NİŞANBƏNİŞAN zərf [ fars. ] Bütün nişanları, əlamətləri, xüsusiyyətləri ilə. Nişanbənişan tanıtmaq. Nişanbənişan soraq vermək. – [Xudaverdi:] Əyərçi oğlum nişanbənişan səni [Hacı Qaranı] deyirdi. M.F.Axundzadə.