1. is. köhn. Üç onluqdan ibarət, otuz manat dəyərində olan kağız pul. Otuzluğu xırdalamaq.
– [Poçtalyon:] Elə ki, şad xəbər gətirirəm, çıxarıb bir otuzluq ilə yola salırsınız.
2. sif. Bir şeyin dərəcəsini, nömrəsini, otuz vahiddən ibarət olduğunu göstərir.
Pəncərə önündə axşamdan otuzluq lampa yanırdı.