Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Səma
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Səmra Rəhimli
Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994, Bakı)— Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil etmişdir və final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdır. == Həyatı == Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra xanım uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. == "O Səs Türkiyə" == Səmra Rəhimli 2014-cü ildə Türkiyənin "TV 8 Televiziyası"nda yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak etmişdir. O ilk mərhələdə "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə çönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə – "Düellolar" mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə "I Who Have Nothing" mahnısını ifa etmişdir. Hadisə isə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.
Səmra Özal
Səmra Özal (türk. Semra Özal; 12 yanvar 1934, İstanbul, Türkiyə) — Türkiyənin 8-ci birinci xanımı. O, Türkiyənin 8-ci prezidenti olan Turqut Özalın həyat yoldaşı olub. Onlar 1954-cü ildə evləniblər. Bu evlilikdən onların üç övladı dünyaya gəlib: Əhməd Özal (d. 1955), Zeynəb Özal (d. 1956) və Efe Özal (d. 1967). Səmra Özal Ana Vətən Partiyasının hakimiyyəti zamanı "Türk Qadınını Gücləndirmə və Tanıtma Fondu"na sədrlik edirdi. 1991-1992-ci illər arasında Ana Vətən Partiyasının İstanbul vilayəti təşkilatına sədrlik edib.
Səmra Əliyeva
Səmra Əliyeva (16 sentyabr 1987, Bakı) — azərbaycanlı jurnalist, aparıcı və Azərbaycanın birinci qadın futbol şərhçisi. == Həyatı == Səmra Əliyeva 16 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Atası Ramanadan, anası isə Əmircandandır. 1994-cü ildə Sabunçu rayonunda 80 nömrəli tam orta məktəbin birinci sinifinə gedib və 2005-ci ildə oranı bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) qəbul olub və 2012-ci ildə həmin təhsil ocağından "incəsənət əsərlərinin bərpası və ekspertizası" ixtisası üzrə məzun olub. Qiyabi təhsil aldığı illərdə radioda fəaliyətə başlayıb. === Şəxsi həyatı === Səmra Əliyeva 2017-ci ilin sentyabrda AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə ailə həyatı qurdu. 2 övladı var. == Fəaliyyəti == Səmra Əliyeva qiyabi təhsil alan illərdə "Antenn 101 FM" radiosunun elan elədiyi müsabiqəyə qatılaraq müsabiqənin qalib oldu. 2008–2012-ci illərdə "Radio Enerji 101.1FM" radiosunda prodüsser, 2012–2015-ci illərdə isə həmin radioda idman verilişinin aparıcısı olan Səmra Əliyeva, 2013–2015-ci illərdə "İdman Azərbaycan" TV-də "Overtime" verilişin redaktoru oldu.
Gülnar Səma
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Məleykə Səma
Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli. == Həyatı == Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur. Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb. 1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.
Sega Dreamcast
Dreamcast — "Sega" tərəfindən 27 noyabr 1998-ci ildə Yaponiyada, 9 sentyabr 1999-cu ildə Şimali Amerikada, 14 oktyabr 1999-cu ildə isə Avropada buraxılmış ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından birincisi idi. Bundan sonra "Sony" şirkətinin PlayStation 2, "Nintendo" şirkətinin GameCube və "Microsoft" şirkətinin Xbox konsolu satışa çıxarılmışdır. Dreamcast "Sega" şirkətinin sonuncu ev konsolu idi. Bu da şirkətin konsol bazarındakı 18 illik fəaliyyətini sona çatdırmışdır. Dreamcast uğursuz Sega Saturn konsolunun baha proqram təminatı ilə müqayisədə xərcləri azaltmaq üçün "Hitachi SH-4" CPU və "NEC PowerVR2" GPU kimi ucuz komponentlərlə dizayn edilmişdir. Yaponiyada məyusedici resenziyalar alan Dreamcast ABŞ bazarında buraxıldığı ərəfələrdə uğurlu olmuş, ancaq "Sony" qarşıdan gələn PlayStation 2 üçün marketinq kampaniyası apararkən konsola olan maraq tədricən azalmışdır. Qiymətinin bir neçə dəfə azaldılmasına baxmayaraq, konsolun satışları "Sega" şirkətinin proqnozlarını qarşılaya bilməmişdir və şirkət ziyana düşməyə davam etmişdir. Rəhbərlikdə edilən dəyişiklikdən sonra "Sega" şirkəti 31 mart 2001-ci ildə Dreamcast konsolunun satışlarını dayandırmış, konsol biznesindən ayrılmış və özünü üçüncü partiya nəşrçi olaraq yenidən strukturlaşdırmışdır. Dünya səviyyəsində 9.13 milyon Dreamcast nüsxəsi satılmışdır.
