Əfşarlar (boy)

Əfşarlar — 24 oğuz boyundan biri.[1] Tarixi əfşarlar qədim oğuzlar,[14][15][16][17] müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir.[18][19][20] Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.[21][22]

Əfşar boyu
Əfşar damğası Mahmud KaşğariƏbulqazi Bahadır xana görə Qırğı qartalını təmsil edir.
Ümumi sayı
13,500,000–15,000,000
Yaşadığı ərazilər
 İran 1,500,000 (2016-cı il) [1]
 Əfqanıstan 30 000 (1960-cı il) [1] (Əfqanıstan qızılbaşları)
 Azərbaycan
 Türkiyə 12,000,000
 Türkmənistan
Dili

Əfşar, Azərbaycan[2][3][4][5][6][7][8][9][10][11][12] fars, türk, türkmən[13]

Dini

İslam. Əsasən ŞiəlikSünni

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.[23]

Əfşar bayrağı

Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.

Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, ƏfqanıstanaAzərbaycana da yayılmışlar. Əfşarlar Oğuzun digər nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güçlü bir boydur.

XI əsrdə Səlcuq fəthləri zamanı onlar Mərkəzi Asiyadan Orta Şərqə miqrasiya etmişdirlər.[22] Onlar qızılbaş tayfalarından biri olmuş və Səfəvi sülaləsinə imperiya qurmaqda yardım etmişdilər.[22] Həmçinin Səfəvi sülaləsinin devrilməsindən sonra yeni hakim sülalənin əsasını qoyan Nadir şah da Əfşar boyunun Qırxlı tirəsindən idi.[24][25] Azərbaycan da (həm cənubi, həm də şimali), Türkiyədə, İranda[26] və Əfqanıstanda hələ də yaşamaqdadırlar. İranda yaşayan əfşarlar hələ də böyük ölçüdə köçəri həyat tərzi sürürlər.[27]

Nadir Şahın məzarı və türbəsi, Məşhəd şəhəri

Karamanoğulları bəyliyi Əfşar boyunun Qaramanlı, Germiyanoğulları bəyliyi Germiyanlı,[28][29] Kozanoğlu bəyliyi, Aydınoğulları bəyliyi Germiyanoğulları bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Əfşar ola biləcəyi düşünülür. Həmçinin Bakı xanlığı, Zəncan xanlığı, Xalxal xanlığıUrmiya xanlığının da qurucuları və hakim sülalələri əfşarlardandırlar.[22] Bundan başqa, Qarabağ xanlığının hakimləri olan Cavanşirlər də Əfşar boyundandırlar.[30]

İran və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış əfşarlar XII əsrdə Anadoluya köç etmişdilər.

Səfəvilər dövründə FarsXuzistandaki əfşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyaya gəlib yerləşdikləri təxmin edilməkdədir. Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Xorasandaki Afşarların Qırxlı oymağına bağlı Nadir şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur.

Əfşar xanədanlığı Nadir şah öldürüldükdən sonra müəyyən zamanda qarışıqlıqlar içində yox olmuşdur.

Türklərin tarixi coğrafiyasında bir çox yerlər əfşar adını daşımaqdadır. Məşhur bir soyad olaraq günümüzə qədər gəlmişdir. Balkanlarda da Əfşar boyuna mənsub insanlar yaşamaqdadır.

TürkiyəKayseridə, Adanada, Kahramanmaraşda, Konyada, Ankarada, Hatayda, Qaziantepdə, Sivasda, Malatyada, Balıkəsirdə, Aydında, İspartada, Manisada və s. əfşarlar yaşayır. Hər il Kayseridə Dadaloğlu (Əfşar) Şənlikləri təşkil olunur. Əfşarlar qurultayı keçirilir.

Hal-hazırda əfşarların böyük bir hissəsi azərbaycanlıların,[31][32], türkmənlərin[33][34] və ya türkmanların (Oğuz türklərinə verilən ümumi ad) tərkibinə daxil olmuş, onların bir qolunu təşkil etmişdirlər.[35]

Rəşidəddin Həmədaninin bildirdiyinə görə, boyun adı onun qurucusu olan və Oğuz xanın oğlu Ulduz xanın oğlunun adından gəlməkdədir. Əfşar sözünün mənası "mülayim", "ılımlı", "yolagedən" anlamlarına gəlməkdədir.[36]

Oğuzların İslamdan əvvəlki tarixlərinə dair rəvayətlərdə Əfşar boyu ilə bağlı hər hansısa hadisədən və ya bu boya mənsub bəylərdən bəhs edilməmişdir. Lakin İslamdan öncəki dövrdə hökmdar sülaləsi çıxarmış beş boydan biririnin də Əfşar olduğu qeyd edilir (digər boylar Qayı, Eymir, Yazır və Bəydili). Səlcuqlu sülaləsinin böyük siaysi uğurları və Qarakitayların Türküstanda hakimiyyət qurmaları, Oğuz boylarından xeyli insanın Seyhun sahillərindəki yurdlarından, hətta Manqışlaq və Balxaş bölgələrindən köçüb Orta və Yaxın Şərq bölgələrinə gəlmələrinə səbəb oldu. Gələn 24 Oğuz boyundan az bir hissəsi tarixdə silinməz iz buraxmışdır ki, bunlardan biri də əfşarlardır.[23]

Əfşar tayfasının adının ilk dəfə çəkilməsinə Mahmud Qaşqarlının Divanü Lüğat-it-Türk əsərində rast gəlmək mümkündür. Bu əsər 1075-ci ildə yazılmışdır.[22] Qaşqarlı bu tayfanın adını 22 Oğuz tayfası arasında 6-cı sırada yerləşdirmiş və bildirmişdir ki, bu adı onları qədim dövrdə yaratmış olan əcdadları vermişdir.[22]

XI əsrdə ilk Əfşar döyüşçüləri Məvaraünnəhrdən İran coğrafiyasına və Anadoluya daxil oldu. Əfşar tayfasının çox üzvü isə bu bölgəyə XIII əsrin ikinci yarısında, yəni bölgə Hülakü xanın yürüşünə məruz qalarkən daxil oldu. Bu tarixdən sonra müəyyən müddətə qədər bu tayfanın adını ayrıca olaraq qaynaqlarda izləmək mümkün deyil, çünki tayfa ümumi Türkman adı altında adlandırılmaqdadır. Bundan əlavə, görünən odur ki, müxtəlif türkmən ünsürləri müxtəlif yenidən qruplaşma proseslərinə məruz qalmışlar, belə ki, yeni “tayfalar” yarananda yalnız bəziləri “Əfşar” kimi ənənəvi Oğuz tayfa adlarını qoruyub saxlaya bilmişdir.[22]

Georg Stöber izah edir ki, o dövrün siyasi mühitində (inşa edilmiş) şəcərələrlə dəstəklənən müxtəlif qrupların sıralanması getdikcə daha çox əhəmiyyət kəsb edirdi. Rəşidəddin Həmədani (ö. 1318) inanırdı ki, tayfanın əcdadı Əfşar adlı və əfsanəvi qəhrəman Oğuz xanın soyundan gələn şəxsdir. Həmçinin Əfşar tayfasının Oğuz ordusunda sağ cinahda yer aldığını, yəni boz oxlara məxsus olduqları da bildirilirdi.[22]

XII əsrdə Əfşar tayfasından iki şəxs - ata və oğul - müasir İranın cənub-qərbində yerləşən Xuzistan vilayətini 40 il boyunca idarə etmişdilər. Tarsus bölgəsinin orta hissəsində hakimiyyətdə olan Qaramanilər sülaləsinin da Əfşar soyundan gəldiyi güman edilir. Əfşarlardan olan köçərilər Sivas ətrafında da yaşamış və Ağqoyunlu tayfa konfederasiyasına da daxil olmuşdurlar.[22]

Səfəvi imperiyasının yaradılması ərəfəsində bir çox Əfşar şərqə doğru köç etməyə başladı və əsas Qızılbaş tayfalarından biri kimi imperiyanın yaradılmasında yaxından iştirak etdi. Yerdə qalan əfşarlar isə o dönəm də Osmanlı torpağı olan Anadoluda qaldılar. Onlar Osmanlı mülklərində ayrıca qrup kimliyi daşımaqda idilər. XIX əsrdə qışda Suriyaya, yayda Anadoluya köç edən Çukurovadakı köçərilər bölgədəki Osmanlı valisi Dərviş paşa tərəfindən Göksun və Kayseri ətrafında məcburi oturaqlaşdırıldı. Hətta XX əsrin ortalarında belə bu adı çəkilən bölgələrdə Əfşar kökənli kəndliləri tapmaq mümkün idi.[22]

Əfşarların XV-XVI əsrlərdə şərqə doğru köç etmələrinin səbəbi Səfəvi imperiyasının qurulması ilə bağlı idi. Qızılbaş tayfalarından biri kimi Əfşar tayfası Şah İsmayıl Xətainin ordusuna qatılmışdılar. Georg Stöber bu hadisələrdə iştirak edən əfşarları XI əsrdəki əfşarların birbaşa varisləri hesab etməyin mümkünsüz olmasını iddia edir və buna səbəb kimi keçən əsrlər ərzində tayfaların tərkibinin çox dəyişməsini göstərir.[22]

Monqol işğallarından sonrakı dövrlərdə əfşarlar

[redaktə | mənbəni redaktə et]

