Kamran Nəbizadə
Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.
== Həyatı ==
Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.[mənbə göstərin]1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "iqtisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.[mənbə göstərin]1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.1998-ci ildən 2003-cü ilə gədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini "Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.2003–2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən sahibkarlıq fəaliyyəti[hansı?] ilə məşğul olub.
2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə yaradılmış "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin.