Natiqlik sənəti
Natiqlik və ya bəlağətli nitq sənəti — inandırmaq məqsədi ilə kütlə qarşısında çıxış etmə sənəti. Natiqlik ritorika, aktyorluq texnikası (təqdimat) və manipulyasiya üsullarının harmonik vəhdətidir.
Natiqin məqsədi öz nöqteyi-nəzərini müdafiə edərək, öz mövqeyini rəqibə və ya auditoriyaya təqdim etməkdir. Hazırlanmış nitq və natiqlik üsullarından istifadə edərək bu məqsədinə nail olur.
Natiqlik sənəti və onun xassələrini ritorika elmi öyrənir.
== Natiqlikdə arqumentasiya ==
Kütləvi nitqdə arqument tezisi sübut etməyə yönəlmiş faktlar, tədqiqat məlumatları, hadisələr, praktik nümunələrdir.
Antik ritorikada Aristotel arqumentin üç növünü ayırd edirdi: etos, patos, loqos.
Etos – öz nitqi ilə insanları müəyyən hərəkətlərə sövq etməyə, bəyanatın mövzusuna baxış və münasibəti dəyişməyə çağırmağa hazırlaşan şəxsin etik, mənəvi mövqeyidir; etos ən birbaşa danışıq və ya yazılı söz üçün vətəndaş məsuliyyəti hissi ilə əlaqələndirilir.
Loqos – insanlar üçün mühüm düşüncədir, dialektik səviyyədə onların fəal əks etdirilməsi və mənimsənilməsi mövzusuna çevrilməli olan ideyadır.
Pafos – vəziyyətə, ifadənin məqsədinə uyğun gələn və ifadənin mənasının başa düşülməsinə və mənimsənilməsinə ən çox kömək edən obrazlı nitq formasıdır.