XVI əsrə aid Osmanlı sənədlərində Əfşar boyuna aid çox sayıda yer adları görülməkdədir və bu. yer adları ilə Əfşar boyu Qayı boyundan sonra ikinci yerdə gəlməkdədir. Tarixçi Faruk Sümerə görə, bu, əfşarların eyni qayılar və qınıqlar kimi Anadolunun türkləşdirilməsində mühüm rola malik olmasının göstəricisidir. Osmanlı dönəmi tarixçilərindən Yazıcıoğluna görə, Qaramanlı boyu da Əfşar boyundandır. Monqol hakimiyyətinin tədricən Anadoluya yayılmasından sonra Anadoludan Suriyaya 40 min çadır türkman köç etmişdi. Bu türkmanlar müasir Suriyanın şimalında üstünlük əldə etmiş, bir çox hadisələrə yön vermişlərdir. Uzun illər keçməsinə və köçlərə baxmayaraq, buradakı türkman boyları xeyli müddət boz ox və üç ox kimi ənənəvi türkman el təşkilatlanmasını da qoruyub saxlamışdırlar. Hələb, Antep və Antakya civarlarında yaşayan bu türkmanların boz ox hissəsini təşkil edən əsas tayfa Əfşar boyu idi. Türkiyədəki, İrandakı və Azərbaycandakı əfşarların hamısı (qərbi və orta Anadoludakı bəzi Əfşar obaları istisna olmaqla) bu ana qoldan ayrılmışdırlar. Şimali Suriya əfşarları başlıca olaraq üç ailə tərəfindən idarə edilmişdirlər - Köpək oğulları, Gündüz oğulları və Qutbəyi oğulları. BU ailələrdən Köpəyoğullarının Antep bölgəsində, Gündüzoğullarının Amik ovasında, Qutbəyioğullarının da Hələb bölgəsində yaşadıqları bilinməkdədir.[23]

Azərbaycan və İran əfşarları

[redaktə | mənbəni redaktə et]

Bu bölgədəki əfşarlar daima qaynaqlarda. Əfşar yazılışı ilə anılmaqdadırlar. Daha XII əsrdə İranın Xuzistan əyalətində Arslan oğlu Yaqub, Sümlə və oğulları rəhbərliyində əfşarların bir bəylik qurduqları daha əvvəl də görülmüşdü. Bundan sonra, XV əsrin sonlarına doğru bu ölkədə yenidən əfşarlara rast gəlindi. Faruk Sümer bu əfşarları Ağqoyunluların fəthi nəticəsində Anadoludan gəlmiş əfşarlar olaraq təqdim edir. 1501-ci ildə Səfəvi imperiyasının quruluşundan sonra da İrana və Azərbaycana yeni Əfşar oymaqları gəldilər. Bu əfşarlar imperiyanın fərqli yerlərində yaşamaqda və ayrı-ayrı ailələrin hakimiyyəti altında olmaqda idilər. Sümer bunu onların dövlətə ayrı-ayrı zamanlarda köç etmələri ilə əlaqələndirir.[23]

Ağqoyunlu və Səfəvi dövrü
[redaktə | mənbəni redaktə et]

Əfşarlar ilk öncə Qaraqoyunlu dövlətində sülalənin əsaslandığı hərbi tayfalardan biri olmuş, daha sonra isə Uzun Həsənin rəhbərlik etdiyi ağqoyunluları dəstəkləmişdirlər.[36] Uzun Həsənin hələ Ağqoyunlu hökmdarı olmasından əvvəl yaxın adamlarından biri olan və Kuhgiluyə hakimi Əfşar Mansur bəy çox saylı əfşarlara rəhbərlik edirdi. Faruk Sümerə görə, şübhəsiz olaraq Suriya əfşarlarına mənsub olan Mansur bəy daha sonra bir çox Ağqoyunlu bəyləri kimi Səfəvi imperiyasının qurucusu Şah İsmayıla itaət etmiş və onun tərəfindən 1505-ci ildə Fars vilayətinin valisi təyin edilmişdir. Ağqoyunluların yüksəliş, çöküş və süqutuna şahidlik edən və ən sonunda başına Qızılbaş tacı qoyan Əfşar Mansur bəyin oğul və nəvələrinin Şah Abbas dövrünə qədər Kuhguliyə vilayətini idarə etdikləri bilinməkdədir. Bunlardan Mansur bəyın soyundan gələn Xəlil xan 10 min Əfşar döyüşçüsünə komandanlıq edirdi. Xəlil xanın oğlu Şahqulu xan ilə qohumu Həsən xan uzun illər Kuhgiluyədə bir-birinə düşmən olaraq yaşadıqdan sonra 1590-cı ildə Şahqulu, Şirazda Şah Abbasın da təstiqi ilə Həsən xan tərəfindən öldürüldü. Bundan sonra baş verən hadisələr nəticəsində əfşarlar yurdlarından çıxarıldılar. Onların bir hissəsi Xorasana, bir hissəsi isə Urmiyaya getdi. Beləliklə, vilayət artır Əfşar torpağı olma xüsusiyyətini itirdi. Buradakı əfşarlar gündüzlülər və araslılar oymaqlarından meydana gəlmişdi Gündüzlü obası XIV və XV əsrlərdə Suriyada yaşayan Gündüzlü əfşarının bir qolu olub, AĞqoyunlu fəthi nəticəsində Mansur bəyin rəhbərliyində İrana köç etmişdi.[23]

Əfşarlardan bir qol da XVI əsrin birinci yarısında Xuzistanda yaşamaqda idi. Bu əfşarlar da Gündüzlü əfşarlarından olub, buraya Ağqoyunlu hətfi zamanı gəlmişdilər. Bunların başında 1539-cu ildə Mehdiqulu Soltan dayanmaqda idi və bu sərkərdə Şah Təhmasibin əmri ilə qardaşı tərəfindən öldürülmüşdü. Bundan sonra Xuzistan əfşarlarının başında Heydərqulu Soltan ilə Əbültfəth Soltan durublar. ŞAh İsmayıl ilə oğlu Təhmasib dövründə hansı Əfşar obasına mənsub olduqları bilinməyən bir çox Əfşar bəyi/xanı görülməkdədir.[23]

Ağqoyunlu dövründə dövlətin hərbi sistemində aktiv iştirak etməklə birlikdə, Əfşar boyu Səfəvi imperiyasında da mühüm rol oynamışdırlar. Onlar türk tayfalarından təşkil edilnə Qızılbaş tayfaları və ahsevən tayfa konfederasiyası içində sülalənin hərbi əsasını təşkil etmişdirlər.[36] Onlar Səfəvi sülaləsini çox sayıda vilayət hakimi, hərbi lider ilə birlikdə, Qızılbaş ordu sistemində mühüm rol oynayan çox sayılı qorçubaşılarla təmin etmişdirlər. Səfəvi imperiyasında qorçubaşıların çoxu bu boydan çıxmışdır əfəndiyev.[37]

Şah Təhmasibin 1576-cı ildə ölümü zamanı Səfəvi dövlətinə xidmət edən yüksək rütbəli sərkərdələr içində 6 Əfşar xanı görülməkdədir. Bunlar Təhmasibin oğullarından Əhməd Mirzənin lələsi və Araslı əfşarlarından Aslan Soltan, Kuhgiluyədə 10 minlik Əfşar ordusuna komandanlıq edən Xəlil xan, Savə hakimi Mahmud Soltan, Kirman valisi Yaqubun qardaşı Yusif, Hezarcarib valisi İsgəndər, Xorasanda Fərah və Esfüzar valisi Yegan Soltan, yenə Xorasandaki hakimlərdən biri Koroğlu XOsrov Soltan idi. Bu sərkərdələrin hakimlik etmə yerlərinə görə Səfəvi imperiyasında əfşarların Xorasanda, Kuhgiluyədə, Kirmanda və Xuzistanda yaşadıqları düşünülə bilər. Bu yerlərdən Kuhgiluyə Səfəvi əfşarlarının əsas yaşadıqları yer hesab edilə bilər. Şah Təhmasibin xələfləri II İsmayıl və Məhəmməd Xudabəndə dönəmlərində əfşarlar bu bölgələrini və dövlət idarəsindəki mövqelərini qoruyub, Ustaclı, Şamlı, Təkəli, Türkman tayfaları arasında hakimiyyət mübarizələrindən kənarda qaldılar.[23]

Səfəvi imperiyası zamanı əfşarlar ən mühüm tayfalardan biri olsalar da, bəzən şahlar onlara təhlükə olan və ya təhlükə ola biləcək tayfaları ucqarlara sürgün edirdilər. Onlar bununla həm güclü potensial rəqibdən qurtulmaqla birlikdə, sərhəd bölgələri xaricilərin hücumlarına qarşı gücləndirir, eyni zamanda da həmin tayfaların xaricə yağma yürüşləri etmə ehtiyyacını qarşılayırdılar. Bu cür siyasət özünün zirvə dövrünə Şah Abbas dövründə çatdı. Beləliklə, əfşarlar Səfəvi dövründə güclənməklə bərabər, bütün imperiya boyunca yayıldılar. Onların yayılma səbəblərindən biri də tayfadan kiminsə hansısa vəzifəyə təyin edilməsi idi. Belə olduğu halda, həmin şəxslər öz tayfasından xeyli sayda insanı qulluqçu və ya döyüşçü kimi təyinat yerinə aparırdı. Nəticədə, əfşarlar imperiyanın bütün əraziləri boyunca səpələnmiş şəkildə yaşamağa başladılar.[36]

