoğlu (türk. Mehmet Emin Çolakoğlu) (d. 1878, Şəbinqarahisar - ö. 1939, İstanbul, Osmanlı İmperiyası) — Türk əsgəri. == Hərbi fəaliyyəti == Mehmet Emin Çolağoğlu 1895-ci il aprelin 12-də baş leytenantın rütbəsi ilə Topçu və Mühəndislik Akademiyasından məzun oldu. 3 iyul 1909-cu ildə hərbi biliklərini artırmaq üçün Almaniyaya göndərildi. 1912-ci ildə Rumıniyadakı Topçu Atıcılıq Məktəbində kurs keçdi. Almanca və fransızca bilirdi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdi. 1921-ci ilin 27 aprelində Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu.
Mir Həmzə Eminov
Mirhəmzə Mirhəsən oğlu Eminov (18 iyun 1932, Yuxarı Yaycı, Naxçıvan MSSR – 12 dekabr 1980, Yuxarı Yaycı, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1968), Sosialist Əməyi Qəhrəmanı (1973). == Həyat və əmək fəaliyyəti == Mirhəmzə Eminov 18 iyun 1932-ci ildə Noraşen rayonu (indiki Şərur rayonu) Yuxarı Yaycı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1958-ci ildə S.Vurğun adına kolxozda başlamış, bu kolxozda kolxozçu, inşaat briqadiri (1959–1960), aqronom (1960–1961) və 1961-ci ildən briqadir işləmişdir. 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1976-cı ildən AKP MK üzvü, SSR Ali Sovetinin (7-ci və 8-ci çağırış) deputatı olmuşdur. 1972-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 dekabr 1973-cü il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı, o cümlədən Lenin ordeni və "Qırmızı əmək bayrağı" ordeniləri ilə təltif olunmuşdur. 1976-cı ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür. Mirhəmzə Eminov 12 dekabr 1980-ci ildə İliç rayonunda vəfat etmişdir.
Mirhəmzə Eminov

Mixay Eminesku
Mixay Eminesku (15 yanvar 1850[…] – 15 iyun 1889, Buxarest, Rumıniya Krallığı) - rumınyali şair, nasir və jurnalist. == Həyatı == Mixay Eminesku (əsl soyadı – Eminoviç) 15 yanvar, 1850-ci ildə, Rumıniynın Botoşani şəhərində çoxuşaqlı ailədə dünyaya göz açıb. Mixay uşaqlığının erkən illərini doğulduğu Botoşani və İpoteşti şəhərində, atasının ailəsinə məxsus evdə keçirib. 1858-ci ildən 1866-cı ilə qədər o, Çernivçidə orta məktəbdə oxuyub, son illərdə isə təhsilini davam etdirməkçün gimnaziyaya gedib. Gimnaziyadakı təhsilini başa çatdırmayıb, 1869-cu ildə, 19 yaşında Mixay atasının qərarı ilə ali təhsil almaq üçün Vyana Universitetinə göndərilib. Mixayın atası çox uşaq sahibi olduğuna baxmayaraq o, bütün övladlarının ali təhsil alması üçün əlindən gələni edir, maddi sıxıntıya baxmayaraq onlara bu yolda hər zaman dəstək olurdu. Mixay isə yüksək qiymət almaqda həmişə qardaşlarından geri qalırdı. Lakin onun sevdiyi elm sahəsi vardı – dil və ədəbiyyat fənni. Ona rumın dilini və ədəbiyyatı sevdirən isə sevimli müəllimi, 1848-ci ilin inqilab iştirakçısı, filoloq Aron Pumnul olub. Aron Pumnul tək Mixayda deyil, gimnaziyada dərs dediyi bütün tələbələrində rumın dilinə sevgi və bununla birlikdə onlarda güclü vətənpərvərlik hissi yaratmışdı.
Məhməd Emin Koral
Mehmet Emin Koral (türk. Mehmet Emin Koral) (d. 1881, İstanbul – ö. 12.08.1959, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == Hacı Mustafa bəyin oğludur. 1900-cü ilin 14 martında Topçu və İstehkam Hərbi Akademiyasınının Topçu bölməsinə daxil olmuş və 1902-ci ilin 6 dekabrında oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə 1905-ci ilin 5 noyabrında Hərbi Akademiyadan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 11 yanvar 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsinə qatılmaq üçün İneboluya gəldi. 23 yanvar 1922-ci ildə 1-ci Ordunun Baş Qərargah rəisi təyin edildi.
Məhməd Emin Yazqan
Mehmet Emin Yazqan (türk. Mehmet Emin Yazgan) (d. 1876, İstanbul, Osmanlı İmperiyası - ö. 21.02.1961, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ildə oranı leytenant rütbısi ilə bitirmişdir. Bir sıra vəzifələrdə xidmət etmişdir. Osmanlı-Yunan müharibəsində (1897), İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 1927-ci il avqustun 30-da general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı.
