Oper

die; -, -n opera
Open-air
Operateur
OBASTAN VİKİ
Cırtdan (opera)
Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.
D.K.Sivçev adına Saxa Opera və Balet teatrı
D.K.Sivçev (Suorun Omollon) adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı — (saxa Д.К. Сивцев - Суорун Омоллоон аатынан Саха Өрөспүүбүлүкэтин Ил Опера уонна Балет театра) — Saxa Respublikasının Dövlət Opera və Balet Teatrı (Yakutiya). Yakutskda yerləşir. D.K.Sivçev adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı - Suorun Omollon SSRİ-də xüsusi olaraq tikilmiş binalardandır. Teatr binası 1982-ci ildə tikilib, son yenidənqurma 2000-ci ildə aparılıb. Teatrın tamaşa salonu 643 yer üçün nəzərdə tutulub. 1940-cı ildə balet truppası, musiqi və vokal qrupu Yakutiya dövlət xorunun bazasında fəaliyyət göstərməyə başladı. Truppa Yakutiya musiqi mədəniyyətinin banisi M.N.Jirkov tərəfindən təşkil edilmişdir. Yeni yaradılan trupanın üzvləri - xormeyster V.P.Popov, ümumi rəhbər T.P.Mestnikov, xoreoqraflar S.V. Vladimirov-Klimov və İ.A.Karenin, müşayiətçilər P.K.Rozinskaya və vokal müəllimi A. Kostin, həmçinin S. Djanqvaladze, G. Krivoşapko idi. Bu qrupun məşhur müğənniləri arasında A. Novqorodova, T. P. Mestnikov, M. N. Jirkov, A. Eqorova, E. Zaxarova, N. Karitonov, Q. M. Kokşarski olmuşdur. 1944-1948-ci illərdə ilk müstəqil Yakutiya musiqili teatr-studiyası fəaliyyət göstərmişdir.
DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi)
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Don Juan (opera)
Don Covanni və ya Cəzalandırılmış əxlaqsız (KV 527, it. Don Giovanni ossia Il dissoluto punito) — "Şən drama" (it. dramma giocoso) iki pərdəli Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu opera. Operanın ilk premyerası 29 oktyabr 1787-ci ildə Praqada Məhəllə teatrının (çex. Stavovské divadlo) səhnəsində oynanılır. 7 may 1788-ci ildə isə Vyanada təkrar oynanılır. Opera həm "Don Covanni…" həm də "Don Juan…" kimi də adlandırılır. Çünki personajın adı ispanca don Xuan (isp. Don Juan), fransızca don Juan, italyanca isə don Covanni (it. Don Giovanni) kimi tələfüs edilir.
Eldar Məmmədov (operator)
Məmmədov Eldar Teymur oğlu — Əməkdar mədəniyyət işçisi (1989). Humay" (1994), "Tərəqqi" medalı (2006). Operator. Bir çox film və teletamaşaların operatorudur. 1964-cü ildən Azərbaycan Dövlət radio və Televiziya Komitəsində teleoperator, 1969-1983-cü illlər ərzində bütün dövlət əhəmiyyətli translyasiyalarda aparıcı operator işləyib. 50-dən yuxari televiziya filmi və tamaşalarının quruluşçu operatorudu. 1998-ci ildə Hollivud yaradıcı qrupu ilə birlikdə çəkilən prezident Heydər Əliyevə həsr olunmuş. "Ömur, tale və epoxa" filminin operatoru olub. Hal-hazirda AzTV-də operator qrupunun bədii rəhbəridir. Azərbaycan Kinematoqrofçular İttifaqinin üzvüdür.
Eldar Əliyev (opera müğənnisi)
Eldar Tofiq oğlu Əliyev — Azərbaycanlı opera müğənnisi (bas). 1992-ci ildə İtaliyanın məşhur "Lirica Osimo" Akademiyasına qəbul olub. 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra peşəkar karyerasına "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında Motsartın "Sehirli fleyta" (ing. The Magic Flute) operası ilə başlamışdır. 1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib. 1998-ci ildə Puccininin "Turandot" operasında Timur obrazanı canlandırıb. Bologna, Brüssel və Romadakı canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb. 2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. 28 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub.