Şah Abbas dövründə (1587-1629 əfşarlar başlıca olaraq bu obalara ayrılmaqda idi: Gündüzlü, Araslı, Usalı (və ya Usallı, daha sonralar Usanlu), EBerlü, Alplı, İmanlu. Abbas dönəmində Kuhgiluyə əfşarlarının bir hissəsi Urmiya ətrafına, bir hissəsi də Xorasanın Əbivərd bölgəsinə göndərildilər. Buna görə də, bölgə Əfşar torpağı (dirliyi) olma xüsusiyyətini itirdi, həmçinin Xuzistandakl əfşarların da vəziyyəti pisləşdi. Araslılar da Kuhgiluyədən və ya digər bir ifadə ilə Mansurbəy əfşarlarından idilər. Məhəmməd Xudabəndənin (1578-1587) son dövrlərində Usalı oymağı İsfahan ətrafında yaşamaqda idilər. Şah Abbas araslıları Huvar, Rey və Simman tərəflərə sürgün etmişdi. Araslılardan böyük bir hissəsinin daha sonra Urmiya bölgəsindəki boydaşlarının yanına getdiyi bəllidir. Usalıların Şah Abbas dövründən əvvəl İsfahan bölgəsində yaşadıqları bilinməkdədir. Abbas dövründə isə onlar İmamqulu xanın rəhbərliyində Qərbi İranın Gaverud bölgəsində məskunlaşmışdırlar. Eberlülərin də Abbasdan əvvəl Qəzvin ətrafında yaşadığı bəllidir. Abbas onların bir hissəsini Əbivərdə göndərmiş, sonralar onlara gündüzlülərdən bir qol da qatılmışdır. Bunlara əsaslanaraq, Faruk Sümer Nadir şah Əfşarın ya eberlülərdən, ya da gündüzlülərdən ortaya çıxdığını iddia edir. Alplu əfşarları Suriyadakı Köpəkli əfşarlarını meydana gətirən qollardan biri idi. Alplı obasının Abbas dönəmində imperiyaya gəlmiş olması ehtimalı yüksəkdir. Çünki alplılara dair, xüsusilə XVII əsrdən etibarən Osmanlı qaynaqlarında heç bir məlumata rast gəlinməməklə birlikdə, Abbasdan öncəki Səfəvi qaynaqlarında da adı keçmir. İmanlı əfşarları Türkiyədə Dulqədiroğlu eli arasında yaşayan İmanlı əfşarlarının bir qoludur. Bu qolun da Səfəvi imperiyasına Abbas dövründə gəldiyi yüksək ehtimaldır. Çünki əvvəlki qaynaqların heç birində onlardan bəhs edilmir. Bir digər tərəfdən, XVI əsrin sonlarında başlayan və uzun bir müddət davam edən Cəlali üsyanlarına görə, bir çox oymağın Səfəvi imperiyasına gedb Abbasa sığındığı bəllidir. Şab Abbas 1629-cu ildə öldüyü zaman əfşarlardan Erdoğdu xan (alplılardan) Xorasanın Fərah və Esfüzar bölgəsinin hakimi, Kəlbəli Soltan (imanlılardan) Urmiya hakimi, İmamqulu Soltan (usalılardan) Gaverud hakimi idi.[23]

Nadir şah Əfşar dövründə Əfşar boyunun yayılışı

[redaktə | mənbəni redaktə et]

Əfşarlar öz güclərinin zirvə dövrünə Nadir şah Qırxlı Əfşar dövründə çatdılar. Lakin maraqlısı odur ki, Nadir şahın öldürülməsi hadisəsində iştirak edənlərin üçü müxtəlif Əfşar oymağından idi. Nadir şahın ölümündən sonra Xorasandakı Əfşar dövləti sağ qurtulmağı bacardı və Zənd sülaləsi ilə Əfqanıstandakı Dürranilər sülaləsi arasında bufer zonasını təşkil etdi. Buranın hökmdarı olan Şahrux təxminən yarım əsr boyunca müstəqilliyini qorudu. O, Ağa Məhəmməd xan Qacar Xorasanı ələ keçirərkən işğəncə ilə öldürüldü. Əfşarların Qacar ordusunun mühüm bir hissəsini təşkil etməsinə, onların üsyanların yatırılmasında mühüm rol oynamasına baxmayaraq, Qacar sülaləsi dövründə onlar müxtəlif yerlərə dağıdıldılar və əvvəlki güclərini itirdilər.[36]

Urmiya əfşarları
[redaktə | mənbəni redaktə et]

Qərbi Azərbaycan ostanının Urmiya bölgəsində xeyli sayda Əfşar yaşamaqdadır. Əfsanəyə görə, əfşarların buraya gələn ilk dalğası 1399-1400-cü ildə bölgədə məskunlaşmışdır. Əfsanə bu tarixdə Əmir Teymurun Qorgin bəy Usalunu Urmiya hakimi təyin etmişdir. Lakin tarixçi Pierre Oberling bu əfsanənin heç bir tarixi qaynaqda əks etdirilmədiyini bildirir və yazılmış qaynaqlara əsasən Urmiyaya ən qədim Əfşar köçünün Səfəvi dövründə olduğunu yazmışdır. O, buradakı ilk Əfşar xanının Qasım Soltan İmanlu Əfşar olduğunu yazmışdır.[36]

Urmiya gölünün qərbində Salmas ilə Usnu (Üşniyyə) arasında olan Urmiya şəhəri və bölgəsi əfşarların kütləvi şəkildə yaşadıqları yerlərdən biri idi. Burada ilk dəfə İmanlı əfşarları məskunlaşmış, bu oymağın bir qolu sonralar Qasımlı adını daşımışdır. Bu adı Şah Abbas dönəmində bu oymağın başında dayanan Qasım Soltanın adı ilə bağlıdır. Şah Abbasın hakimiyyətinin əvvəllərində Qasım Soltan Əfşar Kermanşaha doğru edilə biləcək hücumların qarşısın almaqdan cavabdeh Əfşar döyüşçülərinin komandanı oldu. O, Osmanlı imperiyası ilə döyüşdə fərqlənmiş və buna görə də, Abbas tərəfindən 1622-ci ildə Mosul hakimliyi ilə mükafatlandırılmışdır. Lakin bundan qısa müddət sonra, orada yoluxucu xəstəlik yayılmış və Qasım SOltan Cənubi Azərbaycanın qərbinə doğru geri çəkilməyə başlamışdır. Onun oğlu Kəlbəli bəy 1627-ci ildə Urmiya hakimi təyin edilmiş və onun varisləri Qasımlı tirəsinin əsasını qoymuşdur. Əfşarlar Urmiyanı idarə edən 39 hakim yetişdirmiş və onların çoxu bəylərbəyi titulunu daşımışdır. Urmiyanın ən məşhur Əfşar hakimlərindən biri Fətəli xan Araslı olmuşdur. O, Kərim xan Zəndin hakimiyyətə qalxma prosesi zamanı ortaya çıxmış qarışıqlıqdan istifadə edərək öz hakimiyyətini Təbriz və Marağa da daxil olmaqla, Cənubi Azərbaycanın çox hissəsinə yaymağı bacarmışdır.[36]

Urmiya əfşarları sərhəd döyüşçüləri idilər və onlar burada təkcə Osmanlı hücumları ilə deyil, həm də müxtəlif kürd tayfalarının hücumları ilə də mübarizə aparırdılar.[38] Hal-hazırda, Urmiya əfşarları oturaq yaşamaqdadırlar və onların tirələri/oymaqları bunlardır: Göylü, Gündüzlü, Qasımlı, Bekeşli Ustaclı, İmanlu, Araslı və Şaribəyli. Onların sayını dəqiq olaraq müəyyən etmək çətin olsa da, təxminən 30 min olduqları təxmin edilir.[39]

Nadir şah Urmiya əfşarlarından təxminnə 3 min nəfəri özünün sevimli məkanlarından biri olan Sayınqalaya köçürmüşdür. Bu yer Cənubi Azərbaycanın Cığatu çayı kənarında yerləşir. XIX əsrin əvvəllərində Cığatu çayı vadisində 300 kənddə 3500 Əfşar ailəsi yaşamaqda idi. Onlarla birlikdə burada qaçqın Mükri və Müqəddəm tayfası da məskunlaşmışdı. Lakin Çahardövlə türklərinin gəlişi ilə birlikdə vadinin iqtisadiyyatı pisləşdi. Ağa Məhəmməd xan Qacar onları Fars vilayətindən Qəzvin ətrafına, daha sonra Abbar Mirzənin istəyindən sonra Fətəli şah Qacar da Cənubi Azərbaycana köçürmüşdü. Çahardövlələr vadiyə gəldikləri zaman 4 min ailədən ibarət idilər və Sayınqaladan Qoşaçaya qədərki ərazilərdə yerləşdirilmişdilər. Bunun qarşılığında onlar Qacar ordusunu süvari ilə təmin etməli idilər. Yeni gələnlərə torpaq verə bilmək üçün bölgədəki bir çox Əfşar geri Urmiyaya getməyə məcbur edildi. Çahardövlələr kənd təsərrüfatı ilə maraqlanmadıqları üçün bölgənin inkişaf tempi aşağı düşdü. 1826-1828-ci illərdə Rusiya ilə müharibə zamanı Çahardövlələrin çoxu bölgəni tərk etdi və Həmədanda məskunlaşdı. Müharibədən sonra vadidə yalnız min Əfşar və Çahardövlə ailəsi qalmışdı. Zəifləmiş bu iki türk toplumu kürdlərin ovuna çevrildi. 1960-cı ildə Sayınqalada 150 kənddə - Mahmud Cıqdan Takaba qədərki ərazidə - əfşarlar yaşamaqda idi. Onların çoxu yayları öz sürüləri ilə birlikdə yaxınlıqdakı dağların ətəklərində keçirirdi. Onlar QAsımlı, Qılıncxani və Gerekli tirələrinə bölünmüşdülər.[36]

Urmiya əfşarlarının digər oymaqları gündüzlülər və araslılar idi. Bunlar da buraya Kuhgiluyədən gəlmişdilər. Yenə bu əfşarlardan bir oymağın adı Mahmudlu idi ki, onların da araslılardan formalaşdığı güman edilir. Urmiya əfşarlarının tarixi XIX əsrin ikinci yarısında əfşarların Mahmudlu oymağının Boybəyi ailəsinin üzvü Mirzə Rəşid tərəfindən yazılmışdır.[23]

Xəmsə əfşarları
[redaktə | mənbəni redaktə et]

