Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vitamin B
Vitamin B15
Vitamin B15 və ya Panqam turşusu — ilk dəfə 1950-ci ildə öküzün qaraciyərinin ekstraksiyasında vitamin B15 müşahidə olunmuşdur. Elə buna görə də, panqam sözü yunanca pan – hər yerdə, qami – toxum sözündən götürülmüşdür. Hal-hazırda tibbdə panqam turşusundan bir sıra xəstəliklərin – maddələr mübadiləsində, xüsusilə, transmetilləşmə reaksiyasında istifadə edilməsinə baxmayaraq, insanda B15 vitamini ilə əlaqədar nə avitaminoz, nə də hipervitaminoz halı müşahidə olunmamışdır. Panqam turşusunun preparatı bəzi oksigen aclığında və qaraciyərin yenidən yağlanmasında yaxşı təsir göstərir. Kimyəvi nöqteyi-nəzərdən panqam turşusu qlükon turşusunun dimetilləşməsilə əmələ gətirdiyi efirdən ibarətdir: Vitamin B15-in bioloji rolu hələ tam öyrənilməmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə xolin, xolinfosfatid və kreatinin biosintezində B15 vitamini metil qruplarının mənbəyi rolunu oynayır. İnsan üçün B15 vitamini mənbəyi rolunu qaraciyər, bitkilərin toxumu, maya və s. oynayır. İnsanın B15 vitamininə olan gündəlik tələbatı hələ müəyyən edilməmişdir. == Ədəbiyyat == Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev.
Vitamin E (Tokoferol)
Tokoferol sözü yunancadan tokos – döl, phero – daşıyan sözlərinin birləşməsindən ibarət olub döldaşıyan mənasını verir. Tokoferolların əsas mənbəyi bitki mənşəli: zeytun, günəbaxan, qarğıdalı, pambıq yağıdır. Qeyd etmək lazımdır ki,vitamin E ilə ən zəngin buğdanın rüşeymidir. İnsanın E vitamininə olan gündəlik təlabatı 15 mq-dır. Tokoferollar canlı hüceyrədə baş verən sərbəst radikal reaksiyanın sürətini azaldır. Bununla da bioloji membranlardakı doymamış lipidlərdə baş verən oksidləşmə reaksiyasına mane olur. Vitamin E əsasən sonsuzluğun, vaxtından əvvəl hamiləliyin pozulması,qaraciyər xəstəliklərində istifadə olunur. Yaxın zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanması, dəri və toxumaların adi metobolik proseslərin səbəb olduğu zədələnmələrdən qorunmasında vacib rol oynayr. Dəri — insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəlif kimyəvi və mexaniki təsirlər insan orqanizminə və xaric görünüşünə mənfi təsir etdiyindən,onun daimi olaraq müdafiəyə ehtiyacı var.
Vitamin B 15(Panqam turşusu)
Vitamin B15 və ya Panqam turşusu — ilk dəfə 1950-ci ildə öküzün qaraciyərinin ekstraksiyasında vitamin B15 müşahidə olunmuşdur. Elə buna görə də, panqam sözü yunanca pan – hər yerdə, qami – toxum sözündən götürülmüşdür. Hal-hazırda tibbdə panqam turşusundan bir sıra xəstəliklərin – maddələr mübadiləsində, xüsusilə, transmetilləşmə reaksiyasında istifadə edilməsinə baxmayaraq, insanda B15 vitamini ilə əlaqədar nə avitaminoz, nə də hipervitaminoz halı müşahidə olunmamışdır. Panqam turşusunun preparatı bəzi oksigen aclığında və qaraciyərin yenidən yağlanmasında yaxşı təsir göstərir. Kimyəvi nöqteyi-nəzərdən panqam turşusu qlükon turşusunun dimetilləşməsilə əmələ gətirdiyi efirdən ibarətdir: Vitamin B15-in bioloji rolu hələ tam öyrənilməmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə xolin, xolinfosfatid və kreatinin biosintezində B15 vitamini metil qruplarının mənbəyi rolunu oynayır. İnsan üçün B15 vitamini mənbəyi rolunu qaraciyər, bitkilərin toxumu, maya və s. oynayır. İnsanın B15 vitamininə olan gündəlik tələbatı hələ müəyyən edilməmişdir. == Ədəbiyyat == Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev.