Ermənistan Dövlət Akamedik Opera və Balet Teatrı
Aleksandr Spendiaryan adına Ermənistan Dövlət Akademik opera və balet teatrı (erm. Ալեքսանդր Սպենդիարյանի անվան օպերայի և բալետի ազգային ակադեմիական թատրոն) 1933-ci ildən İrəvanda fəalliyət göstərir. Teatrın binasını inşa edən memar Aleksandr Tamanyan olubdur. Opera teatrından savayı kompleks Aram Xaçaturyan adına Konsert zalını da özündə yerləşdirir. Teatrın binasının təntənəli açılışı 1930-cu ildə baş tutsa də, teatr rəsmi olaraq yalnız 1933-cü ildə açılıbdır. Buna baxmayaraq binanın indiki görünüşü bir sıra təmir işləri nəticəsində yalnız 1953-ci ildə formalaşıbdır. 1935-ci ildə burada balet truppası yaradılmışdır və ilk ifa onunan balet Pyotr Çaykovskinin "Qu gölü" baleti olmuşdur. 1938-ci ildən teatr Aleksandr Spendiaryanın adını daşıyır, 1956-cı ildə işə dövlət akamedik teatrı statusunu əldə edibdir. Teatrın quruluşu Ermənistanda opera və balet sənətinin inkişafına güclü təkan vermişdir. Məhz burada 1939-cu ildə Aram Xaçaturyanın "Sevinc" adlı ilk erməni baleti ifa olunmuşdur.
Etibar Şirinov (operator)
Etibar Şirinov (19 yanvar 1965, Bakı) - operator. Etibar Şirinov 1965-ci il 19 yanvarda Bakı şəhərinin Lökbatan qəsəbəsində doğulmuşdur. Uşaqlıq illərindən kino sənətinə böyük marağı olan Etibar C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında operator köməkçisi kimi işə başlamışdır. O, burada müxtəlif filmlərin çəkilişində iştrak etmişdir. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Kinostudiyasının Bədii rəhbəri işləmişdir. Qarabağ muharibəsinin ən qızğın səhnələrini lentə almışdır. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. 2014-cü ildən Baku media center də işə başlamışdır. Şeytan göz qabağında (film, 1987) - operator Pəncərə (film, 1991) - operator Qətildən yeddi gün sonra (film, 1991) - operator assistenti Qəzəlxan (film, 1991) - operator Qayalarda qalan səs (film, 1995) - ikinci operator Heydər Əliyev.
Evridika (Perinin operası)
"Evridika" Yakopo Perinin operasıdır. Bu opera dövrümüzə çatan ən erkən operalardandı, Perinin öncəki əsəri "Dafne" itirilmişdir. Ottavio Rinuççininin librettosu Ovidinin əfsanəvi musiqiçi Orfey və onun xanımı Evridika barədə olan X və XI "Metamorfozlar" kitabına əsaslanmışdır. İlk dəfə 6 oktyabr 1600-cü ildə Fransa kralı IV Henrixlə Mariya Mediçinin Florensiyadaki toylarının şərəfinə olan saray şənliklərində göstərilmişdir. Premyerada Orfey rolunu Perinin özü ifa etmişdir. Orfey barədə mifoloji rəvayət yeni "musiqili dram"ının süjetinin əsası oldu. Əfsanəyə görə, Orfeyin arvadı Evridika ilan vurmasından sonra ölür. Orfey Yeraltı dünyaya gedir ki, vəfat edən sevgilisini geri qaytarsın. Orfey öz gözəl ifası sayəsində Aidin köməkçilərini Evridikanı buraxmaları üçün yola gətirir, amma bir şərtlə ki, canlıların dünyasına apararkən əsla geriyə çönüb baxmasın. Orfey şərt yerinə yetirə bilmir və Evridikanı ikinci dəfə itirir.