Əfşarların Cənubi Azərbaycandakı bir digər qrupu Xəmsə əfşarları idi və onlar burada gümanki Səfəvi dövründən etibarən məskunlaşmışdılar.[36] Xəmsə Qəzvin ilə Zəncan arasındakı inzibati bölgənin adıdır. Bu inzibati bölgənin əsas şəhəri də Zəncan idiş. Altı hissədən meydana gələn bu inzibati bölgədə əfşarlar əsasən Qəzvinin cənub-qərbindəki yerdən (bu yer hələ də Əfşar adlanmaqdadır) başlayaraq Sayınqala və Sultaniyyəyə qədər uzanan yerlərdə, şimaldakı Yuxarı Tarum, Aşağı Tarumda, hətta Xalxal çevrəsində sıx bir şəkildə yaşamaqda idilər. Bu bölgədəki əfşarlra əsasən Xəmsəli əfşarları deyilməkdədir. XVIII əsrə aid qaynaqlarda buranı idarə edən Əfşar bəyləri də XƏmsəli, Tarumi və ya Xalxali deyə anılmaqda idi. Xəmsə əfşarlarının çoxunun Eberlü oymağından olduğu bilinməkdədir. Sümerə görə, XVIII əsrdə adı keçən Qutulu Əfşarının Xəmsə əfşarlarından olması ehtimalı mövcuddur.[23]

H. Fieldə görə, əfşarlar əslində burada 5 min ailədən ibarət olsalar da, 1920-ci ildən etibarən sayları azalmış və min ailəyə düşmüşdür.[40] 1850-ci ildə Lady Sheil hesab edirdi ki, onların sayı 2500 ailə olmuşdur.[41] Onların çoxu Zəncanın cənub-qərbindəki Qızılüzən çayı yaxınlığındakı qışlaqlarında yaşamağa başlamışdırlar. Bu yerlər 1960-cı illərdə Qışlaqat-e Əfşar adlandırılırdı.[36] 1880-ci illərdə A. Houtum-Schindler əfşarlarla Zəncan ilə Qızılüzən çayı arasındakı İcarud platasının Çıraqtəpə kəndində (Takabın 32 km şimal-şərqində) qarşılamışdır.[36] XX əsrin ikinci yarısında köçəri olan əfşarların yaylaqları Sultaniyyənin yuxarısında, Tarom dağlarının şimal-şərqində yerləşirdi.[40] P.A. Jaubert 1805-ci ildə Xəmsə bölgəsini ziyarət etmiş və vilayətdə əsas qüvvə olan əfşarların əsas ticarət mərkəzinin Zəncan olduğunu yazmışdır. Bu vilayətin də bir çox hakimi Əfşar boyundan çıxmışdır.[36]

Tehran əfşarları
[redaktə | mənbəni redaktə et]

İrandakı əfşarların bir qismi Tehran ətrafına cəmləşmişdir. Onların yaylaqları Elburs dağlarında, qışlaqları isə Şəhriyar və Ğar ətrafında yerləşməkdədir. Bura Reyin bir neçə km cənub-qərbində yerləşir. Jouannin hesab edirdi ki, buradakı əfşarların sayı 7 min nəfər olmuşdur.[42] Lady Sheil isə onların sayını 900 ailə olaraq təqdim edir.[41][36]

Mazandaran əfşarları
[redaktə | mənbəni redaktə et]

Əfşarların bir qrupu da Mazandaranda yaşamışdır. Onlar barədə az məlumat məlumdur. Jouannin onların sayının 5 min nəfər,[42] Lady Sheil isə 100 ailə olaraq təqdim edir.[41] Görünüşə görə, buradakı əfşarlar zamanla yerli əhali arasında ərimişdirlər, çünki müasir qaynaqlarda buradakı əfşarlardan bəhs edilməməkdədir.[36]

Kirman əfşarları
[redaktə | mənbəni redaktə et]

Kirmanda ən azı üç Əfşar qrupu yaşamaqdadır. İlk Əfşar qrupunun burada XVI əsrdə məskunlaşdığı güman edilir. Hər bir halda, bölgənin ilk Əfşar hakimi Şahqulu Soltan olmuş, o, bu vəzifəyə 1526-cı ildə I Təhmasib tərəfindən təyin edilmişdir. O, 1536-cı ildə Təhmasibin Xorasana edilmiş dördüncü yürüşdə iştirak etmişdir. Zənd sülaləsinin hakimiyyətinə gəlməsinə qədər Kirmanın 8 Əfşar hakimi olmuşdur. Onlardan ikisi - Yusif xan Əfşar və Vəli xan Əfşar - Şah Abbasın hakimiyyət illərində həm də qorçubaçı kimi xidmət etmişdirlər. Kirmanın son əfşarlı hakimi olan Şahrux xan, Nadir şahın ölümündən sonrakı qarışıqlıqdan istifadə edərək xeyli mülk ələ keçirmiş, sistaniləri, bəlucları məğlub etmiş, bölgəni 10 ildən çox yarımmüstəqil şəkildə idarə etmişdir. Lakin o, 1758-ci ildə Kərim xan Zənd tərəfindən öldürülmüşdür.[36][43]

Jouannin buradakı əfşarların sayının 6 min,[42] Sheil 1500 ailə,[41] Sykes 10 min ailə olaraq göstərir. Kayhan 5 min ailə, Field 4.275 ailə,[44] rəqəmlərini verməkdədir. Kirmandakı Əfşar qrupları bunlardır:

  1. Əfşar Cahanşahilər.

Bu qrupun yaşlıları iddia edir ki, onların formalaşma yeri Cənubi Azərbaycan olmuş, uzun müddət Fars vilayətinin Fasa və Cahrom bölgələrində qaldıqdan sonra Kirmana yerləşmişdirlər. Field onları Zəncan əfşarlarının Cahanşahlı və Fasanın Əfşaruşağı trələri ilə əlaqələndirməkdədir.[44] 1957-ci ildə onların sayı 1200 ailə idi. Onlar hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar.[36][45]

  1. Əfşar Əmüilər

Bu qrupun yaşlıları onların Kirmana Urmiyadan gəldiklərini və bu köçün Nadir şah tərəfindən edildiyini bildirirlər. 1957-ci ildə onların sayı 400 ailə idi. Hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar.[46][36]

  1. Bucağilər

Bu qrupun yaşlıları özlərinin Zəncan və Rey əfşarlarının bir hissəsi olduqlarını, indiki yerlərinə Nadir şah tərəfindən köçürüldüklərini iddia edirlər. 1957-ci ildə onların sayı 500 ailə idi. Hələ də köçəridirlər və Sircanda yaşamaqdadırlar.[47] Bucağilər öz oğurluqları ilə məşhurdurlar və buna görə də, Sykes onları İranın Robin Hudları adlandırır.[48] Bucağilər 1916-cı ildə İranın cənubunda baş vermiş antibritaniya üsyanında mühüm rol oynamışdırlar.[36][49]

  1. Əfşar Mirhəbibilər

Pierre Oberling bu qrupun Sircanın Bərdşir bölgəsindəki Əfşar qrupunun qalıqları ola biləcəyini yazmışdır.[36] Onlardan Sykes[50] və Fieldin əsərlərində[51] də bəhs edilmişdir. Sykes onların sayını 25 ailə olaraq təxmin edir. G. Stöberin XX əsrin ikinci yarısında yazılmış araşdırmasında Kirman əfşarlarından da bəhs edilməkdədir.[36]

Kermanşah əfşarları
[redaktə | mənbəni redaktə et]

Kermanşahda yaşayan əfşarlar ən azından Səfəvi dövründən etibarən burada yaşamışdırlar. Jouannin buradakı əfşarların sayının 7 min nəfər olduğunu yazır.[42] Onların soyundan gələnlər hal-hazırda Həmədan yaxınlığında Colqa-ye Əfşar dehistanlığında yaşamaqdadırlar. Bu yer Kəngavər adlanan yerin yaxınlığında yerləşir və burada Əfşaran adlı kənd də vardır. Bu əfşarlar sərhəd döyüşçüləri olaraq xidmət etmiş və Osmanlı imperiyasına qarşı müharibələrdə iştirak etmişdirlər.[36]

Xorasan əfşarları
[redaktə | mənbəni redaktə et]

Tarixən əfşarların ən aktiv olduqları yerlərdən biri də Xorasandır. Burada Məşhəd şəhərinin şimalında yerləşən Dərəqaz bölgəsində əfşarlar yaşamaqdadır. Məhəmməd Mehdiyə görə, Əfşar boyu Qırxlı tirəsindən olanlar buraya I İsmayılın hakimiyyəti dövründə köç etmişdirlər. Bu köçənlər öz yaylaqlarını Miab-e Kapkan şəlaləsi ətrafında, Allahu Əkbər sıra dağları ətəklərində, qışlaqlarını isə Dəstgerd-e Dərəqaz bölgəsində keçirirmişlər. ƏHməd Kəsrəvi isə onların buraya. Şah Abbas dövründə köçürüldüklərini bildirir. Onun yazdığına görə, Abbas Camışgəzək kürdləri ilə birlikdə əfşarları buraya köçürmüş və onlara Nesa ilə Əbivərdi özbəklərdən almağı tapşırmışdır. Lakin İsgəndər bəy Münşi öz əsərində Özbək hökmdarı Übeydullahın ölümündən sonra. Xorasanda çıxan qarışıqlıqda rol oynamış Xosrov Sultan Koroğlu adlı Əfşar sərkərdəsinin adını çəkir. Bu da göstərir ki, Şah Abbasa qədər də Xorasanda müəyyən qədər Əfşar yaşamaqda imiş. Məhəmməd Mehdi yazır ki, 1729-cu ildə əfqanlara qarşı yürüş zamanı Nadir şah 12 min Əfşar ailəsini Xorasana köçürmüşdü. Onların 2 min ailəsi Qırxlı tirəsindən olmuşdur. Güman edilir ki, Dərəqaz, Əbivərd və Kalat-e Nadir bölgəsində yaşayan insanlar içərisində minlərlə şəxs bu əfşarların soyundan gəlməkdədir. Bruka görə, Quçan və Bojnurdun cənubunda, Səbzəvar ilə Nişapur arasında da əfşarlar yaşamaqdadır. Xorasandakı Qırxlı əfşarları öz güclərinin zirvəsinə Nadir şah dövründə çatmışdır. Nadir özü də bu tirədən olmuş və Dərəqaz yaxınlığında bir çadırda dünyaya gəlmişdir.[36]