Məhməd Emin Çolağoğlu
Mehmet Emin Çolağoğlu (türk. Mehmet Emin Çolakoğlu) (d. 1878, Şəbinqarahisar - ö. 1939, İstanbul, Osmanlı İmperiyası) — Türk əsgəri. == Hərbi fəaliyyəti == Mehmet Emin Çolağoğlu 1895-ci il aprelin 12-də baş leytenantın rütbəsi ilə Topçu və Mühəndislik Akademiyasından məzun oldu. 3 iyul 1909-cu ildə hərbi biliklərini artırmaq üçün Almaniyaya göndərildi. 1912-ci ildə Rumıniyadakı Topçu Atıcılıq Məktəbində kurs keçdi. Almanca və fransızca bilirdi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdi. 1921-ci ilin 27 aprelində Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu.
Nurlan Eminov
Qurd (Fərid Eminov)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992–2003-cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007–2008-ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Rüstəm Eminli
Senecio eminens
Senecio eminens (lat. Senecio eminens) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sorbus eminens
Sorbus eminens (lat. Sorbus eminens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Tacir Eminov
The Eminem Show
The Eminem Show Eminemin dördüncü stüdya albomudur. Albom 2002-ci ilin ən çox satan albomu oldu. 2003 Qremmi mükafatlarında İlin Albomu mükafatı üçün namizəd oldu və "Ən yaxşı rep albomu" mükafatını üst-üstə qazanan üçüncü albomu oldu. ABŞda 9.7 milyon nüsxə sataraq RIAA tərəfindən Almaz olaraq sertifikatlşdırılan albom, 20 milyondan çox nüsxə satıb. 2003-də Rolling Stone jurnalının Tarixin ən böyük 500 albomu siyahısında 317-ci sırada yer almışdır.
Vəfadar Eminov
Yavuz Eminbəyli
Eminbəyli Yavuz İbrahim oğlu — İbrahim Eminbəylinin oğlu Azərbaycan Atıcılıq Federasiyasınin vitse-prezidenti olmuşdur. == Həyatı == == Mükafatları == 6 aprel 2001-ci il "Tərəqqi" medali ilə təltif olunmuşdur. 25 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülmüşdür. 25 dekabr 2019 Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü vüeilir.
Hafizulla Əmin
Hafizulla Əmin (1 avqust 1929, Paqman[d], Əfqanıstan krallığı[d] – 27 dekabr 1979) — ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir, prezident. == Həyatı == ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir vəzifələrinə yiyələnmiş Hafizullah Əminlə N. M. Təraki arasında ixtilaflar başlanır. Kabildə SSRİ-nin Əfqanıstandakı səfirinin vasitəçiliyi ilə Hafizullah Əmin və N. M. Təraki arasında barışıq üçün görüş keçirilir, lakin real hakimiyyəti öz əlində toplamış Hafizullah Əmin yaranmış şəraitdən məharətlə istifadə edərək sentyabrın 14-də N. M. Tərakini hakimiyyətdən salır, həmin gecə partiyanın iclasını keçirir və ƏXDP MK-nın baş katibi və İnqilab Şurasının sədri seçilir. Daha sonra N. M. Tərakini həbs etdirir və fiziki məhvinə nail olur. Bu dövrdə ölkədə zorakılıqlar və qanunsuzluqlar baş alıb gedirdi. Vəziyyətin çətinləşdiyini görən Hafizullah Əmin SSRİ-yə hərbi yardım üçün müraciət edir. Ümumiyyətlə, Əfqanıstan hökuməti 1979-cu ilin dekabr ayına kimi SSRİ-yə hərbi yardım üçün 20-yə qədər müraciət etmişdir. İlk belə müraciət haqqında fikirlərini Hafizullah Əmin hələ baş nazir olarkən N. M. Təraki ilə bölüşmüşdü və N. M. Təraki həbs olunmamışdan bir az əvvəl SSRİ rəhbəri L. İ. Brejnevdən hərbi yardım üçün kömək istəmişdi. Hafizullah Əmin hakimiyyəti ələ keçirdikdən sonra hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edir və buna görə də oradakı vəziyyəti öyrənmək üçün sentyabrın ortalarında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 17 zabiti Kabilə göndərilir. 1979-cu ilin qışında Əfqanıstanda cərəyan edən hadisələr SSRİ üçün qənaətbəxş hesab edilmirdi.
Həfizulla Əmin

Əmin (Baymak)
Əmin (başq. Әмин, rus. Аминево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Təməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 54 km, kənd sovetliyindən (Təməs): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Əmin Abid
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.
Əmin Cümeyyil
Əmin Cəmayel (ərəb. أمين الجميّل‎; 22 yanvar 1942, Bikfəyya[d], Böyük Livan) — Livan dövlət xadimi. == Həyatı == Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.
Əmin Cüməyyil

Əmin Hafiz
Əmin əl-Hafiz (ərəb. أمين الحافظ‎; 27 iyul 1921, Hələb - 17 dekabr 2009) - Suriyanın eks-prezidenti. == Həyatı == 1946-cı ildə hərbi fakültəni bitirdikdən sonra 1948-ci il Suriya-İsrail müharibəsinin iştirakçısı olan Əmin Hafiz 1958-ci il ildə Suriya Misir vahid dövlətinin qurulmasında aktiv iştirak edən görkəmli zabitlərdən biri olub. O, 1963–1966-cı illərdə Suriya prezidenti olub.
