NEWS-BOY

n qəzetsatan (xüs. gənc oğlan haq.)

NEWS-AGENT
NEWS-LETTER
OBASTAN VİKİ
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Little Boy
Little Boy (azərb. Balaca oğlan‎) – hücum məqsədləri üçün istifadə edilən dünyanın ilk atom bombasıdır. 6 avqust 1945-ci il tarixində ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə atılmışdır. Xirosima şəhərinin 550 metr yüksəkliyində partladılan nüvə bombasının partlayış gücü 18000 ton TNT (Trinitrotoluolen) partlayıcıya bərabər idi. == İnkişaf etdirilməsi == Gücünü uran atomunun parçalanmasından çıxan enerjidən alan bu bomba ABŞ-nin İkinci Dünya Müharibəsi dövründə gizli bir formada həyata keçirmiş olduğu Manhattan Layihəsi nəticəsində hazırlanmışdır. Xirosima partlayışı ABŞ-də həyata keçirilmiş olan Trinity Testindən sonra tarixdə baş vermiş olan ikinci nüvə partlayışıdır. Bundan üç gün sonra Naqasakiyə "Gonbul Adam" adlı dünyanın üçüncü atom bombası atılmışdır. == Xirosimanın bombalanması == Bomba Enola Gay adlı B-29 bombardmançı təyyarəsindən 6 avqust 1945-ci ildə yerli vaxtla 8:15 radələrində atılmışdır. Hərbi təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Paul Warfileld Tibbets olmuşdur. 44.4 saniyəlik sərbəst düşmədən sonra barometrik tətiklərin açılması ilə detonasiya mexanizmi işə salınmışdır.
Tulu (boy)
Tulu — Qədim türk boyu. == Tarixi == Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Əfşarlar (boy)
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Karlik boy
Karlik boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
My Boy
"My Boy" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı onun ilk mini-albomu "Don't Smile at Me"dən altıncı sinqldır. 28 iyul 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı Aylişin qəlbini qıran oğlanlar haqqındadır.
Flower Boy
Flower Boy (digər adı Scum Fuck Flower Boy) — amerikalı repçi Tyler, the Creator-un dördüncü studiya albomu. 21 iyul 2017-ci ildə Columbia Records tərəfindən buraxılıb.
BBC News
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Breaking News
Breaking News – Maykl Ceksonun ölümündən sonra çıxarılmış və indiyə kimi işıq üzü görməyən mahnıların toplandığı Michael albomundan olan ilk sinqlı. Sinqlın rəsmi şəkildə 5 noyabr 2010 – cu ildə ictimayətə təqdim edilmiş, mahnı tam şəkildə ilk dəfə 8 noyabr 2010 -cu ildə Ceksonun rəsmi veb saytında yalnızca bir həftə müddətində yayımlanmışdır. Həmçinin 8 noyabr tarixindən etibarən mahnı radiolarda da səsləndirilməyə başlanmışdır. == Fon == Mahnı 2007-ci ildə Nyu-Cersidə, Maykl Cascio ailəsi ilə birgə yaşadığı vaxt yazılmışdır. Michael albomuna daxil olan "Monster" və "Keep Your Head Up" mahnıları da daxil olmaqla digər mahnıların da əksəriyyəti bu zaman yazılmışdır. == Çıxarılması == 5 noyabr tarixində "Breaking News" mahnısının reklam videosu Maykl Ceksonun röəsmi veb saytında yerləşdirildi. Videoda müxtəlif telekanalların məşhur müxbirlərinin Cekson haqqında olan məlumatları baş xəbər kimi çatdırmaları təsvir edilmişdi. Bu girişdən sonra Ceksonun qısa vokal ifası verilmişdi. "Breaking News" çoxdan gözlənən albomun debüt sinqlı və albomnan yayımlanan ilk mahnı olmasına baxmayaraq Sony Music mahnının kommersiya sinqlı deyil, Promo sinql kimi radiolarda yayımlanmasına razılıq verdi. 5 noyabrda sinqlın reklam videosu Ceksonun rəsmi veb saytında yayımlandı.