Səfəvi şahı I Təhmasib dövründə Xorasanda. Heratın cənubundakı Esfüzar bölgəsi ilə Sistandakı Fərah bölgəsi Əfşar bəyləri tərəfindən idarə edilmişdir. Lakin daha sonra buradakı əfşarların necə olduqları bəlli deyil. Bununla bərabər, Sümer Kirman əfşarlarının bunlardan və ya bunlar olduğu fikrini ortaya atmışdır. Əvvəlki Xorasan əfşarları Şah Abbasın Kuhgiluyədən Əbivərd sərhəd bölgəsinə sürgün etdiyi gündüzlülər və araslılar idi. Görünüşə görə, Nadir şahın məşhurlaşmağa başladığı günlərdə bu adlar ortadan qalxmış və onlarını yerini Kosa Əhmədli və Qırxlı almışdır. Nadir şahın da bunlardan Qırxlı obasına mənsub olduğu bilinməkdədir. Bu sayları çox olan Əfşar topluluqlarından başqa, Xuzistanda (Gündüzlüdən), Kuhgiluyədə (eyni oymaqdan və ya Araslıdan) və Farsda Kazerun bölgəsində sayları az olan Əfşar oymaqları var idi. XVIII əsrin ilk rübündəki İran əfşarlarının bu cür dağılımımının hal-hazırda da davam etdiyi deyilə bilər.[23]

Xuzistan əfşarları
[redaktə | mənbəni redaktə et]

1135-ci ildə müasir İranın Xuzistan əyalətində çox sayıda türkman yaşamaqda idi. Bu türkmanlar bögləyə Orta Asiyada Qarakitay hakimiyyətinin qurulması və onlara təzyiq etməsi nəticəsində köçmüşdü. Bu türkmanlar arasında əfşarların xeyli insandan ibarət olan obası var idi. Onlara Arslan oğlu Yaqub rəhbərlik etməkdə idi və o, Xuzistan qəsəbəsində yaşayırdı. Əfşarlar ilə birlikdə gəlmiş olan Salur obası da qonşu Kuhkiluyə bölgəsində məskunlaşmışdı. Onlara rəhbərliyi Mevdud oğlu Sunqur edirdi. Sunqur 1148-ci ildə Şirazı ələ keçirdi və Salqurlu dövlətini qurdu. Əfşar bəyi Yaqub Fars əyalətini ələ keçirmək və ya Sunquru özünə tabe etmək üçün bir neçə dəfə Salur bəyinin üzərinə hücum etsə də, uuğr qazana bilməmişdi. Yaqub bəydən sonra Xuzistandakı əfşarların başına Sümle keçdi. Sümlə bir ad deyil, ləqəb idi. Onun əsl adı Aydoğdu, atasının adı isə Güç Doğan (Küş Togan) idi. Səlcuqlu hökmdarı Sultan Məsud zamanı Xuzistanın bir qismi ilə Luristanın bəzi yerlərini idarə edən Sümle, Məsudun ölümündən sonra Xuzistana geri döndü və buranı tamamilə öz idarəsi altına aldı. Beləcə, siyasi vəziyyətdən də faydalanaraq Xuzistanda bir bəylik qurmağa müvəffəq oldu (1155). 1175—ci ildə ölən Sümlədən sonra 1195-ci ilə qədər Xuzistanda hakimiyyətdə olan oğulları 40-a qədər qalaya sahib idilər. Lakin bu illər ərzində onlar ölkələrini Abbasi xilafətinə itirdilər. Onlardan bəzilərinin öz adlarına pul kəsdirdikləri bilinməkdədir.[23]

Səfəvi imperiyası zamanı bu əfşarlar Gündüzlü, Araslı və Alplı tirələrinə aid olmaqla birlikdə, əsasən Kuhgiluyə, Ram Hörmüz, Davraq, Dezful və Şuştərdə yaşamaqda idilər. Səfəvilər və Nadir şahın dövründə buradakı əfşarların içərisindən xeyli sayda Xuzistan və Kuhgiluyə hakimləri çıxmışdır. Lakin onlar burada əsasən özlərinin Lur və Ərəb qonşuları ilə mübarizə şəraitində yaşamış, mərkəzi hökumətə qarşı üsyanlar etmişdirlər.[52] Ən böyük üsyanlardan biri 1596-1597-ci ildə Araslı və Gündüzlü tirələrinin vilayət hakiminə qarşı üsyanı olmuşdur. Şah Abbas tərəfindən üsyanı yatırmaq üçün göndərilmiş Allahverdi xan üsyanı qəddarlıqla yatırmış və minlərlə Əfşarı qətlə yetirmişdir.[36]

Bu üsyan və üsyanın yatırılması forması İranın cənub-qərbində əfşarların gücünü xeyli zəiflətdi. Kab ərəbləri, bəxtiyarilər və digər tayfalar bundan istifadə edərək əfşarlar qarşı sərt təzyiqlərə başladılar. Onlar əfşarlardan otlaq sahələrini istəyirdilər. Bu proses region əfşarlarının bir çoxunun köç etməsinə yol açdı. Nadir şahın ölümündən sonra ortaya çıxan qarışıqlıq dövründə region əfşarlarına daha bir zərbə vuruldu və ərəblər Davraqı ələ keçirdilər. Xuzistandan və Kuhgiluyədən olan əfşar qaçqınları Kermanşaha və Urmiyaya yola düşdülər. Urmiyaya gedən əfşarların orada hələ də Kuhgiluyəli adlı tirəsi vardır. Hal-hazırda İranın cənub-qərbində qalan əfşarlar Şuştərdəki gündüzlülər və KUhgiluyədəki Ağaçəri tayfasının Əfşar tirəsidir. Şuştər əfşarları şəhərin Boleyti adlanan məhəlləsində və bir neçə yaxın kənddə yaşamaqdadırlar. Onların sayı təxminən 250 ailədir.[53] Kuhgiluyə əfşarları Həndican yaxınlığındakı Cam Tanq kəndində yaşayırlar və sayları təxminən 100 ailədn ibarətdir.[54][55]

Fars əfşarları
[redaktə | mənbəni redaktə et]

Fars vilayətində əfşarların iki kiçik qrupu vardır. Birincisi Qaşqayi tayfa konfederasiyasının Kəşküli Kiçik tayfasının tirəsini təşkil edən Əfşar Kermanilərdir. 1958-ci ildə onlar təxminən 120 ailədən ibarət idilər. XIX əsrin ortalarında Lady Sheil bu qrupu Qacar Əfşar adlandırır, saylaının 350 ailə olduğunu yazırdı.[56] Əfşar Kermanilər gümanki Qaşqayilərə 1830-cu illərdə qatılmışdırlar. Bu tarixdə Qaşqayilər və digər türk köçəriləri Fars vilayətinin hakimi ilə mübahisəyə girmiş və Kermanın Sircan bölgəsinə hərəkət etmişdirlər. İkinci əfşarlı komponenti Əfşaruşağı adlanmaqdadır və Aynallu tayfasının bir tirəsini təşkil edir. Ya bu qrup Mərkəzi İrandan Fars vilayətinə doğru hərəkət edən Aynallu tayfasını izləmiş, ya da elə 1830-cu illərdə Sircanda onlarla birləşmişdir. Güman edilir ki, bundan əvvəl də Fars vilayətinə Əfşar köçləri olmuşdur. Gümanki Əfşar bəylərindən olan Mansur bəy Əfşar 1498-ci ildə Fars vilayətinin hakimi təyin edildikdən sonra əfşarlardan olan insanların bəziləri onunla buraya gəlmişdir. Şah Abbasın hakimiyyətindən etibarən sonrakı 250 il boyunca Kazerun bölgəsini Alplı əfşarlarından olan hakimlər idarə etmişdirlər. Son olaraq da, Bellan Abarguh bölgəsində məskunlaşan bir Əfşar qrupu barədə də yazmışdır.[36]

Əfşarlar, Fətəli şah Qacar dövründə İranı ziyarət etmiş olan A, Duprenin əsərində İranda türkcə danışan oymaqların insan sayına görə başında yer almaqdadır. Bu səyyaha görə, Urmiya əfşarları Qasımlı və Araslı adlı iki qola ayrılmaqda, bu qollar da Qaraçlu, İmamlu, Davudlu, Usallu, Qılıclı, Qənibəyli, Kiləli, Toxmaqlı, Adaqlı, Qarahəsənli, Əlibəyli,Tərzili, Şahburanlı, yəhərli, Kuhgiluyəli kimi obalardan meydana gəlməkdə idi. Bu əfşarların sayları haqqında da 25 min rəqəmi verilməkdədir. Yenə eyni səyyaha görə, Xəmsə 10 min, Qəzvin çevrəsində 5 min, Həmədan ətrafında 7 min, Tehran ətrafında 7 min, Xuzistanın Şüştər yaxınlığında 10 min, Kirmanda 6 min, Xorasanda 8 min, Farsda 5 min və Mazandaranda 5 min nəfər Əfşar yaşamaqda idi. XIX əsrin ortalarında İranı ziyarət etmiş olan Lady Sheilin əsərində də Əfşar boyunun yurdları, sayları və həyat ttərzlərinə aid məlumat verilməkdədir. Ona görə, Urmiyada 7 min ev, Mazandaranda 100 ev, Usanluda 50 ev, QƏzvin-Tehran arasında 900 çadır, Usanlı, Huvar və Dəmavənddə 1000 çadır əfşarlı var idi. Həmçinin onun verdiyi məlumata görə, Əfşar şahsevənləri 2500 çadır, Xəmsə 200 çadır, Kirman 1500 çadır, Qacar-Əfşar 250 çadır var imiş. Dövrümüzdə İran və Azərbaycan əfşarlarının böyük bir hissəsi oturaq həyata keçmiş, öz təbirləri ilə "tat" olmuşdurlar. 1960-cı illərdə Xuzistandakı Gündüzlü əfşarları, Kuhkiluyədəki Ağaçəri topluluğu arasındakı Əfşar oymağı ilə Kirmandakı 5 min çadırlıq Əfşar oymağı arasında köçəri həyatın xüsusuiyyətləri davam etməkdə idi.[23]