A Vitamini
A vitamini yağda əriyən vitaminlərdəndir, əsasən qaraciyərdə toplanır. Yüksək miqdarlarda alınması toksik reaksiyalarına (zəhərlənmə) səbəb ola bilir. A vitamininin miqdarı Retinol Equivalant ilə ölçülür. == Dəyəri == Orta yaşlı kişilərdə A vitamininin lazımi miqdarı 1000 Retinol, orta yaşlı qadınlarda isə 800 Retinol tələb olunur. Aşağıda bəzı qidaların içində Retionalun miqdarı verilmişdir. 6 gr qaraciyər (Dana), 9124 1 yemək qaşığı balıq yağı, 4080 1 böyük yumurta sarısı, 97 1 fincan süd, 76 1 orta boyüklükdə kartof, 2487 1 orta boyüklükdə kökdə, 2025 == Faydaları == A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin, dırnaqların və saçların sağlam qalmasını təmin edir. Diş və diş ətləri üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir.
B12 vitamini
Sianokobolamin B12 vitamini olaraq da bilinir. Xüsusən heyvan hüceyrələrində mövcud olur. Bir qrup alim tərəfindən tərəvəzlərdə də B12 vitamininin mövcudluğu fikri irəli sürülsə də bu hazırda diskussiya mövzusudur və hələlik öz təsdiqini tapmamışdır. Bu səbəbdən vegeterianlar tərəfindən müəyyən kapsullar halında qəbul edilir. == B12 vitamini eksikliği == === Laboratoriya diaqnostikası === B12 vitamini çatışmazlığı üçün qızıl standart test olmadığı üçün şübhəli diaqnozu təsdiqləmək üçün bir neçə müxtəlif laboratoriya testləri aparılır. B12 vitamin serumu dəyəri olduqca əlverişsizdir, çünki o, gec dəyişir, eyni zamanda nisbətən həssas və qeyri-spesifikdir. Sidikdə və ya qan plazmasındakı metilmalon turşusu B12 vitamini ehtiyatları tükəndikdə artan funksional B12 vitamini bəlirləyicisi hesab olunur. Bununla belə, metilmalon turşusunun yüksək səviyyələri də tez-tez nəzərdən qaçırılan metabolik pozğunluğu, kombinə olunmuş malonil və metilmalonil asiduriyanı (CMAMMA) göstərə bilər. B12 vitamini çatışmazlığının ən erkən göstəricisi B12 vitamini və onun nəqliyyat proteininin kompleksi olan holotranskobalamin (holoTC) səviyyəsinin aşağı olmasıdır. == B12 vitamininin mənbəyi olan qidalar == B12 vitamini orqanizmin onu istehsal edə bilmədiyi üçün qidadan alınmalı olan vacib bir elementdir.
B1 vitamini
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. == Faydaları == B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. == Defisit fəsadları == Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
B vitamini
== B Vitamini == Bitki və heyvan mənşəli qidaların tərkibində olur. Suda həll olan vitamindir. B qrup vitaminlərinə B1, B2, B6, B12 aiddir. == B1 vitamini == B1 vitamini orqanizmin böyüməsi və inkişfı üçün çox faydalıdır. Əsasən, çörəkdə, yumurta sarısında, paxlalı bitkilərin toxumlarında və az miqdarda ispanaq, kələm, soğan, yerkökü, almada olur. Bu vitaminə sutkalıq ehtiyac 2–3 mqdır. B1 vitamini orqanizmin fizioloji proseslərinin düzgün getməsi, əsasən, sinir sisteminin, ürəyin və əzələlərin normal fəaliyyəti üçün zəruridir. Qidada B1 vitamini çatışmadıqda beri-beri ağır xəstəlik baş verir. Bu zaman sinir sisteminin, ürək-damar fəaliyyəti pozulur, tez yorulur, iştaha itir, insan arıqlayır. Hətta qıcolmalar, iflicolma hadisəsi baş verir.
