part 1. Köməkçi və ya modal fellərlə birləşərək işlənir; Bu halda, xüsusən danışıqda və qeyri-rəsmi dildə qısaldılaraq, n’t şəklində işlədilir; Azərbaycan dilinə müxtəlif inkar şəkilçilərə müvafiq gəlir; -ma, -mə, -m və s. Do not (don’t) seli Satma / Satmayın, Do not (don’t) come Gəlmə / Gəlməyin; She must not go to London O, Londona getməməlidir; 2. Bağlayıcı fellə işlənərkən Azərbaycan dilinə deyil sözü ilə tərcümə edilir; Bu halda not qısaldılır və bağlayıcı fellə birlikdə n’t şəklində işlədilir: isn’t, wasn’t və s.; It isn’t cold today Bu gün soyuq deyil; 3. to believe, to expect, to hope, to trust və s. fellərdən sonra qısa cavablarda işlənir. Bu halda o, Azərbaycan dilinə yox sözü ilə tərcümə edilir: – Will it rain? – I believe, not – Yağış yağacaqmı? – Ümid edirəm ki, yox;
◊ Not at all 1) dəyməz; Thank you for your help – Not at all Köməyinə / Köməyinizə görə sağ ol / olun – Dəyməz; 2) qətiyyən, əsla, xeyr; Do you mind if I open the window? – Not at all Mən pəncərəni açsam etiraz etməzsən ki? / etməzsiniz ki? – Əsla / Xeyr