Sega Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. == Tarixi == Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur.1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur.Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
Sega Saturn
Sega Saturn — "Sega" tərəfindən 22 noyabr 1994-cü ildə Yaponiyada, 11 may 1995-ci ildə Şimali Amerikada, 8 iyul 1995-ci ildə isə Avropada satışa çıxarılan ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından altıncısı idi. Uğurlu Sega Genesis konsolunun davamçısı olan Sega Saturn konsolunda cüt-CPU arxitekturası və səkkiz prosessor var. Konsol üçün buraxılmış oyunlar CD-ROM formatındadır və aralarında orijinal oyunlara əlavə olaraq, bir neçə arkada portları da var. Sega Saturn konsolunun istehsalına 1992-ci ildə start verilmişdir. Həmin il "Sega" şirkətinin yenilikçi "3D Model 1" arkada proqramı debüt etmişdir. Sistem Yaponiya elektronika şirkəti olan "Hitachi" tərəfindən istehsal olunmuş bir CPU əsasında dizayn edilmişdi. "Sega" 1994-cü ildə konsola yeni bir video displey prosessoru əlavə etmişdir ki, "Sony" şirkətinin qarşıdan gələn "PlayStation" konsolu ilə daha yaxşı rəqabət apara bilsin. Sega Saturn ilk vaxtlarda Yaponiyada uğur əldə edə bilmiş, ancaq ABŞ-də gözlənilməz şəkildə plananan buraxılış tarixindən dörd ay əvvəl, 1995-ci ilin may ayında satışa çıxarılanda ölkə bazarında çox nüsxə satmağa nail ola bilməmişdir. Sega Saturn Nintendo 64 konsolunun 1996-cı ilin axırlarında debüt etməsindən sonra sürətlə ABŞ-dəki bazar səhmlərini itirməyə başlamış, 1998-ci ildə isə ölkədə satışdan qaldırılmışdır.
Sema Peyman
Sema Peyman (3 fevral 1960, İstanbul) — Türkiyə qadın rəssamı. == Həyat və karyera == Sənətçi 3 fevral 1960-cı ildə İstanbulda çox köhnə Qara dəniz ailəsinin qızı olaraq anadan olub. Peyman toxuculuq sənayesində çalışaraq, uşaqlıqdan rəssamlıqla maraq və istedadını üstələyərək, bəzi rəssamlardan aldığı xüsusi hazırlıqdan sonra, 1993-cü ildən impressionist üslubunda işləməklə peşəkar mənada rəssamlıq sənətinə keçmişdi.Sonrakı illərdə o, öz bədii karyerasını davam etdirərək, yeni əsərlər hazırlamaqda davam edən, realist üsluba keçərək Kuşadasına, İzmirə, Kappadokiyaya və İstanbula gedən rəssamların sərgilərini təşkil etdi. At, pişik, it temalı ev heyvanlarının fotoşəkilləri, sənətkarın əsərlərində tərtib etdiyi, bəzən insanların şəkillərinə diqqət çəkir.O, iş adamı və turist Rasi Peymanla evlidir və uşaqları yoxdur.
Seqa Kulibali
Seqa Kulibali (9 iyun 1996-cı ildə anadan olub) — Liqa 2 təmsilçilərindən olan Nansi klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Kulibali Renn akademiyası vasitəsilə inkişaf etmişdir. O, ilk peşəkar müqaviləsini Renn klubu ilə 13 iyul 2016-cı ildə imzalamışdır.2 avqust 2016-cı ildə Kulibali Sedan klubuna bir illik icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü 5 avqust 2016-cı ildə Sedan klubu ilə Avranşes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Milli Çempionat görüşündə Sedan rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. === Nansi === 13 iyun 2018-ci ildə Kulibali Liqa 2 təmsilçilərindən olan Nansi klubu ilə üç illik müqavilə imzalamışdır.