C vitamini
C vitamini və ya Askorbin turşusu — əsasən bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat 70–100 mq-dır. Ağbaş kələmdə 25–60, kartofda – 5–50, pomidorda – 20–40, limonda – 55, itburnu meyvəsində – 450 mq C vitamini vardır. Çatışmadıqda əsəb sistemi pozulur, yuxusuzluq və həddən artıq hissiyyat yaranır.Bundan başqa portağal, bibər, laym(yaşıl limon) da C vitamini qaynağıdır. == Xüsusiyyətləri == Fiziki xüsusiyyətlərinə görə, askorbin turşusu turş dadı olan ağ kristal tozdur. Alkoqolda və suda asanlıqla həll olur. Askorbin turşusunun ərimə nöqtəsi 190-192 °C-dir (parçalanma ilə).
D vitamini
D vitamini (kalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır. D vitamini antiraxit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gəlir. Gündəlik tələbat 400 beynəlxalq vahidə və ya 10 mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir.
E vitamini
E vitamini — Sutkalıq norması 10–15 mqdır. Yaraların sağalmasında, əzələllərin və cinsiyyət orqanlarının işinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Yaşıl bitkilərdə, ətdə, kərə yağında, süddə çox olur. E vitamini kimyəvi quruluşuna görə bir tokoldur və antisterillik vitamini kimi də tanınır. Vitamin E mühüm yağda həll olunan antioksidantdır və xüsusilə hüceyrə membranlarında və lipoproteinlərdə mühüm antioksidant funksiyalara malikdir. Epidemioloji və məhdud aralıq tədqiqatlar müəyyən edir ki, E vitamini ürək-damar xəstəlikləri, bəzi xərçənglər və digər xroniki xəstəliklər riskini azaldır. Bəzi böyük klinik sınaqlar E vitamininin sağlamlıq faydalarını daha dərindən qiymətləndirir. Tokolların müxtəlif birləşmələri (tokoferol və tokotrienol) E vitamini aktivliyini göstərir. Ən aktiv alfa-tokoferoldur. Əvvəllər o, əsasən α-tokoferola yönəldildiyi halda, bu gün digər tokoferollar və tokotrienollar daha çox diqqəti cəlb edir.
K vitamini
K vitamini — A, D və E vitaminləri ilə yanaşı yağda həll olan vitaminlərdən biridir. K vitamini və ya antihemorraqik vitaminin əsas mənbəyi bitkilərin yaşıl yarpaqlarıdır. Məhsullarda K1 (filloxinon) və K2 (metaxinon) şəkildə rast gəlinir. Bunlardan əlavə, K3 (metinon) şəkildə aktiv sintetik preparat kimi də buraxılır. Kələm və gicitkən yarpaqları bu vitaminlərlə daha zəngindir. Donuzun qaraciyərində onun miqdarı yüksəkdir. K vitamini çatışmazlığı dərialtına və əzələ daxilinə qan sızmalara, qanın laxtalanma xassəsinin azalmasına gətirib çıxarır. Bu səbəbdən də K vitamini qanaxmanın qarşısını almaq üçün işlədilir. K1 (filloxinon) - K2 (metaxinon) K vitamininin çatışmadığı zaman orqanizmdə qanın laxtalanması müddətini artıran protrombinin sintezi azalır. Bununla belə, orqanizmdə K — avitaminozu nadir hallarda baş verir.
