Nayib Qasımov (tam adı: Nayib Akif oğlu Qasımov; 12 iyun 1997; Masallı, Azərbaycan — 6 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.
Nayib Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Masallı, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2015—2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 2020 |
Nayib Qasımov 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub.[1] 2004-2014-cü illərdə Mahmudavar кənd tam orta məкtəbində təhsil alıb.
Nayib Qasımov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi.
2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nayib Qasımov oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]