NAQİSÜLƏQL
NAQQABALIQ
OBASTAN VİKİ
Naqqa balığı
Naqqa (lat. Silurus glanis) — naxakimilər fəsiləsinin nümayəndəsi. == Yayılması == Şimal Buzlu okeanına tökülən çaylardan başqa Avropanın su hövzələrində yaşayan geniş yayılmış balıqdır. Aral hövzəsində də yaşayır. Xəzərdə Volqanın deltasında, xüsusən onun aşağı hissəsində çoxsaylıdır. Azərbaycanda Kür və Araz çaylarında, onların qollarında, su anbarlarında, Əyriçayda, Qumbaşıda, Kiçik Qızılağac və seyrək hallarda Böyük Qızılağac körfəzlərində yayılmışdır. == Morfoloji əlamətləri == Başı üstdən aşağı yastılanmışdır. Kiçik bel üzgəci ön hissədə az qala qarın üzgəclərinin üstündə yerləşir. Alt çənəsi bir qədər irəli çıxır. Rəngi tünd, qarnı bir qədər açıqdır.

Digər lüğətlərdə