P vitamini,
P vitamini — insan orqanizmi üçün çox vacibdir. Bu vitamin insan orqanizmində sintez olunmur və toplanmır və bu səbəbdən P vitamini daim orqanizmə daxil olmalıdır. İlk növbədə P vitamini insanın damarlarına çox müsbət təsir edir — onları daha möhkəm, elastik edir, damarların və kapilyarların keçiriciliyini azaldır. Bu isə varikoz xəstəliyi, ateroskleroz və s. xəstəliklərin profilaktikasıdır. P vitamini arterial təzyiqinin və ürək ritminin normallaşmasına kömək edir. P vitamini həmçinin göz təzyiqini azaldır. P vitamini ödün əmələ gəlməsində iştirak edir, bəzi hormonların istehsalına təsir edir, ödemləri azaldır. P vitamini orqanizmin allergenlərə olan davamlılığını artırır, allergik xəstəliklərin (xüsusilə bronxial astmanın) gedişatını yüngülləşdirir. P vitamini təsdiq edilmiş antioksidantdır.
A vitamini
A vitamini yağda əriyən vitaminlərdəndir, əsasən qaraciyərdə toplanır. Yüksək miqdarlarda alınması toksik reaksiyalarına (zəhərlənmə) səbəb ola bilir. A vitamininin miqdarı Retinol Equivalant ilə ölçülür. == Dəyəri == Orta yaşlı kişilərdə A vitamininin lazımi miqdarı 1000 Retinol, orta yaşlı qadınlarda isə 800 Retinol tələb olunur. Aşağıda bəzı qidaların içində Retionalun miqdarı verilmişdir. 6 gr qaraciyər (Dana), 9124 1 yemək qaşığı balıq yağı, 4080 1 böyük yumurta sarısı, 97 1 fincan süd, 76 1 orta boyüklükdə kartof, 2487 1 orta boyüklükdə kökdə, 2025 == Faydaları == A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin, dırnaqların və saçların sağlam qalmasını təmin edir. Diş və diş ətləri üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir.
Vitaminlər
Vitaminlər canlı orqanizmin həyati fəaliyyətini davam etdirə bilməsi üçün cüzi miqdarda tələb olunan üzvi maddələr qrupudur. Vitamin anlayışı cüzi miqdarda tələb olunan digər mikroqidaları, yəni mineral duzlar, əvəzolunmaz yağ turşuları və əvəzolunmaz aminturşular əhatə etmir. == Ümumi == Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Müxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq onların bir ümumi xüsusiyyəti vardır ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Vitaminləri latın hərfləri ilə işarə etmək qəbul edilmişdir.[mənbə göstərin] Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və müəyyən xəstəliklərə, avitaminoz (sinqa, raxit, qanaxma, boyartmanın ləngiməsi) səbəb olur. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.[mənbə göstərin] Vitaminlər iki qrupa bölünür: suda həll olan (C vitamini və B qrupu vitaminlər) və yağda həll olan (A, D, E, K) vitaminləri. == C vitamini == C vitamini və ya askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir.
Tiyamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. == Faydaları == B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. == Defisit fəsadları == Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
Kitami
Kitami (yap. 北見市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Oxotsk sabprefekturada yerləşən şəhər.
Tiamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. == Faydaları == B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. == Defisit fəsadları == Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
İtami
İtami (yap. 伊丹市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Niyamin Niftəlizadə
Senecio vitalis
Senecio vitalis (lat. Senecio vitalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tiramin (Azərşəhr)
Tiramin (fars. تيرامين‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2 nəfər yaşayır (1 ailə).
Vitalik Buterin
Vitali Dmitriyeviç "Vitalik" Buterin (rus. Виталий Дмитриевич Бутерин; 31 yanvar 1994, Kolomna, Moskva vilayəti) daha çox Ethereum-un həmtəsisçilərindən biri kimi tanınan rus-kanadalı proqramçıdır. O, Kriptovalyuta dünyasına 2011-ci ildə Bitcoin Magazine-in həmtəsisçisi kimi daxil olub. 2014-cü ildə Buterin, Qevin Vud ilə Ethereum-u işə saldı. == Erkən həyat və təhsil == Vitalik Buterin Rusiyanın Kolomna şəhərində kompüter alimi cənab Dmitri Buterin və xanım Natalya Amelinenin oğlu olaraq dünyaya gəlib. Ailəsi daha yaxşı iş imkanları tapmaq üçün Kanadaya köçənə kimi, 6 yaşına qədər burada yaşadı. Kanadada ibtidai məktəbin 3-cü sinfində oxuyanda onu istedadlı uşaqlar üçün xüsusi tədris sinfinə yerləşdiriblər. O yaşda riyaziyyat, iqtisadiyyat və proqramlaşdırma ilə maraqlanmağa başladı. Buterin daha sonra Torontoda özəl lisey olan Abelard Məktəbində oxuyub. Buterin Bitcoin haqqında 17 yaşında atasından öyrənib.
