NAMÜNASİB

sif. [ fars. na… və ər. münasib]
1. Münasib olmayan, qeyri-münasib, yersiz.
…İlin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə göndərməyə məcbur olduq. C.Məmmədquluzadə.
Şərəfoğlunun belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. M.İbrahimov.

// Ləyaqətsiz, layiq olmayan; pis, yaraşmayan.
Namünasib yerə gedib-gəlməyə; Namusu, qeyrəti, arı gərəkdir. Q.Zakir.

2. Ədəbsiz, yaramaz, nalayiq. Namünasib hərəkət. Namünasib söz.
[Vəzir:] Əyərçi namünasib təklifdir, amma müzayiqə yoxdur. M.F.Axundzadə.
[Axund:] Özünüz, şükür, durbin adamsınız.
Beşinci ildən, iğtişaşlardan sonra camaat arasında namərbut, namünasib hərəkətlər artıb. Mir Cəlal.

Синонимы

  • NAMÜNASİB yersiz — uyğunsuz
NAMÜMKÜN
NAMÜNASİBLİK

Значение слова в других словарях