Səma (rəqs)
Səma və ya Sama (Ərəbcə: سماع ) - sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır. Ərəbcə "eşitmək" mənasını verən "səmi" sözü, məcazi olaraq "musiqi, nəğmə, rəqs" deməkdir. Zaman keçdikcə sufilər və din xadimləri bu nəğmələrə qulaq asaraq, ayaqüstə fırlanaraq Allaha zikr etməyə başlayırlır. 13-cü yüzillikdə Mevlanə tərəfindən dini nəğmə dünyada daha geniş miqyasda yayılmağa başlayır və ayin halına çevrilir.2008-ci ildə UNESCO-nun Mədəniyyət irsinə daxil edilir. == Tarixi == Sufilər İslamı qəbul etdikdən sonra səmanı, vəhfi, musiqi və şeir dinləyərək qalxıb hərəkət etməyə dönməyə başlayır. İslam dünya meydana gəldikdən sonra onun səmavi din olub-olmaması çox sual meydana çıxartdı. Bu din gəlməmişdən öncə sufilər bir çox halal olanları haram qəbul etmişdilər. Sufilər bir yerə yığlıb, müzakirələr aparır, nəsihətlər verilir və Allah inam, etibar və sevgisinə dair şeir və ilahilər oxunurdu. Şeir və musiqilər gözəl səsə malik olan şəxslər tərəfindən söylənirdi. Səma rəqsini bir və ya bir neçə nəfər qrup halında rəqs edirdilər.
Səma Altı
"Səma Altı" (çin. 天下; Tyənsya) — Çin dilində milli və mədəniyyət konsepti. == Tarixi və siyasi inkişafı == Bu konseptin Şan sülaləsi zamanı yaranması ehtimal edilir. == Həmçinin bax == Odlar Yurdu == İstinadlar == == Notlar == Mizoguchi Yuzo, et al. Chūgoku Shisō Bunka Jiten 中國思想文化事典, Tokyo University Press, 2001. Hayashiya Tatsusaburō, Nihon no Rekishi 12 - Tenka Ittō 日本の歴史 12 - 天下一統, Chūō Kōron Publishing, 1966. Tamagake Hiroyuki, Nihon Chūsei Shisōshi Kenkyū 日本中世思想史研究, Perikan Publishers. 1998. Mizubayashi Takeshi, et al. Taikei Nihon-shi 2 - Hōshakai-shi 体系日本史 2 - 法社会史, Yamakawa Publishing.
Səma Aydəmir
Səma Aydəmir (17 avqust 1985, Bursa) — Türkiyəli yüngül atlet. == Karyera == 2012-ci il London Olimpiadasında 4x400 m estafet yarışında iştirak etmək hüququ qazandı. O, 6 iyun 2012-ci ildə Ankarada keçirilən yarışda 400 m maneəli qaçışda 56,62 saniyə ilə ən yaxşı dərəcəsini əldə edib.
Səma mannası
Səma mannası — dini əfsanəyə görə səhrada dolaşan israillilər üçün göydən tökülən azuqə( Yunan: μάννα;Ərəbcə: اَلْمَنُ;bəzən mana, kişi və ya manna kimi də istifadə olunur); Xristanların Müqəddəs Kitabı İncilə görə, bu, İsrail övladlarının Misirdən çıxdıqdan sonra və Kənanı fəth etməzdən əvvəl səhra səfərləri zamanı Allahın onlara göndərdiyi yeməkdir.Bu yemək Quranda üç dəfə qeyd edilmişdir. Manna Müqəddəs Kitabın “Çıxış” kitabının 16-cı fəslində, “Saylar”ın 11-ci fəslində və Quranın 2-ci fəslində rast gəlinir.Çıxış kitabının 16-cı fəslindəki qeydlərə görə, israillilər Misiri tərk etdikdən sonra ikinci ayın 15-də manna peyda oldu.O zaman Musa israilliləri Elimlə Sinay arasındakı Sin səhrasına apardı.Yeməyə heç nə yox idi.İsrail xalqı Musaya şikayət etdi ki, aclıqdan öləcəklər.Sonra Rəbb Musaya İsrail övladlarına yemək verəcəyini vəd etdi.Həmin gecə Yehova onlara yemək üçün manna göndərməyə başladı və o gündən israillilər 40 il fasiləsiz manna yedilər.Manna gecə vaxtı şehlə birlikdə düşərgəyə düşdü və bu, don kimi bir az yuvarlaq bir şey idi.Forması keşniş toxumuna bənzəyir, mirvariyə bənzəyir, ağ rəngdədir.İsraillilər mannanı yığıb dəyirmanda əzdilər və ya məhlulda döydülər, qazanda qaynadıb tortlar düzəldiblər, təzə yağ kimi dad verirdilər.Adətən altı gün ard-arda yağış yağır, lakin şənbə günü bir gün dayanır ki, insanlar şənbə günü keçirsinlər.Ona görə də altıncı gün yağan yağışın miqdarı ikiqat olacaq.İlk beş gündə düşənlər eyni gündə yeyilməlidir, əks halda səhərə qoyulsa, qurd böyüyəcək və iylənəcək;Yalnız Yeşua xalqı İordan çayının o tayından Kənan torpağına apardıqdan və onlar Kənan torpağının məhsullarını yedikdən sonra yağış dayandı . Forması: Keşniç toxumuna bənzəyir, həm də mirvariyəbənzəyir.Rəngi ağ rəngdədir.