XVI və XVII əsrlərdə Anadoluda əfşarlar

[redaktə | mənbəni redaktə et]

Aşağıda qeyd edilən Əfşar icmalarından başqa, XVI əsrdə Uşak bölgəsində beş obaya ayrılmış, çoxsaylı Əfşar qolu yaşadığı kimi, Sivrihisar və Aydın bölgələrində də eyni adı daşıyan, sayları az oymaqlar var idi.[23]

Hələb əfşarları
[redaktə | mənbəni redaktə et]

Ağqoyunlu və Səfəvi dövlətlərinin türk köçəri sisteminə dayanmasına görə Anadoludan buraya köç edən türkman boyları arasında əfşarlar da var idi. Ancaq yenə də XVI-XVII əsrlər boyunca Hələb civarında xeyli sayda əfşarlar yaşamaqda idi. Bu dövrə aid qeydə alınmış Osmanlı dəftərində Hələbdə Köpəyli əfşarı və Gündüzlü əfşarı boyları kimi müstəqil əfşarlı oymaqları görünməkdədir. Köpəyli əfşarları 15 obaya bölünmüşdülər və Köçəkli, Səkkiz, Alplu, Dəlilər, Aydoğmuşbəyli oymaqları ən önəmliləridirlər. Bunlardan Köçəkli daha sonralar müstəqil və böyük bir oymaq halına gəlmiş, Səkkiz oymağı Suruçun Şeyx Çoban kəndində yerləşmiş, Alplunun bir hissəsi Səfəvi imperiyasına getmiş, Dəlilər isə varlığını XX əsrin sonlarına qədər sürdürmüşdürlər. Köpəkli əfşarlarının Yeni İl və Boz Ulusda bəzi qolları vardır. Gündüzlü əfşarlarının isə sayı daha az olub, səkkiz obadan ibarət olmuşdur. Faruk Sümer bunu onların çox hissəsinin Səfəvi imperiyasına getməsi ilə əlaqəli olduğunu göstərdiyini yazmaqdadır. Müstəqil Əfşar oymağı isə XVI əsrin ikinci yarısında 158 vergi verən evdən ibarət olmuşdur. Məmlüklər dövründə dirilik sahibi olan bu oymaq Osmanlı dövründə də belə yaşamağa davam etmişdir. XVI əsrin sonlarında oymaqları uzun müddətdir idarə edən ailələrin ortadan qaldırıldığını, onların yerini isə ağa titulunu daşıyan kəndxuda ailələrinin aldığını gösməkdəyik. 1581-ci ildə buradakı əfşarların başında Rəcəb, Bahri və Kiçik Minnət kimi kəndxudalar durmaqda idi. Bunlardan Ərəcəboğulları o qədər nüfuz qazanmışdırlar ki, XVII əsrdə əfşarlar çox kəs Rəcəblü əfşarları deyə adlandırılmışdırlar. Bölgə əfşarları 1687-ci il AVstriyaya qarşı edilən səfərə qatıldıqları kimi, 1690-cı ildəki səfərdə də iştirak etmişdirlər.[23]

Diyarbəkir bölgəsindəki Boz Ulus arasındakı Əfşar varlığının böyük bir hissəsi, yaxud hamısı Hələb əfşarlarının qollarından meydana gəlmişdir. 1570-ci ildəki Boz Ulusdakı Əfşar qollarından Mehmed Kəndxudanın idarəsindəki 804 evlik Əfşar qolu ilə 367 və !09 evlik Köpəkli əfşarlarının obaları diqqət çəkir. Bunlardan başqa, digər kəndxudaların idarəsində də bir çox Əfşar obaları vardır. Əfşarların Boz Ulusun hər üç nöqtəsindəki obalarından bəziləri buradan XVII əsrin əvvəllərində Orta Anadoluya doğru olan köçlərə qatılmışdırlar. Boz Ulusdan köçən əfşarların çoxu Qaraman vilayətində məskunlaşmışdırlar. Boz Ulusa Şamdan gələn və Şam türkmanları adlanan bəzi əfşarlar isə əvvəlki yerlərində qalmışdırlar. Sənədlərdə “Boz Ulus Mândesi” (Boz Ulus qalıntısı) adı verilən bu hissə XVIII əsrin sonlarında Rakka bölgəsinə göndərilsə də, bu topluluğa mənsub olan obalardan bəziləri Anadolunun qərb hissəsinə də getmişdirlər. 1716-cı ildə Balıkesir vilayətinin Mihaliç qəzasında görülən Köpəkli əfşarları obası Boz Ulusdakı Köpəkli əfşarları obasıdır. Həmçinin, Boz Ulusdakı digər bir çox türkman obaları kimi əfşarların da bir hissəsinin Şah Abbasın Səfəvi imperiyasına getmə ehtimalı yüksəkdir.[23]

Dulqədirli əfşarları
[redaktə | mənbəni redaktə et]

Dulqədiroğlu eli arasındakı əfşarlar əslində Suriyanın şimalındakı əfşarların bir qolu olub Maraş, Qars (Qədirli), Yeni İl və hətta Bozox bölgəsinə dağılmış bir halda yaşamaqda idilər. Bu əfşarların ən önəmli qolu İmanlı əfşarları idi və Maraş bölgəsində yaşamaqda idi. XVI əsrin birinci yarısında İmanlı əfşarları 27 obadan ibarət idi və bu obaların bir qismi Suriya səhrasında qışlamaqda, Maraşın müxtəlif yerlərində isə yaylamaqda idi. XVI əsrin ikinci yarısında İmanlı əfşarlarının obalarının çoxu yaylaq və qışlaqlarında ANtep çevrəsindəki kəndlərdə məskunlaşaraq köçəriliyi tərk etmiş, tərk etməyənlər isə Səfəvi imperiyasına köç etmişdir.[23]

Yeni İl əfşarları
[redaktə | mənbəni redaktə et]

Sivas ilə Gürün arasında yaşayan və Yeni İl adı verilən türkman topluluğundakı əfşarlardan üç oba (Boynuqısalı, Dəlilər və Səkkiz) Köpəkli əfşarlarına, digərləri də (Bidiləfşarı, Taifiəfşarı və Qızıl Süleyman) İmanlı əfşarlarına mənsub idilər. Bunlardan Bidiləfşarı Yeni İlin ortadan qalxmasından sonra qərbə köç etmiş, Ankaranın Bala qəzasında məskunlaşmışdır. Ankaranın MUgan gölü yaxınlığındakı bir yer də bu oymağın adını daşımaqdadır.

Sis (Kozan) əfşarları
[redaktə | mənbəni redaktə et]

Sis (Kozan) əfşarları 1519-cu ildə 28 obaya ayrılmışdı. Bunlardan bir neçəsi istisna olmaqla, digərlərinin köçəriliklə birlikdə əkinçiliklə də məşğul olduğu bilinməkdədir. Sis əfşarlarının buraya 1375-ci ildəki Məmlük fəthi nəticəsində Suriyadakı əsas Əfşar topluluğundan gəlmiş olduqları bilinməkdədir. Çünki Çukurovanın fəthinə Məmlük ordusu ilə birlikdə BOzoxlu və Üçoxlu türkmanları da qatılmışdı. Lakin bu əfşarlar XVIII əsrdən etibarən Hələbə getməyib, Çukurovada qışlamağa başlayan, Zamantı çayı sahillərində yayı keçirən əfşarlar ilə qarışdırılmamalıdır. Bunlar daha sonrakı əsrlərdə yaşamış Hələb türkmanlarına daxil olan əfşarlardır.[23]

XVIII və XIX əsrlərdə Anadoluda əfşarlar

[redaktə | mənbəni redaktə et]

Əsas boyun qalıntısı olan Hələb əfşarlarının nəvələri müxtəlif hadisələrə baxmayaraq, 1865-ci ildə Fırka-i İslahiyye gəlincəyə qədər güclü bir oymaq olaraq Anadoluda varlıqlarını davam etdirdilər. 1691-ci ildə Rakka bölgəsində məskunlaşmaları əmr edilən türkmanlar arasında bəzi Əfşar oymaqları da var idi. Bunlar Boz Ulusun qədim yurdunda qalan qisminə bağlı əfşarlar ilə Yeni İlə mənsub əfşar oymaqları idilər. Rakka bölgəsində sonralar Əfşar Bucağı deyilən yerin əfşarların yerləşdirildikləri məntəqə olduğu bilinməkdədir. Hələb əfşarları isə Rəcəblü əfşarları, Qara Gündüzlü əfşarları və Bahrili əfşarları olmaqla 4-5 oymağa ayrılmışdı.[23]

