oyalanmaq
oyana-buyana 2021
OBASTAN VİKİ
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Oyan Hərəkatı
Oyan Hərəkatı (OYAN, Wake up) — Azərbaycandan kənar ölkələrdə yaşayan azərbaycanlıların təşkilatçılığı ilə yaradılmış siyasi hərəkat. 2016-cı il 6 mart tarixində Niderland Krallığının paytaxtı olan Amsterdam şəhərində qurulan hərəkatın əsas məqsədi Azərbaycanda hakimiyyəti özünə xidmət etməyə məcbur edə bilən təşkilatlanmış güclü xalqı formalaşdırmaq və hazırkı rejimə qarşı vahid dinc mübarizə platforması yaratmaqdır. Oyan Hərəkatının üzvləri inanır ki, Azərbaycanda avtoritar rejimdən xilas olmağın yeganə yolu xalqı təşkilatlandırmaq, kütləvi itaətsizlik aksiyalarında xalqın maksimum iştirakını təmin etmək və bu proseslərin nəticəsi olaraq mühacir hökumət formalaşdırmaqdır. Oyan Hərəkatı bütün fəaliyyətini 3 əsas istiqamətdə qurur: Ölkədə siyasi şüurun inkişaf etdirilməsi və hər bir vətəndaşa dövlətin formalaşmasında onun iştirakının vacibliyini vətəndaşa inandırmaq: İnstitutlaşmış şəxsiyyətə pərəstişi dağıtmaq, Yaltaqlığı mübarizə ilə əvəz etmək. Xalq arasında həmrəyliyi formalaşdırmaq: İnsanlar arasında dəyişikliyə və xoşbəxt gələcəyə olan inamı formalaşdırmaq, Minimal risk tələb edən aksiyalardan başalayaraq xalqı ölkə miqyasında kütləvi itaətsizlik aksiyalarına cəlb etmək. Dağılmış siyasi və ictimai institutları xalqın iştirakı ilə bərpa etmək: Mühacir hökumət formalaşdırmaq, Yeni liderlər xalqa təqdim etmək. Hərəkat öz fəaliyyətini aşağıdakı struktur üzərindən həyata keçirdir: Hümmət – Hərəkatın ən ali qərarverici orqanıdır. Hümmətə üzvlük 3 mərhələli müsabiqədən keçir. Bu müsabiqədən uğurla keçmiş şəxslər Hümmətin sıralarına qatılırlar. Hümmət Assambleyanı (Qanunverici orqan), Konsulları (İcraedici orqan) və Nəzarət – Təftiş Komitəsinin üzvlərini seçir.
Oyan Nəzəriani
Oyan Nəzəriani (az-əbcəd. اویان نظریانی ‎ ing. Oyan Nazariani; 5 avqust 1994, Urmiya) — Urmiyada doğulmuş azərbaycanlı çimərlik güləşi və yunan-roma güləşçisi. 2014-cü ildən etibarən güləş üzrə Azərbaycan yığma komandasında çıxış edir. 2016-cı ildə Bakıda keçirilən beynəlxalq "Qızıl Qran-Pri" turnirində qızıl, 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb. Beşqat respublika çempionudur. 2019-cu ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş Çimərlik güləşi üzrə Dünya Çempionatında qızıl medala layiq görülüb. 2020-ci ildən etibarən Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Oyan Nəzəriani 1994-cü ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. Orta məktəbi Urmiyada bitirdikdən sonra Mahabad Azad Universitetinin hüquq fakültəsində təhsil alıb.
Buyan Xan
Buyan Xan - türk-monqol mifologiyasında əfsanəvi xaqan. Monqolların Atası. Kızı Alanqovadır. Qırx dənə qızı olmuşdur. Amma heç oğlu olmamışdır. Son 41. qızı isə Alanqovadır. Bu Qırx-Qızdan Qırğız boyundan törədiyi deyilər. Buyan monqolcada "Düşüncə Tayı" deməkdir. İnsanın zehin gücünü ifadə edir və səhv istifadə insana zərər verir.