Səma mexanikası
Göy mexanikası (ing. celestial mechanics) — mexanika qanunlarının köməyi ilə göy cismlərinin hərəkətini öyrənən astronomiya bölməsi. Göy mexanikası Ay və planetlərin fəza koordinatlarını hesablayır, Ay tutulmasının vaxtını və yerini müəyyən edir, kosmik cisimlərin real hərəkətini dəqiqləşdirir. Göy mexanikası Günəş sistemini, planetlərin Günəş ətrafında, peyklərin planetlər ətrafında dövr etməsini öyrənir. Həmçinin bu elmi sahə ilə kometa və kiçik planetlərin hərəkətinin trayektoriyasının hesablanır. Uzaq planetlərin və ulduzların hərəkətini bəzən əsrlərlə müşahidələrdən bilmək olur. Günəş sisteminin cisimlərinin hərəkəti isə gözlə də görünə bilər. Onun öyrənilməsi İohan Keplerin (1571–1630) və İsaak Nyutonun (1643–1727) əsərlərindəki göy mexanikası qanunları ilə başladı. Bununla yanaşı bilavasitə göy mexanikasında öyrənilən məsələlərə misal olaraq aşağıdakıları göstərmək olar: Bilavasitə Nyutonun ümumdünya cazibə qanunu ilə bağlı astronomiya məsələləri Cazibə nəzəriyyəsi-tərpənməz cisimlərin qravitasiya sahəsi haqqında təlim n {\displaystyle n} cisim məsələsi-bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n {\displaystyle n} maddi nöqtənin hərəkəti Birinci yaxınlaşma hesab edilən bu nəzəriyyədən Eynşteynin qravitasiya nəzəriyyəsi əsasında n {\displaystyle n} cismin hərəkətinin relyativist nəzəriyyəsi və s.
Səma məbədi
Səma məbədi (天壇|Tiāntán/Tyantan) — Pekində yerləşən tarixi abidə. == Tarixi == Çinin ən böyük tarixi abidələrindən biri olan Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. O, Pekinin mərkəzindən cənubda yerləşmişdir. Onun əsas binalarının damı səma rəngində, mavi minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə, 1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Onun ilkin adı – Səma və Yer Məbədi idi, belə ki, burada həm Göyə, həm də Yerə dualar oxunurdu. 1530-cu ildə Pekinin şimalında yer məbədi salınmışdır və bundan sonra Səma məbədi imperatorların Səmaya ibadət etmələri üçün xüsusi yerinə, eləcə də yüksək məhsul üçün dualar oxunan yerə çevrildi, burada həmçinin tufana, buluda dualar edir və əcdadları yad edirdilər. Səma məbədinin ümumi sahəsi 266,7 ha təşkil edir. Məbədin ərazisi iki divarla dövrələnmişdir. Məbədin bütün ərazisini əhatə edən xarici divar 6625 metr təşkil edir.
Səma obyektləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər. Həmçinin, qalaktikaların cırtdan qalaktikalar və kürəvi topalar şəklində peykləri də ola bilər.
Səma Ramazanoğlu
Səma Ramazanoğlu (25 avqust 1959, Dənizli) — Türk həkim və siyasətçisi, Türkiyə Respublikasında keçmiş Ailə və Sosial Siyasətlər naziri. 4 noyabr 2015-ci il - 24 may 2016-cı il tarixləri arasında Türkiyənin 64-cü hökumətində Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb. O, ilk dəfə 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Dənizlidən millət vəkili olaraq parlamentə seçilib. Ramazanoğlu deputat və nazir olmazdan əvvəl 2003-2009-cu illərdə keçmiş baş nazir və Ədalət və İnkişaf Partiyası lideri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi olub. O, həm də Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Bacısı Səlma Aliyə Kavaf da 2009-2011-ci illərdə Ədalət və İnkişaf Partiyasından nazir olub. == Erkən həyatı və təhsili == Səma Ramazanoğlu 25 avqust 1959-cu ildə Dənizlidə Niyazi və Gülsərən Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İlk və orta təhsilini Dənizlidə başa vurduqdan sonra 1983-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif səhiyyə ocaqlarında həkim işləyib. O, İsveçrənin Bern Universitetinin xəstəxanasında və doğum evində radiologiya üzrə rezidenturanı bitirib.Türkiyəyə qayıtdıqdan sonra müxtəlif xəstəxanalarda rentgenoloq mütəxəssisi kimi fəaliyyətini davam etdirib.