Əfşarlar XVIII əsrdən etibarən qışlaq olaraq Hələb yerinə Çukurovaya getməyə başlamışdılar. Bunların Çukurovadakı qışlaqları Ceyhan sahillərində idi. Onlar dövləti Zamantı çayı sahillərində oturaq həyata keçəcəklərinə inandırsalar da, nəinki oturaq həyata keçmiş, hətta ətraf kəndlərdəki insanların heyvanlarını sürüb aparmış, bəzən də ticarət karvanlarını soymuşdurlar. Buna görə də, 1703-cü ildə Rakkaya sürgün edilsələr də, orada uzun müddət qalmadılar, oradan qaçacaraq Çukurova, Kayseri, Elbistan, Maraş bölgəsinə gəlib, yağma və basqınlarla məşğul oldular. 1856-cı ildə yenidən onları oturaq həyata keçirməyə çalışılsa da, yenə də uğursuz oldu. Lakin 1865-ci ildə İstanbuldan göndərilən Fırka-i Islâhiyye onların qarşısında iki seçim qoydu - ya yaylaqlarında, ya da qışlaqlarında məskunlaşmaq. Əfşarlar yaylaqlarında yerləşməyi seçsələr də,artıq onların yaylağında Qafqaz mühacirləri yerləşdirilmişdi. Buna görə də, əfşarlar məhsuldarlığı olmayan torpaqlarda yerləşdirildilər. Hal-hazırda əfşarlar Kayserinin Pinarbaşı, Tomarza, SArız qəzalarına bağlı 70-dən çox kənddə yaşamaqdadırlar və əvvəlki boy təşkilatlarını unutmamışdırlar. Bu kəndlərdə hələ də məşhur Əfşar kilimləri toxunmaqdadır.[23]

Türkmanların acı və üzüntülərini ağıt və bozlaq şəklindəki mahnılarla dilə gətirdikləri bilinməkdədir. Bu yönü ilə seçilən boylardan biri də əfşarlardır. Bozlaq onların musiqi həyatına o qədər hakim olmuşdur ki, qəhrəmanlıq macəralarını anladan türküləri belə bozlaq məqamında oxuyurlar. Onların adını daşıyan Əfşar bozlağı Yozqat və Kırşəhər civarlarında oxudulmaqdadır. "Əfşar bəyləri" türküsü isə Burdur, Antalya, DənizliMuğla bölgəsinin ən sevilən türkülərindən biridir. "Əfşar zeybəyi" eyni bölgələrdə, "Əfşar halayı" isə Kırşəhər, Yozqat, Kəskin bölgələrində oynadılmaqdadır. Böyük türkman şairi Dadaloğlu da əfşarlardandır.[23]

Əfşarların oymaqları

[redaktə | mənbəni redaktə et]

Əfşarların oymaqları bunlardır: Alplı, Alxanlı, Bekeşli, Gündüzlü, İmirlü, Kosa Əhmədli, Kosalı (Köselü), Papaqlı (Papalı ?), Qasımlı, Qaralı, Qaramanlı, Salmanlı, Sindelli, Turəli Hacılı, Rəcəbli, Balabanlı, Şamlı, Hacı şamlı Qarabudaqlı və Qırxlı.[57] İmirlü tirəsi və ya oymağı gümanki Oğuz boylarından biri olan İmir tayfası ilə əlaqəlidir. Eyni zamanda Aynallu (versiyaları: İnanlu və imanlu), Usalu (versiya; Usanlu) və Ustaclı kimi tayfalar da zamanla əfşarların içərisində ərimişdirlər.[36]

İrandakı ümumi Əfşar sayı barədə müxtəlif versiyalar səsləndirilmişdir. J.M,Jouannin 88 min, J.J. Morier 20 min ailə, Gazetteer of Persia 12 min ailə, S.I. Bruk 300 min kimi rəqəmlər səsləndirmişdir. Lakin bu rəqəmlərin hamısına şübhəli yanaşmaq lazımdır. Çünki əfşar əsrlər boyunca dağıdılmışdırlar və nəticədə oturaq həyata keçmişdirlər. Oturaqlaşma eyni zamanda köçəri tayfa kimliyinin də itirilməsi demək idi. Beləliklə, tam olaraq nə qədər Əfşarın yaşadığını doğru müəyyən etmək qeyri-mümkündür.[36]

Türkiyədəki əfşarlar

[redaktə | mənbəni redaktə et]

Əfşarlar əsasən Türkiyənin Kayseri ilinin Sarız, Tomarza və Kastamonunun Pınarbaşı ilçələrində yaşamaqdadırlar. Onlar həmçinin Adananın, Qəhrəmanmaraş və Qaziantep vilayətlərinin bir çox kəndlərində də yaşamaqdadırlar.[58]

Əfşarlar köçəri qalıb Oğuz həyat tərzinə uyğun şəkildə yaşasalar da, məcburi oturaq həyata keçirmə siyasəti bu tərzin dəyişməsinə səbəb olmuşdurş Ozan Dadaloğlunun rəhbərliyində Osmanlı imperiyasına qarşı əfşarlar üsyan qaldırmışdır.[58][59]

Bozulusda əfşarlar

[redaktə | mənbəni redaktə et]

1570-1571-ci illərdə Diyarbəkir əfşarlarının rəhbəri Mehmed Kədxuda idi. Üç qola bölünən Diyarbəkir əfşarlarının sayı 804, 367 və 109 idi. Bunlardan başqa, regionda xeyli sayda başqa əfşarlar da var idi ki, onlar digər kədxudaların rəhbərliyində yaşayırdılar.[23]

XVII əsrdə bir çox Bozulus əfşarları Mərkəzi Anadolu bölgəsinə köç etdilər və əsasən Qaraman əyalətində yaşamağa başladılar. Digərləri, xüsusən Dəməşq türkmanları arasındakı əfşarlar öz yerlərində qalmağı üstün tutdular. Bunlar Osmanlı sənədlərində Bozulus qalıntısı (boz ulus mândesi) adlandırılırdılar və daha sonralar Rakka əyalətinə köç etdilər. Bir müddət keçdikdən sonra isə bu icma QƏrbi Anadoluya köç etdi.[23]

1716-cı ildə Bozulus əfşarlarının Köpəkli oymağı Qaracabəy qəzasında (hal-hazırda Bursa ilinə daxildir) görülmüşdür. Bir digər tərəfdən, Bozulusdakı bəzi əfşarlar I Abbas dövründə Səfəvi imperiyasına köç etmişdirlər.[23]

Mədəniyyətləri

[redaktə | mənbəni redaktə et]

Əfşarların məskunlaşdığı bir çox yerlərdə bu tayfanın adına olan xalq rəqsləri vardır. Məsələn, Qaziantepin Barak düzündə "əfşar kabası" deyə rəqs vardır.[60] "Əfşar halayı" və ya "Əfşar ağırlaması" adlı rəqsi Kırşəhər, Yozqat, Kəskin, eləcə də Kayseridə rast gəlmək mümkündür.[61] Həmçinin "Əfşar zeybəyi" deyilən rəqs isə Burdur, Antalya, Dənizli və Muğlada yayılmışdır.[23]

Ankara yaxınlığında olan bir Əfşar kəndində genetik məqsədli araşdırma aparılmışdır. Bu kəndin sakinləri əcdadlarının Orta Asiyadan gəldiklərini iddia etməkdədirlər. Araşdırmaçılar kənd sakinlərinin 57 faizində L haploqrupunu, 13 faizində Q haploqrupunu, 3 faizində isə N haploqrupunu aşkar etmişdirlər. Ən yüksək L haploqrupu bu araşdırmada müşahidə edilmişdir və bu daha çox Cənubi Asiyaya xas xüsusiyyətdir. tədqiqatçılar üçün izah etmək çətin idi və heç bir konkret coğrafi mövqeyə aid edilə bilmədi və müəlliflər sübutların azlığını nəzərə alaraq bu haploqrupu türklərin köçləri ilə əlaqələndirməyin çətin olacağını söylədi.[62]

Türkmənistanda əfşarlar

[redaktə | mənbəni redaktə et]

Nadir şahın hakimiyyəti dövründə Əfşar boyu bir neçə türkmən tayfasını assimiliyasiya etmişdir və onlar hal-hazırda müasir Türkmənistan ərazisində yaşamaqdadırlar. Bunlara misal olaraq Geklenq, Murçeli, Esgi və Ərsarı oymaqlarını göstərmək olar. Əfşarların Murçeli tayfasının onurğa sütununu təşkil etdikləri bilinməkdədir. Həmçinin bir digər türkmən tayfası olan Əlili tayfasının formalaşmasında da əfşarlar mühüm rol oynamışdırlar.[63]

Əfqanıstanda əfşarlar

[redaktə | mənbəni redaktə et]

Əfqanıstanda da xeyli sayda Əfşar yaşamaqdadır. Onların sayını Bruk 30 min olaraq göstərməkdədir. 1845-ci ildə Əfqanıstanı ziyarət edən J. P. Ferrier əfşarların Əndxuy şəhərinin 3/4 hissəsini təşkil etdiyini, eləcə də Maymana yaxınlığındakı Çaharşənbə bölgəsində isə cəmşidilərlə, qıpçaqlar ilə qarışıq bir şəkildə yaşadığını yazmışdır.[64] Ferrier Əlieli türkmanlarının da Əfşar kökənli olduğuna inandığını yazmışsa da, G. Jarring onun bu fikrinə şübhə ilə yanaşmışdır.[65] Əbdülkərim Bokari iddia edir ki, Əndxuy əfşarları oraya. Şah Abbas dövründə Xorasandan köçürülmüşdürlər. Bundan başqa, Fərəh və Əsfozar (müasir Səbzəvar) regionunda da əfşarlar yaşamalı idi. Pierre Oberling bu iddianı buranın uzun müddət əfşarların yurdları olduğu ilə əsaslandırmışdır. Buranın bilinən ilk Əfşar hakimi Əhməd Solan idi və buraya 1522-ci ildə Şah İsmayıl tərəfindən təyin edilmişdi. Oberling 1730-cu illərdə Nadir şahın Hindistanı ələ keçirdiyi zaman Kabulda, Heratda və Əfqanıstanın digər şəhərlərində xeyli sayda Qızılbaş döyüşçüləri buraxdığını və bu döyüşçülər arasında da əfşarların olmasının dəqiq olmasını yazır və bu döyüşçülərin nəticələrinin hələ də oralarda yaşadığını bildirir.[36]