Faust (opera)
"Faust" ya "Marqarita" (fr. Faust) — fransız bəstəkarı Şarl Fransua Qunonun 4 pərdəli opera əsəri. Operanın librettosu Jül Barbye, Mişel Karre tərəfindən Yohann Volfqanq Götenin "Faust" dram poemasının birinci hissəsinin süjeti əsasında yazılmışdır. "Faust" operasının ilk primyerası Parisin “Teatr lirik” səhnəsində 19 mart 1859-cu ildə oynanılmışdır. Götenin “Faust” dram-poemasının süjeti əsasında Qunonun opera yazmaq fikiri hələ 1839-cu ildə olmuşdur. Lakin həyata keçirmək 17 il sonra mümkün olmuşdur. Librettonu yazmaq üçün Jül Barbye, Mişel Karre böyük həvəslə razılıq verirlər. Bəstə üzərində iş bitər-bitməz Parisin teatrlarında melodram Faust peyda olur. Sifarişçi rəqabətdən ehtiyatlanaraq operanı tamaşaya qoymaqdan imtina edərək Qunoya yeni bir opera yazmağı təklif edir. Bundan ruhdan düşməyən Şarl Quno operanın üzərində axıra qədər işləyərək bitirir və 19 mart 1859-cu ildə Parisdə səhnəyə qoymağa müfəssəl olur.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Fərhad və Şirin (opera)
Fərhad və Şirin — 1910-cu ildə Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə tərəfindən Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması əsasında yazılmış və ilk dəfə 6 mart 1911-ci ildə Bakıda səhnələşdirilmiş Azərbaycandilli operadır. Opera 1910-cu ildə Mirzə Cəlal Yusifzadə və tarzən Aleksandr Oqenezaşvili tərəfindən yazılmışdır. Operanın librettosunda Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması əsasında çox qısa şəkildə Fərhadın macərası verilib. Tarzən Aleksandr Oqenezaşvili operanın musiqi partiturasının direksion üsulda hazırlanmasında müəyyən işlər görmüşdür. 1911-ci il martın 6-da Mirzə Cəlal Yusifzadənin "Fərhad və Şirin" operası tamaşaçılara göstərilmişdir. Operanın librettosu Mirzə Cəlal Yusifzadə tərəfindən "Mərhum Şeyx Nizaminin asari-nəzmiyyəsindən intixab və təlxis olunmuş bir hekayəyi aşiqanə əsəri" adı ilə yazılmış və 31 səhiəlik kitabça şəklində nəşr edilmişdir. Opera miladi 550-ci ildə Sasani hökmdarı Hörmüzün Xosrov adlı bir oğlunun doğulması, böyüməsi, məktəbdə necə tərbiyə və təhsil alması ilə başlayır. Xosrov böyüyüb ərsəyə çatdıqdan sonra nədimi və məhrəmi olan Şapur ona Qafqazdan, Dərbənddən, Ərmənzəmindən söz açır. Həmin ərazilərin hökmdarı olan Məhinbanudan, onun gözəllər-gözəli olan vəliəhdi Şirindən danışır. Şapur Şirinin camalını elə gözəl və hərtərəfli təsvir edir ki, şahzadə Xosrov ona qaibanə aşiq olur.
Fərq operatoru
Fərq operatoru — riyaziyyatda bir ƒ(x) funksiyasını fərqli bir ƒ(x + b) - ƒ(x + a) funksiyasına bərabərləşdirən sxem. İrəli fərq operatoru Δ f ( x ) = f ( x + 1 ) − f ( x ) {\displaystyle \Delta f(x)=f(x+1)-f(x)\,} sonlu fərq hesablamalarında geniş istifadə olunur və törəmənin davamlı situasiyalar üçün götürdüyü vəzifəni keçici funksiyalar üçün yerinə yetirir. Geri fərq operatoru isə ∇ f ( x ) = f ( x ) − f ( x − 1 ) {\displaystyle \nabla f(x)=f(x)-f(x-1)\,} formasında təyin olunur. Çoxhədlilərlə müqayisə edildiyində irəli fərq əməliyyatı bir delta operatoru vəzifəsinə sahib olur.
