1. Münasib olmayan, qeyri-münasib, yersiz.
…İlin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə göndərməyə məcbur olduq.
Şərəfoğlunun belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı.
// Ləyaqətsiz, layiq olmayan; pis, yaraşmayan.
Namünasib yerə gedib-gəlməyə; Namusu, qeyrəti, arı gərəkdir.
2. Ədəbsiz, yaramaz, nalayiq. Namünasib hərəkət. Namünasib söz.
– [Vəzir:] Əyərçi namünasib təklifdir, amma müzayiqə yoxdur.
[Axund:] Özünüz, şükür, durbin adamsınız. Beşinci ildən, iğtişaşlardan sonra camaat arasında namərbut, namünasib hərəkətlər artıb.