Şiramin (Azərşəhr)
Şiramin (fars. شيرامين‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,280 nəfər yaşayır (909 ailə).
Vitalina Bibliv
Vitalina Bibliv (ukr. Біблів Віталіна Миколаївна; 15 oktyabr 1980, Vasilkov[d], Kiyev vilayəti) — Ukraynalı teatr, kino və televiziya aktrisası. Qızıl Yula Milli Mükafatının laureatı (2019), Ukraynanın Əməkdar Artisti (2020). == Bioqrafiya == Vitalina Bibliv 15 oktyabr 1980-ci ildə Kiyev vilayətinin Vasilkov şəhərində anadan olub. Məktəb müəllimi İnna Puşkareva aktyorluq peşəsinin seçimində ona köməklik edir. Doqquzuncu sinifdə Müəllimlər günündə Vitalina Verka Serduçkanın parodiyasını etmək tapşırılır. Şübhə etsə də, müəllim onun xarizmasına inanır. Məktəbdən sonra Vitalina Mədəniyyət məktəbində oxuyur. Müsahibəsində qeyd edir ki, məktəbdən klon olmaq və sirkdə işləmək arzusunda olub. O vaxta qədər estrada və sirk təhsili yalnız bir məktəbdə əldə edilə bilərdi və Vitalina ali təhsil almağa çalışırdı.
Keyt Vitali
Keyt Vitali (ing. Keith Vitali) — ABŞ döyüş ustası və aktyorudur. == Həyatı == Keyt Vitali 1971-ci ildə "Cənubi Kaliforniya Universiteti"ni bitirmişdir. Keyt 1978-1980-cı illər ərzində "ABŞ Milli Karate Çempionatı"nda 3 il birinci yeri tutmuş və 1 dəfə dünya çempionu olmuşdur. 1981-ci ildən etibarən Keyt "Qara kəmər memorialı"nda dövrün ən yaxşı 10 kikboksçusundan biri kimi təqdim edilir. Keyt Vitali bir çox Karate kitablarının müəllifidir. Onun ilk kitabı "Karateyə başlayarkən" (ing. Beginning Karate) adlanır.
Marqaret Vitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Titanın sirenaları
Titanın sirenaları (ing. The Sirens of Titan) - Kurt Vonnequtun 1959-ci ildə nəşr olunmuş romanı. == Məzmun == "Titanın sirenaları" zamanın, məkanın və insan şüurunun tən ortasından keçməklə onları bir-birinə birləşdirən və bəşər övadının keçmiş təcrübələrinə əsaslanan kosmik əsərdir. Yerin ən zəngin insanı Malaki Konstant, kosmik səyahətlər vasitəsilə müxtəlif yeni və ecazkar dünyalara səyahət etmək şansı əldə edir. Səyahət müddəti ərzində gözəl bir qadın, B, ona həmdəm olur. Sirlərlə dolu Vinston Nayls Rumfurd bir göz qırpımında Günəş sistemini gəzib dolaşır. Belə sadə təqdimatda görünməyən və yalnızca ABŞ yazıçısı Vonnequtun təxəyyülü ilə həyat qazana bilən bu kosmik macəra, təkcənə insan həyatının və cəmdə bəşər övladının həyatının mənası və bütün fəaliyyətlərinə quşbaxışını təmin edir. Əslində əsərin adı bir qədər düşündürür, çünki hadisələrin ən əsas və maraqlı hissəsi Mars planetində cərəyan edir. Romanın adında isə ən əsas tərəf "Titan"dır. Titan isə Saturn planetinin peykidir.