Namazgah
Namazgah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Kənd “Lahıc” turizm zonasında, “İsmayıllı-Lahıc” şossesinin kənarında, Girdiman çayının sol sahilində yerləşir.
== Əhalisi ==
Kənddə 136 nəfər əhali yaşayır ki, onun da 65 nəfəri kişi, 71 nəfəri isə qadındırdir. Kəndin əhalisi tatlardan ibarətdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə kafe fəaliyyət göstərir. Kənddən Müdrü çayı boyunca Nanıc, Müdri, Bağəli, Müdrəsə, Pirəqanım kəndlərinə piyada və at yolu vardır.
Kənddə “Namazgah” mineral süfrə suyu istehsal olunur.