Breitbart News
Breitbart News Network, daha çox Breitbart News, Breitbart və ya Breitbart.com olaraq tanınır — ABŞ konservativ şərhçi Endrü Breytbart tərəfindən 2007-ci ilin ortalarında yaradılmış ifrat sağ xəbər, məqalə və şərh saytı. Ümumi olaraq, saytın jurnalistlərinin ideoloji cəhətdən hərəkət etdiyi düşünülür və məzmununun böyük bir hissəsi liberallar və ənənəvi konserativlər tərəfindən qadınsevməz, homofobik, ksenofobik və irqçi adlandırılmışdır. Saytda bir sıra konspirasiya nəzəriyyələri, Çin əleyhinə ksenofobik nümunələr və qəsdən yanıldıcı məzmun dərc edilmişdir. "Breitbart News" keçmiş icraçı sədr Stiv Bennonun idarəsi altında alternativ sağın tərəfini tutmuşdur. Bennon 2016-cı ildə saytı "alt-sağın platforması" adlandırmışdır. "Breitbart News" 2016-cı ildə Donald Trampın prezidentliyə namizədlik kampaniyasını dəstəkləyənlərin virtual meydanına çevrilmişdi. Şirkətin menecmenti keçmiş heyət üzvü Maylo Yannopulos ilə birlikdə neonasist, falunqun və ağdərili üstünlüyü fikirlərini qoruyan qrup və fərdlərdən ideyalar dərc və təbliğ etmişdir. 2016-cı il ABŞ prezident seçkilərindən sonra saytın mübahisəli mövqelərini qınayan internet aktivizmi nəticəsində 2 mindən çox təşkilat "Breitbart News" saytını reklam alışlarından çıxarmışdır. Şirkətin baş qərargahı ABŞ-nin Kaliforniya ştatındakı Los-Anceles şəhərində yerləşir, lakin Texas, London və Yerusəlimdə büroları mövcuddur. Saytın həmtəsisçisi Larri Solov Endrü Breytbatrın dul yoldaşı Suzi Breytbart və Merser ailəsi ilə birlikdə şirkətin ortağı, eləcə də icraçı direktorudur.
Fox News
Fox News, rəsmi olaraq Fox News Channel (abr.: FNC), daha çox sadəcə Fox olaraq tanınır — mərkəzi Nyu-York şəhərində yerləşən ABŞ konservativ xəbər telekanalı. İlk yayımı 7 oktyabr 1996-cı ildə gerçəkləşən kanalın sahibidi "Fox News Media" şirkətidir ki, bu şirkətin də ana korporasiyası "Fox Corporation" şirkətidir. Kanal Avstraliya mənşəli ABŞ media maqnatı Rupert Mördok tərəfindən konservativ auditoriyaya müraciət etmək üçün yaradılmışdır. "Fox News" 1990-cı illərin və 2000-ci illərin axırlarında ABŞ-də dominant xəbər şəbəkəsinə çevrilmişdir. 2018-ci ilin sentyabr ayında təxminən Amerikadakı 87 milyon evdə (televiziya abunəçilərinin 90.8%) "Fox News" kanalı tuturdu. 2019-cu ildə "Fox News" orta hesabla 2,5 milyon izləyiciyə sahib olan ən yüksək reytinqli kabel şəbəkəsi olmuşdur. Mördok hal-hazırda kanalın icraçı sədridir. Müşahidəçilərə görə, "Fox News" ABŞ Demokrat Partiyasını mənfi təsvir edir, ABŞ Respublikaçılar Partiyası, onun siyasətçiləri və ümumiyyətlə konservativləri üçün müsbət reportaj hazırlayaraq qərəzli davranır. Tənqidçilər kanalın məzmununu ümumilikdə "xəbərlərin düzgünlüyünün pozulması" adlandırırlar. "Fox News"un rəsmi mövqeyi xəbər yayımının fikir və şərh proqramlarından asılı olmaması, eləcə də xəbərlərindəki qərəzliliyi inkar etməsindən ibarətdir.