Gəlin qayası (opera)
Gəlin qayası — Bəstəkar Şəfiqə Axundovanın 1972-ci ildə yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı muğam-opera. Bu Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera əsəri idi. Operanın premyerası 1974-cü ildə baş tutub. Əvvəlcə Şəfiqə xanım "Gəlin qayası" radiopyesinə musiqi yazır. Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Buradan "Könül təranələri" adlı bir mahnı çox məşhur olur.
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər. 1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb : Truppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.
Harun və Leyla (opera)
Harun və Leyla — Üzeyir bəy Hacıbəyovun altıncı, sonuncu muğam operası. 1915-ci ildə bəstələnmiş, lakin tamaşaya qoyulmamışdır. Librettosunu eyniadlı ərəb dastanının motivləri əsasında Üzeyir bəy Hacıbəyov özü yazmışdır. 5 pərdəli idi. Beş pərdəli operanın klaviri tamamlanmış, fəqət premyera günü ərəfəsində deyilənə görə guya məhv edilmişdi. Görünür, operanın musiqisi müəllifi qane etməmiş və o, həmin əsəri «musiqili pyes» adlandırmışdır. Artıq bu vaxt muğam operasının imkanlarının tükəndiyi fikrinə gələn bəstəkar «Harun və Leyla» dan sonra muğam operası yazmamışdır. Üzeyir Hacıbərov Ensiklopediyası - «Harun və Leyla» Sərdar Fərəcov - ... Əgər onlar da tamamlansaydı... "yaşasaydı"...
Haskel Azad Kitabxanası və Opera Evi
Haskel Azad Kitabxanası və Opera Evi (ing. Haskell Free Library and Opera House; fr. Bibliothèque et salle d'opéra Haskell) - Viktorian stilində inşa edilmiş tarixi bina. Haskel Azad Kitabxanası və Opera Evi Amerika Birləşmiş Ştatları və Kanadanın sərhəd bölgəsində yerləşir.
Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır. Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir. Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir. №.1 Uvertüra Intendo amico rio (Aminta) №.2 Aria.
II Arşak (opera)
II Arşak — erməni bəstəkarı Tiqran Çuxacyan tərəfindən 1868-ci ildə yazılmış və İstanbulda təqdim edilmiş ilk milli erməni operasıdır. II Arşak Şərq musiqi mədəniyyəti tarixində ilk operadır. Operanın librettosunun müəllifi Tovmas Terzyandır. İlk erməni milli operası olan II Arşak, bəstəkar Çuxacıyanın ən böyük əsəridir. Bəstəkar opera üzərində işi 1868-ci ildə İstanbulda tamamlamışdır. Əsərin iki dilli (italyan və erməni dili) librettosunun müəllifi şair və dramaturq Tovmas Terzyandır. Opera ilk dəfə 1871-ci ildə nəşr edilmişdir. Öz stilinə görə operanın librettosu lirik-dramatik janra aiddir. Terzyanın kitabında verilmiş italyan dilində operanın tamamlanması haqqında qeyd erməni milli operasının yaranması kimi qəbul edilir. Operanın ilk səhnələşdirilməsi 10 mart 1868-ci ildə (əsərin hissələri göstərilmişdi) "Naum" teatrında, italyan opera truppasının ifasında baş tutmuşdur.
Karmen (opera)
Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər. Sevilya, siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər.