Əfşar sözü ilə bağlı coğrafi adlar

[redaktə | mənbəni redaktə et]

Ermənistanın Vedi rayonu ərazisində avşar əsaslı iki etnotoponim özünü göstərir: Birinci yaşayış məntəqəsi rayon mərkəzindən 7 km cənub-şərqdə, Yerevan-Naxçıvan avtomobil yolunun üzərində yerləşən Avşar/Kəl Balavan/ kəndidir. 1940-cı illərin axırında azərbaycanlıların Ermənistandan zorla köçürülməsi dövründə kəndin azərbaycanlı əhalisi Azərbaycana gəlmişdir. İkinci yaşayış məntəqəsi Ovşar adlanmış /Düzyurd Ovşar, Surenavan, Spandaryan/ rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşmişdir. 1918-ci ildə kənd daşnaklar tərəfindən dağıdılmış, əhalisi qovulmuşdur. O dövrdən sonra bu kənddə azərbaycanlı yaşamamışdır. İndi erməni qəsəbəsidir.[66] Ermənistanda Afşar Kələvan kəndi də olmuşdur. Bu kənd 1728-ci ildə İrəvan əyalətinin Karni nahiyəsində yerləşmişdir.

Avşar//ovşar etnotoponiminin müxtəlif areallarda paralelləri vardır. Bu toponimin Avşar variantı Azərbaycanın Ağcabədi rayonunda da mövcuddur. Tədqiqatçılardan Bayram Əhmədovun fikrinə görə bu toponim həmin ərazidə yaşamış tayfanın məşğuliyyəti ilə bağlıdır. Müəllif qeyd edir ki, bu tayfa qoyunçuluqla məşğul olmuşdur. B.Əhmədov belə hesab edir ki, avşar//ovşar-qoyunsağma üsulu deməkdir.[67]

Ovşar və Avşar toponimlərinin əsasında duran appelyativin ov sözü olması və toponimin ov həvəskarı mənasını bildirməsi fikrini irəli sürənlər də vardır. Tədqiqatçılar "Abşeron" toponiminin əfşar etnonimi əsasında yaranmasını qeyd edirlər. Cənubi Azərbaycan ərazisində də əfşar//ovşar tayfa adından düzəlmiş Əfşar, Əfşarcik etnotoponimləri qeydə Kəlbəcər rayonu Çaykənd kəndidə Əfşar Türklərinə mənsubdur.

Əfşar kökənli sülalələr

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Encyclopædia Iranica. Məqalə: AFŠĀR Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
  2. "Azerbaijani, South". 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-27.
  3. "Afghanistan Foreign Policy and Government Guide"; p. 172
  4. "Ahmad Hasan Dani, Vadim Mikhaĭlovich Masson, Unesco, History of Civilizations of Central Asia: Development in contrast : from the sixteenth to the mid-nineteenth century; p. 724: Afshari (a variant of Azarbaijani still spoken by the Afshars in a village that is now part of northern suburb of Kabul)
  5. Fascicle 3. — VIII. Azeri Turkish (author G. Doerfer), pp. 245–248.//Encyclopaedia Iranica. Volume III: Atas-Bayhaqi, Zahir-Al-Din. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1989, 896 pages. ISBN 9780710091215 :Azeri dialects. We may distinguish the following Azeri dialects (see Širäliev, 1941 and 1947): (1) eastern group: Derbent (Darband), Kuba, Shemakha (Šamāḵī), Baku, Salyani (Salyānī), and Lenkoran (Lankarān), (2) western group: Kazakh (not to be confounded with the Kipchak-Turkic language of the same name), the dialect of the Ayrïm (Āyrom) tribe (which, however, resembles Turkish), and the dialect spoken in the region of the Borchala river; (3) northern group: Zakataly, Nukha, and Kutkashen; (4) southern group: Yerevan (Īravān), Nakhichevan (Naḵjavān), and Ordubad (Ordūbād); (5) central group: Ganja (Kirovabad) and Shusha; (6) North Iraqi dialects; (7) Northwest Iranian dialects: Tabrīz, Reżāʾīya (Urmia), etc., extended east to about Qazvīn; (8) Southeast Caspian dialect (Galūgāh). Optionally, we may adjoin as Azeri (or “Azeroid”) dialects: (9) East Anatolian, (10) Qašqāʾī, (11) Aynallū, (12) Sonqorī, (13) dialects south of Qom, (14) Kabul Afšārī.
  6. Azerbaijani language, Big Soviet Encyclopedia (in Russian), 3rd edition [in 30 vol]/chief editor A.M.Prokhorov — 3rd edition, published by Soviet Encyclopedia, 1969—1978.
  7. A. Bodrogligeti, "On the Turkish vocabulary of the Isfahan Anonymous" Acta Orientalia Academiae Scientiarum Hungaricae; Vol. 21, No. 1 (1968), pp. 15-43; Akadémiai Kiadó
  8. A. Bodrogligeti On the Turkish vocabulary of the Isfahan Anonymous//Acta Orientalia Academiae Scientiarum Hungaricae Vol. 21, No. 1 (1968), pp. 15-43.—Akadémiai Kiadó: To Qashqay and Aynallu Ligeti adds Afshar as another Azeri dialect posessing long vowels, as distinct elements of the sound system.
  9. A.M.Abbasov Some notes on afshars of Afghanistan (in Russian), Soviet Turcology, 1975. № 4. p. 72.
  10. "Azerbaijani, South". Ethnologue (ingilis). 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-03.
  11. Encyclopedia of the Peoples of Africa and the Middle East. — С. 708
  12. Hasan Kawun Kakar. Government and Society in Afghanistan: The Reign of Amir ‘Abd al-Rahman Khan
  13. Adnan Menderes Kaya, "Avşar Türkmenleri", Dadaloğlu Eğitim, Kültür, Sosyal Yardımlaşma ve Dayanışma Derneği, 2004; ISBN 9755691499
  14. Britannika Ensiklopediyası. Məqalə "Iran", bölmə: The Afghan interlude Arxivləşdirilib 2009-10-19 at the Wayback Machine:
  15. Encyclopædia Iranica. Məqalə: NĀDER SHAH Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine:
  16. "From multilingual empire to contested modern state", Touraj Atabaki, "Iran in the 21st Century: Politics, Economics & Conflict", ed. Homa Katouzian, Hossein Shahidi, (Routledge, 2008), 41.
  17. Michael Axworthy’s biography of Nader, The Sword of Persia (I.B. Tauris, 2006), pp. 17–19:
  18. Richard V. Weekes. Muslim peoples: a world ethnographic survey. AZERI. — Greenwood Press, 1978 — p. 56 — ISBN 9780837198804
  19. Российский этнографический музей. Афшары Arxivləşdirilib 2012-05-24 at the Wayback Machine.
  20. Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 1: А — Ангоб. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1969, стр. 278.
  21. Oberling, 1984. səh. 582–586
  22. 1 2 3 4 5 6 7 8 9 10 11 Stöber, 2010
  23. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 Sümer, 1991
  24. Lampton, 1977. səh. 108-109
  25. Black, 1996. səh. 142
  26. Bulookbashi və Negahban, 2008
  27. Mattar, 2004. səh. 1112
  28. Cahen, 1968. səh. 281-282
  29. Gary və Koprulu, 1992. səh. 37
  30. Ismailov, 2021
  31. "Азербайджанцы". Great Soviet Encyclopedia. 1962. 2012-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2023.
  32. Weekes, 1978. səh. 56
  33. Atabaki, 2008. səh. 41
  34. Reid, 2000. səh. 209
  35. Aghaie, 2012. səh. 308
  36. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 Oberling, 1984
  37. Əfəndiyev, 2007. səh. 299-300
  38. Oberling, 1964. səh. 68-70
  39. Oberling, 1964. səh. 70
  40. 1 2 Field, 1939. səh. 170
  41. 1 2 3 4 Sheil, 1856. səh. 397
  42. 1 2 3 4 Dupre, 2010. səh. 457
  43. Sykes, 1902. səh. 67-68
  44. 1 2 Field, 1939. səh. 234-235
  45. Oberling, 1965
  46. Oberling, 1965. səh. 109-110
  47. Oberling, 1965. səh. 116-119
  48. Sykes, 1902. səh. 435
  49. Sykes, 1951. səh. 464-465
  50. Sykes, 1902. səh. 73
  51. Field, 1939. səh. 235
  52. Oberling, 1965. səh. 165
  53. Oberling, 1965. səh. 169-170
  54. Oberling, 1965. səh. 177
  55. Oberling, 1984. səh. 177
  56. Sheil, 1856. səh. 398
  57. Houtsma, 1888. səh. 225
  58. 1 2 Özdemir, 1985
  59. Eroğlu, 2018. səh. 99–109
  60. Gaziantep tarih kültür dergisi, 2006. səh. 15, 17, 49
  61. Kekeç, 2019. səh. 50
  62. Gokcumen, 2008. səh. 1–189
  63. Prokhorov, 1978
  64. Ferrier, 1856. səh. 197, 204
  65. Jarring, 1939. səh. 49
  66. Ələkbərli Ə. Qədim Türk-Oğuz yurdu — Ermənisatan. Bakı: Sabah, 1994, 208 s.
  67. Əhmədov B. Azərbaycan onomastikası problemləri. Bakı: 1986.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]