News Corp
«Nyus korporeyşen» («News Corpora­tion») — Amerika transmilli mediaholdinq. 2013-cü ildə «News Corporation» media təşkilatı tərəfindən yenidən təşkili və spin-off nəticəsində yarandı. Şirkətin ən böyük aktivləri Dow Jones & Company (The Wall Street Journal), News UK, New York Post və HarperCollins-ə məxsusdur. Mördok ailəsinə aiddir. == Tarixi == Media holdinq News Corporation 1979-cu ildə yaradılıb. 2012-ci ildə təsisçisi və sahibi Rupert Mördok, medianın iki müstəqil şirkətə bölünməsinə qərar verdi. 20-ci əsrin Fox film şirkətini, Fox Networks Şəbəkəsini və bir sıra digər televiziya şirkətlərini əhatə edən 21-ci əsrin Fox şirkəti əvvəlki şirkətin hüquqi varisi oldu və qəzet və nəşriyyat işi News Corp adlı yeni bir şirkətə köçürülüb. == Fəaliyyəti == News Corp şirkəti dörd əsas bölmədən ibarətdir: Xəbərlər və informasiya xidmətləri 2016-cı maliyyə ilində bu bölmədə şirkətin 8,292 milyard dollar dövriyyəsi 5.338 milyard dollar təşkil edib. Bu bölmənin tərkib hissələri aşağıdakılardır: The Wall Street Journal, Factiva, Dow Jones Risk və Uyğunluq, Dow Jones Newswires, Barron, MarketWatch, Dow Jones PEVC və DJX kimi nəşrləri olan Dow Jones & Company. Avstraliyanın ən böyük xəbər agentliklərindən biri olan News Corp Avstraliya Avstraliya qəzetlərinin ümumi tirajının 59% -ni təşkil edir.
News Live
«News Live» (assam. নিউজ লাইভ) — Qərargahı Assam şəhərində yerləşən Hindistan peyk, xəbər televiziya kanalı. Quvahatinin əsas media qrupu olan «Pride East Entertainments Pvt. Ltd.» şirkətinin sahibləndiyi telekanalda 7/24 xəbərlər, son məlumatlar, məlumat-əyləncə proqramları yayımlanır. == İlin assamlı şəxsi == "İlin assamlı şəxsi" mükafatı «News Live» telekanalı tərəfindən təqdim olunan illik mükafatdır. Ən yaxşı məqalə işləyən şəxsə 2 lakx Hindistan rupisi verilir.
Yahoo! News
Yahoo! News — Yahoo! tərəfindən dəstəklənən xəbər saytıdır. İnternetdə xəbər saytı kimi fəaliyyət göstərir. Yahoo! avqust 1996-cı ildə Bred Klosi adlı proqram mühəndisi tərəfindən yaradılmışdır. Məqalələr əvvəlcə Associated Press, Reuters, Fox News, Al Jazeera, ABC News, USA Today, CNN və BBC News kimi xəbər xidmətlərindən əldə edilmişdir. 2011-ci ilə qədər Yahoo böyük media quruluşu olma planlarının bir hissəsi olaraq orijinal məzmunu daxil etmək üçün fokusunu genişləndirdi. Təcrübəli jurnalistlər işə götürüldü (Volter Şapiro və Virciniya Heffernan da daxil olmaqla) və 2012-ci ilin fevralında saytda ilk dəfə Ağ Evin mətbuat müxbiri kimi fəaliyyət göstərdi. Amazon-a məxsus marketinq məlumatları toplama şirkəti (Alexa) Yahoo!
ANNA News
ANNA News (Analytical Network News Agency) — Rusiya hökumətəmeylli xəbər agentliyi. Agentliyin adı əvvəllər "Abkhazian Network News Agency" mənasını verirdi. Baş ofisi Moskvaya köçdükdən sonra, 22 sentyabr 2017-ci ildə Roskomnadzorda qeydiyyatdan keçərkən "Abxaziya" sözü "Analitik" olaraq dəyişdirilmişdir. == Tarixi == ANNA News Abxaziya-Gürcüstan münaqişəsi hadisələrindən sonra 18 iyul 2011-ci ildə Abxaziyada kütləvi informasiya vasitələri kimi rəsmi qeydiyyata alınmışdır. Marat Musin tərəfindən 2018-ci ilin may ayında vəfat edənə qədər təsis edilmiş və idarə edilmişdir. Musin Moskva Dövlət Universitetində və Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetində işləmiş maliyyə kəşfiyyatı üzrə mütəxəssis idi. Agentlik Rusiya hökumətinin tərəfində mövqe tutur. Rusiya təbliğatını gücləndirən daha geniş nəşrlər şəbəkəsinin bir hissəsi hesab edilir. ANNA rus dilində nəşr edir və "2012-ci ildən bəri Suriyada vətəndaş müharibəsi ilə bağlı "YouTube"da insayder kadrların tədarükçüsü" kimi tanınır. ANNA üsyançılara qarşı əməliyyatlarında Suriya Silahlı Qüvvələri ilə əməkdaşlıq edir.