Kodayu (opera)
Kodayu — Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yapon dilində yazdığı opera. Yapon musiqi tarixində ilk yapondilli operadır. Librettonun müəllifi opera müğənnisi Eyko Aokidir. Rusiya–Yaponiya münasibətlərinə həsr olunmuş opera XVIII əsrdə Rusiyada yaşamış yapon dənizçi Daykokuya Kodayunun həyatı əsasında yazılmışdır 1991-ci ildə Fərhəng Hüseynov bəstəkar kimi Yaponiyada keçirilən "İpək yolu" yarışmasına qatılmış və "Zamanda səyahət" əsərinə görə birinci yeri qazanmışdır. Bundan sonra XVIII əsr yapon dənizçi qəhrəman Daykokuya Kodayu haqqında opera yazmaq təklifini almışdır. Təklif 1990-cı ildə operanın librettosunu yazmış Eyko Aokidən gəlmişdir. Belə ki, o, Rusiya ilə dostluq münasibətlərinin qurulması üçün çalışırdı. Aoki Fərhəng Hüseynova müraciət edərək operanın musiqisinin hamı üçün anlaşıqlı, eyni zamanda orijinal olmasını istəmişdir. Operanın premyerası 1993-cü ilin sentyabrın 7-sində Tokioda yerləşən "Orchard Hall" konsert şəklində baş tutmuşdur. Operanın Rusiyada premyerası 2018-ci ildə Rusiya–Yaponiya qarşılıqlı mədəniyyət ili çərçivəsində baş tutmuşdur.
Koroğlu (opera)
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur.
Kral Opera Teatrı
Kral Opera Teatrı ya Kral Opera Teatrı, Kovent Qarden (ing. Theatre Royal, Covent Garden) — 1737 ci ildə əsası qoyulmuş, Böyük Britaniyanın paytaxtı Londonda yerləşən, səhnəsində opera və balet tamaşaları oynanılan teatr binası. Ona qısaca olaraq “Kral Operası” və ya “Kral Opera Evi” də deyilir. Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. Sonuncu bina 1858 ci ildə inşa edilmişdir. 1990 cı ildə isə bina tamamilə rekoctruksiya edilmişdir. Teatrın tamaşa zalı 2268 nəfərlikdir. Hündürlüyü 14,8 m, prosçeniumunun - səhnə önünün eni isə 12,2 m-dir. Kral Opera Teatrı binası üçüncü dəfə 1857—1858 ci illərdə Eduard Midlton Barrinin layihəsi əsasında inşa edilir.
Kral Opera Teatrı (Valletta)
Kral Opera Teatrı və ya Kral Teatrı (malta It-Teatru Rjal, it. Teatro Reale ) — Maltanın paytaxtı Vallettada yerləşən opera teatrı və səhnə sənətləri məkanı. Bina ingilis memar Eduard Middleton Barri tərəfindən dizayn edilmiş və 1866-cı ildə qurulmuşdur. 1873-cü ildə binanın daxilində baş verən yanğında olduqca zərər görsə də, 1877-ci ilə qədər bərpa edildi. Teatr 1942-ci ildə II Dünya Müharibəsi zamanı hava bombardmanından birbaşa zərbə aldı. Dağıdılmasından əvvəl, Vallettanın ən gözəl və ecazkar binalarından biri idi. Teatrı yenidən qurmaq üçün bir neçə imtina planından sonra dağıntıları italyan memar Renzo Piano yenidən dizayn etdi və 2013-cü ildə Pjazza Teatru Rjal adı ilə yenidən bir tamaşa məkanı kimi fəaliyyətə başladı. Binanın dizaynı Kovent Qarden Teatrının memarı Eduard Middleton Barriyə tapşırıldı və klassik dizayn planı 1861-ci ilə qədər tamamlandı. Orijinal planlar dəyişdirilməli idi, çünki teatrın yan tərəfindəki yamaclı küçələr nəzərə alınmamışdı. Bu, Malta memarlarının tərtib etdiyi Strada Reale (indiki Respublika küçəsi) tərəfində bir terasın əlavə edilməsinə səbəb oldu.