nəysə
nəzarət
OBASTAN VİKİ
Nəzakət
Nəzakət — başqalarını incitməmək üçün yaxşı davranış və ya etiketin praktiki tətbiqi. Nəzakət mədəni cəhətdən müəyyən edilmiş bir fenomendir və buna görə də bir mədəniyyətdə nəzakətli hesab edilən nə isə bəzən başqa bir mədəni kontekstdə olduqca kobud və ya sadəcə ekssentrik ola bilər. Nəzakətin məqsədi başqalarını incitməmək və bütün insanların bir-birləri ilə rahat hiss etmələri üçün təhqiredici davranışlardan çəkinmək olsa da, bəzən bu mədəni şəkildə müəyyən edilmiş standartlar manipulyasiya edilə bilər. Antropoloqlar Penelope Braun və Stiven Levinson İrvinq Qofmanın üzdə olan anlayışdan qaynaqlanan iki növ nəzakət müəyyən ediblər: Mənfi nəzakət: "Əgər zəhmət olmasa…" və ya "Çox problem deyilsə…" kimi sorğunun daha az pozucu edilməsi; insanın sərbəst hərəkət etmək hüququna hörmət edir. Başqa sözlə, hörmət. Dolayı nitq aktlarından daha çox istifadə olunur. Həm də iddialı olmağın bir hissəsi hesab olunur. İddialı olmayan nəzakət: bir şəxs müzakirə zamanı başqalarına nəzakətli olmaq üçün şərh verməkdən və ya öz inanclarını təsdiqləməkdən çəkindikdə. Eləcə də bir insan ədəbsiz görünməmək üçün başqasının verdiyi qərara qoşulduqda. Etibarlı nəzakət: bir şəxs qarşılıqlı əlaqə zamanı köməkçi və faydalı olmaq üçün müsbət və konstruktiv şəkildə fikirlərini təqdim etdikdə.
Nəzakət Ağazadə
Nəzakət Ağazadə (Nəzakət Orucova, d. 13 fevral 1910, Gəncə şəhəri, Yelizavetpol quberniyası–ö. 10 aprel 1979, Bakı şəhəri, Azərbaycan SSR)— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı Nəzakət Ağazadə 13 fevral 1910-cu ildə Gəncə şəhərində Həsən bəy Ağayevlə, Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlmişdir. O, ailəsnin 3-cü qız övladı idi. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olan Nəzakət xanımı 1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdır. "Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlmişdir. Onun həyat yoldaşı da özü kimi professor, EA-nın müxbir üzvü, görkəmli Azərbaycan dilçilərindən biri olmuşdur. Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Nəzakət Məmmədova
Nəzakət Əli qızı Məmmədova (28 fevral 1944, Kirovabad – 21 oktyabr 1980, Soçi, Krasnodar diyarı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1974). Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.
Nəzakət Qazıyeva
Qazıyeva Nəzakət — aktrisa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejisorluğu" kafedrasının professoru. Nəzakət Qazıyeva 12 mart 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub, 1960-cı ildə həmin İnstitutun "Kino və teatr aktyoru" ixtisası üzrə xalq artisti, professor Mehdi Məmmədovun kursunu bitirmişdir. 1957-ci ildən 1962-ci ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında aparıcı vəzifəsində çalışmışdır. 1962-ci ildən hal-hazıradək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-pedaqoq kimi fəaliyyət göstərir. 10 il kafedra müdiri olmuşdur 1984-cü ildə Sankt-Peterburq Teatr, Kino, və Musiqi sənəti İnstitutunda görkəmli rejissor G.Tovstonoqovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirmişdir. 1987-ci ildə Moskva Teatr sənəti İnstitutunda təkmilləşmə kursunu keçmişdir. 46 il pedaqoji fəaliyyəti müddətində böyük yaradıcılıq, elmi və pedaqoji işlərlə məşğul olmuşdur. Dərs dediyi tələbələr hazırda rejissor, aktyor, pedaqoq-rejissor, xalq artistləri, elmlər namizədləri və doktoru, professor, dosent kimi fəaliyyət göstərirlər.N. Qazıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi Şurasının üzvü, Bədii Şuranın sədridir. N.Qazıyevanın pedaqoji fəaliyyəti ilə yanaşı elmi-tədqiqatı işləri, yəni 30-dan çox müxtəlif fakultələrdə tədris olunan rejissorluq və aktyor sənəti üzrə proqrqmlar, elmi-metodiki vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazələb çapdan şıxmışdır.
Nəzakət Teymurova
Nəzakət Teymurova (4 iyul 1972, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti, prezident mükafatçısı. Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Oradan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991–1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub. 1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli və Məcnun"-da Leyli olub. "Aşıq Qərib"də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan"da Xanəndə qız, "Vaqif"də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış edib. Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.
Nəzakət Xudiyeva
Xudiyeva Nəzakət Əli qızı — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Nəzakət Xudiyeva 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışmağa başlamışdır. İstedadlı aktrisa bu müddət ərzində bir-birindən fərqli onlarla qadın obrazları yaratmışdır. O, doğma teatrın səhnəsində 50-yə yaxın tamaşada çıxış etmişdir. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci il may ayının 6-da vəfat etmişdir.
Nəzakət Xəlilova
Nəzakət Xəlilova — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. Nəzakət Xəlilova 9 may 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Nəzakət Xəlilova əslən Laçın rayonundandır. Nəzakət Xəlilova 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Rumıniyalı Kodrina İonesku ilə üz-üzə gəldi. Kodrina İonesku ilə qarşılaşmadan Nəzakət Xəlilova 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Litvalı samboçu idi.
Nəzakət Əzizova
Nəzakət Məmmədova (dəqiqləşdirmə)
Nəzakət Məmmədova — müğənni
Nəzakət Məmmədova (müğənni)
Nəzakət Əli qızı Məmmədova (28 fevral 1944, Kirovabad – 21 oktyabr 1980, Soçi, Krasnodar diyarı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1974). Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.
Nəzakət Məmmədova (şairə)
Nəzakət Məmmədova (tam adı: Nəzakət Salah qızı Məmmədova; 13 yanvar 1962, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009). Azərbaycan Respublikası "Xatirə Kitabı" Redaksiyasının baş redaktoru. Nəzakət Məmmədova 2010-cu ildə "Qızıl qələm", 2014-cü ildə Prezident mükafatlarına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülmüşdür. Həzi Aslanov yubiley medalı, Rusiya Federasiyasının “Qələbə 75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə “Yurd dediyim bu torpaq” kitabı dərc olunmuşdur. Kitabda “Şəhid zirvəsi” poeması da yer almışdır. Tehranda “Ərdəbilim” adlı şeirlər toplusu nəşr olunmuşdur (2018). 2010-cu ildən “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının təsisçisi və baş redaktorudur. 2011-ci ildən nəşrə başlayan və ötən illər ərzində təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanmış “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalı milli-mənəvi dəyərlərimizin təbliğində, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılmasında, dünyasını dəyişmiş məşhur elm, ədəbiyyat, incəsənət xadimlərinin yad edilməsində, ədəbi gəncliyin ən son uğurlarının işıqlandırılmasında müstəsna rol oynamış, böyük uğurlar qazanmışdır. Respublika Mətbuat Şurasının, Türk Dünyası Ədəbiyyat Dərgilər Birliyinin üzvü olan “Yada düşdü” jurnalının qardaş Türkiyə Respublikasında, Rusiya Federasiyasında təmsilçiləri vardır.
Nəzakətlə öldürmək (film, 2012)

Значение слова в других словарях