Əmin Xınalıqlı
Əmin Xınalıqlı — XVIII-XIX əsrlərdə yaşamış Xınalıq əsilli Azərbaycan şairi. == Həyatı və fəaliyyəti == Dədə Əmin Xınalıqlı Abbasqulu ağa Bakıxanovun “Gülüstan” ədəbi dərnəyində iştirak etmişdir. Şair qoşma janrında şeirlər yazıb. Şeirlərində zəmanədən şikayət, ədalətsizliyə, varlanmaq ehtirasına qarşı tənqid çox güclüdür. Xınalıqlı Dədə Əmin xalq həyatı ilə sıx bağlı olduğundan şeirlərində ictimai motivlər güclüdür. Onun “Getdi” qoşmasında fəlsəfi düşüncələr fonunda sosial motivləri önə çıxır. Təkəbbür dağların həmrahi olan Vədə tamam oldu, qarıdı getdi, Çəkildi zimistan, yaz bəhərləndi. İsti havasında əridi, getdi. Ustadın dinləyən nəsihət aldı, Heyif, günüm keçdi, ömrüm azaldı, Bülbül qönçə üçün zarıncı qaldı, Bağçalar dolusu bar idi getdi. Haqqın tərəfdarı danışmaz yalan, Eyləməz özgənin malını talan, Hər kəsə dünyada son nəsib olan Beş arşın ağ idi, sarıdı getdi.
Əmin Əfəndiyev
Əmin Tahir oğlu Əfəndiyev (18 may 1933, İlisu, Qax rayonu – 2014, Bakı) — filologiya elmləri doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikada elmi mühitin Azərbaycan ədəbiyyatı, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan peşəkar biblioqraf. == Həyatı == Əmin Tahir oğlu Əfəndiyev Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olub. İlisu elm aləminə məşhur şəxsiyyətlər vermişdir. Həmin şəxsiyyətlərin sırasına daxil olan Əmin Əfəndiyev də bu kəndin təbiətinin özü kimi saf, dəyanətli, qürurlu və zəhmətkeş bir ziyalıdır. Onun həyat kredosu humanizm, insanlıq duyğusu, zəhmətsevərlik, xeyirxahlıq, sədaqət, elinə-gününə, doğmalarına və yaxınlarına, həmkarlarına olan qayğısı, böyük məhəbbətidir. 1941–1952-ci illərdə Qax rayon orta məktəbində təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin "Kitabxanaşünas-biblioqraf" ixtisasını bitirib. Əmək fəaliyyətinə Universitetin kitabxanasında başlayıb, sonra M. F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (1958–1976) baş biblioqraf, məlumat-biblioqrafiya şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1959-cu ildə müəllifin ilk biblioqrafik oçerki – "Amerika ədəbiyyatı Azərbaycan dilində" dövri mətbuatda çap olundu. Bundan sonra Azərbaycan ədəbiyyatının ayrı-ayrı xalqların dillərində nəşri vəziyyətini işıqlandıran silsilə biblioqrafik oçerkləri –"Azərbaycan ədəbiyyatı özbək dilində", "Azərbaycan-özbək ədəbi əlaqələri", "S. Vurğunun əsərləri SSRİ xalqlarının dillərində", "M. Ə. Sabir A. Tukayın tərcüməsində" və s.
Məhəmməd Əmin
Məhəmməd Əmin Rəsulzadə (az.-əski. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Məmməd Əmin

Əmin Razi
Əmin Əhməd oğlu Razi (az.-əski. امین رازی‎ ləqəbi: Ümid) — Səfəvilər dövrünə (16–17-ci əsrlər) aid Azərbaycanlı coğrafiyaşünas və yazıçı olub. Bətləmiusun Əl-Məcisti yeddi iqlim sisteminə əsaslanaraq məşhurYeddi iqlim (fars. هفت اقلیم‎ — həft iqlim) adlı coğrafi təzkirəsinin yazmışdır. Razi Səfəvi dövlətinin Rey şəhərində ziyalı ailədə anadan olmuşdur. Onun atası Mirzə Əhməd Tehrani Şah I Təhmasib tərəfindən Rey şəhərinin rəisi təyin olunmuşdur. Onun əmisi Məhəmməd Şərif şair və Xorasan vilayyətinin başçısının naziri və sonra da Şahın naziri olmuşdur. Razi qeyd edir ki, o, qamusunu hicri təqviminə görə 1002-ci ildə (1593 miladi) altı il işlədikdən sonra tamamladı, baxmayaraq ki, indiyə qədər olan əsərdə daha kiçik tarixə aid əlavələr var. Onun doğum və ölüm tarixləri məlum deyil. Səfəvi sarayının üzvü olan Əmin Razi Şah Abbas dönəmində Hindistana gedərək Cahangir şahla görüşmüşdür, başqa məlumata görə, Əkbər Şahın dövründə Muğal Hindistanına səfər etmiş ola bilər.