News Corporation
News Corporation (və ya News Corp) dünyanın ən böyük media qruplarından biri hesab olunur. Onun sahibi və sədri Rupert Merdokdur. News Corporation Nyu York Fond Birjası və Avstraliya Fond Birjası vasitəsilə ictimai bir şirkətdir. Əvvəllər şirkətin baş ofisi Avstraliyanın Adelaida şəhərində yerləşirdi, lakin sonradan ABŞ-ın Delaver ştatına köçürülmüşdür. News Corporation şirkətinin baş ofisi Nyu Yorkda Rokfeller Mərkəzinin binasında yerləşir. Şirkətin 2005-ci ildəki göstəricilərə əsasən illik gəliri 23,8 milyard ABŞ dolları təşkil etmişdir ki, bu gəlirlərin də təxminən 70%-i ABŞ-dan əldə edilmişdir. Şirkət bütün dünyada kitab nəşriyyatlarına, qəzetlərə, jurnallara, səsyazma şirkətlərinə və radio stansiyalara, idman komandalarına və liqalara, kinostudiyalara, televiziya stansiyalarına, kabel və peyk yayımı distribyutorlarına, internet saytlarına və müxtəlif kiçik təşkilatlara sahibdir. 20th Century Fox, Fox televiziyaları ilə bərabər, Eurosport, Direct TV, Sky televiziyaları və eyni zamanda da 2006-cı ildən Türkiyədən satın alınmış olan TGRT kanalı da şirkətin mülkiyyətindədir. Bundan əlavə, MySpace sosial şəbəkə xidmətini də 580 milyon dollara satın almışdır.
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Game Boy Color
Game Boy Color Nintendonun davamçısı olan Game Boyun, oktyabrın 21-i 1998 ildə ilk dəfə Yaponiyada çıxan versiyasıdır. Bunun Game Boy Pocket-dən əsas fərqi, ekranı rəngli, qalın və hündür olmasıdır. Baxmayaraq ki, bu versiyada da 8-bitlik processor ilə işləyir ancaq ilkin sistemdən daha kiçikdir.
Toy boy (mahnı)
Certified Lover Boy
Certified Lover Boy — kanadalı repçi-müğənni Dreykin altıncı studiya albomu. 3 sentyabr 2021-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Champagne Poetry 02. Papi's Home 03. Girls Want Girls (featuring Lil Baby) 04. In the Bible (featuring Lil Durk and Giveon) 05. Love All (featuring Jay-Z) 06. Fair Trade (featuring Travis Scott) 07. Way 2 Sexy (featuring Future and Young Thug) 08.
Anime News Network
Anime News Network (azərb. Anime xəbər şəbəkəsi‎) və ya ANN — Şimali Amerika, Avstraliya, Cənub-Şərqi Asiya və Yaponiyada anime, manqa, video oyunları, Yapon populyar musiqisi və digər əlaqəli mədəniyyətlərin statusu haqqında məlumat verən xəbər saytı. Vebsaytda icmallar və digər redaksiya məzmunu, oxucuların cari problemləri və hadisələri müzakirə edə biləcəyi forumlar, yapon və ingilis dillərində heyət haqqında məlumat, tematik musiqi, hadisələrin xülasəsi və istifadəçi reytinqləri ilə anime və manqa ensiklopediyası var.
Azerbaijan News Service
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. == Tarixi == Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
Guardian News & Media
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. == Strukturu == "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı) "Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.
Guardian News Media
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. == Strukturu == "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı) "Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.