Səma buğası
Səma buğası, Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası, Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma öküzü
Səma buğası, Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası, Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. == Həyatı == Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Semra Eren-Nijhar
Səmra Ərən-Nijhar (d. 6 aprel 1967; İstanbul), Türk-alman yazıçı, sosioloq, sənədli film prodüseri, sosial və mədəni şərhçi. == Həyatı == Semra Eren-Nijhar 2001-ci ildə Oksford Universitetindən ayrılaraq "SUNCUT Danışmanlık ve Yapımcılık şirkəti"ni qurmuş ve 2001-ci ildən bəri idarəçiliyini etməkdədir. Lordlar Palatasında məsləhətçi kimi fəaliyyət göstərən Eren-Nijhar, otuz üç ildən çoxdur ki, miqrasiya, qadınlar, Avropadakı Türk immiqrasiyası, kimlik, mənsubiyyət, irqçilik və sənət sahələrində çalışmışdır. Eren-Nijhar, sosioloji araşdırmalarını sənət ilə müəyyənləşdirib müxtəlif texnika çərçivəsində təqdim edərək araşdırma nəticələrini daha geniş bir kütləyə çatmasını təmin etdi. Xüsusilə şəxsi portretləri və tərcümeyi-halları üçün fotoşəkil çəkən Semra Eren-Nijhar, İngiltərə, Belçika və Türkiyədə bir foto-sərgi açdı və eyni zamanda bir çox sərginin kuratorluğunu etdi. Eren-Nijhar, İngiltərədəki Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi, London Turkish Day-London Türk Günü və Turkish Heritage in Europe-Avropada yaşayan Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi mövzusunda araşdırmalar aparmış və bu işlərin aparılmasında mühüm rol oynamışdır. == Mükafatları == Eren-Nijhar bir çox mükafatla yanaşı, 2004-cü ildə "Millennium Awards Fellowship" tərəfindən İstedad ve Uğur Mükafatını, 2015-ci ildə Beynəlxalq Avropa Keyfiyyət Zirvəsi Mükafatını və 2018-ci ildə İngilis Türk Dərnəkləri Federasiyası tərəfindən verilən "Achievement" Mükafatını aldı. == Kitabları == Kainatın şairi Osman Türkay, Cyprus Turkish Association Publications, 2011 Avropanın İlk Türk Dərnəyi — Kipr Türk Dərnəyi, Cyprus Turkish Association Publications, 2012 Kıpırtı Yazıları, Yar Publishing, 2013 Artıq Qürbət yox! (Mu?) I – There Is No More a Place far from Home!
Cenqa
Cenqa — Lesli Skot tərəfindən yaradılmış oyundur. Hasbro və Milton Bredly Company tərəfindən satışı həyata keçirilir. == Oyunun qaydaları == 54 taxta blokdan ibarətdir. Hər mərtəbə 3 blok olmaqla 18 mərtəbəli bir qüllə düzəldilir. Bununla belə, əgər ilk üç blok şimaldan cənuba düzülübsə, yuxarıdakı üç blok şərq-qərb sxemi ilə düzülməlidir. Oyun iştirakçıları növbə ilə bu 18 mərtəbəli qüllədən bir blok çəkir və qüllənin üstünə yenidən başlanğıcdakı kimi düzməyə başlayırlar. İştirakçılar toxunduqları bloku tək əlləri ilə çəkmək məcburiyyətindədilər. Qüllə yıxılmadan əvvəl son bloku kim çəkibsə oyunu o şəxs uduzar. Yenidən oynamaq istəsəniz, blokları yığmaq və onları bir qüllə etmək vəzifəsi əvvəlki oyunu uduzan şəxsə düşür.
Damğa
Damğalar və ya Tamğalar — türk və monqol tarixi baxımından son dərəcə önəmli bəlgələrdir. == Tarixi == Damgalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib.Ayrıca bu damgaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim bəlgə olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları damgalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Damğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir.Elmə məlum olan ən qədim damğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir. Neolit dövrünün mədəniyyətlərində onlar yeni formalar, fərqli işlənmə texnikası və tətbiq sahələri ilə təkmilləşmiş, rəmzi mahiyyətini, ibtidai dini inanclarla bağlılıqlarını daha da möhkəmləndirmişlər.Türk xalqlarında damğa işarələrinin təyinatı və funksiyaları kifayət qədər geniş olmuşdur. Onlara xalq, tayfa və ya nəsillərin dövlətçilik ənənələri, həyat tərzi, təsərrüfat fəaliyyəti, hərb sənəti, inancları ilə bağlı müxtəlif yerlərdə rast gəlmək mümkündür.