Monquş Buyan-Badırqı
Monquş Buyan-Badlrqı (tıva Хүн Ноян Моңгуш Буян-Бадыргы Үгер-Даа; 25 aprel 1892 — 22 mart 1932) — Tıva ictimai və dövlət xadimi, Tıva dövlətçiliyinin qurucusu. Uzun müddət Tıvanın müstəqilliyi mübarizəsində iştirak etmişdir. Müstəqil siyasət yeritməsi SSRİ-nin xoşuna gəlməmişdir. 1929-cu ildə Moskvanın təlimatı ilə həbs olunmuş və 1932-ci ildə əks inqilabı fəaliyyətdə ittiham edilərək güllələnmişdir. Buyan-Badırqı 25 aprel 1892-ci ildə Ayanqati qəsəbəsində sürü qoruyucusu Nomçul Monquşun ailəsində anadan olub. Əmisi Xemçik Daa-kojuun noyonu Monquş Xaydıp tərəfindən oğulluğa götürülüb. Xaydıp Uqerda bəlkə də Tıvanın siyasi tarixindəki ən parlaq və ən güclü şəxsiyyətlərdən biri idi. Onunla görüşən avropalı və rusiyalı səyyahlar onun yüksək təhsilini, aristokratiyasını, idarəetmə qabiliyyətini təqdir edirdilər. Lakin Xaydıp görünür, şimal qonşusunun ərazisini və gücünü tamamilə aydın təsəvvür etmirdi. Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətindən sonra Noyonun rus köçkünlərinə münasibəti kəskin şəkildə dəyişdi, əslində onların qovulması başlandı.
Oyan Sid (film, 2009)
Oyan Sid (ingiliscə: Wake up Sid) 2009-cu ildə çəkilmiş Hindistan romantik komediya filmidir. Filmin rejissoru Ayan Mukerji və prodüseri Karan Coharın Dharma Productions şirkətidir. Filmdəki hadisələr müasir Bombeydə baş verir və Kəlküttədən gələn talantlı yazıçı Aisha (Konkona Sen Sharma) tərəfindən həyatın mənasını öyrənən kollec tələbəsi Sid Mehra (Ranbir Kapoor) adlı dəcəl bir atanın oğlunun hekayəsindən bəhs edir. Shankar Mahadevan – Wake Up Sid! – 3:51 Clinton Cerejo – Kya Karun? – 4:13 Shankar Mahadevan – Aaj Kal Zindagi – 4:13 Kavita Seth, Amitabh Bhattacharya – Iktara – 4:13 Shankar Mahadevan, Uday Benegal – Life Is Crazy – 4:14 Tochi Raina, Amitabh Bhattacharya, Raman Mahadevan – Iktara – 3:44 Shankar Mahadevan – Wake Up Sid!
Buyan adası (Krasnoyarsk diyarı)
Buyan adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizi ərazisində, Komsomoles adasının cənub-qərbində yerləşən Otkrıtıy burnundan 500 m aralıda yerləşir. Ada 1 km uzunluğa və 500 m enə malikdir. Adada gözlə seçiləcək yüksəklik yoxdur. Şimal sahili sıldırımlıdır.
Buyan adası (Rostov vilayəti)
Buyan adası — Rostov vilayətinin ərazisində, Baqaevskaya kəndində yerləşən bir ada. Aşağı Donun məşhur görməli yerlərindən biri hesab olunur. Kəndlilər arasında Stepan Razinin 1669–1670-ci illərdə fars xəzinəsini məhz bu adada basdırdığı barədə əfsanəsi gəzir. Ancaq Rusiya imperiyasının hərbi xəritələrində ada yalnız 19-cu əsrdə müxtəlif adlarla meydana çıxmışdır: Uqlovatı, Buynı, Buyan. Ada 18-ci əsrin xəritələrində yoxdur, bu da Baqaevskaya kəndində fars qızılının olmasına şübhə yaradır. Vaxt keçdikcə Buyan aşağı axar boyunca qum və çamurla lillə artaraq böyümüşdür. Sıx bitki örtüyü ilə örtülmüş ada, zəngim qumlara sahib sahillərə malikdir. Buda çimərliklərin kütləvi istifadəsinə imkan verir. Vəziyyətinə görə ada demək olar ki, həmişə həvəskar balıq ovu üçün əlverişlidir. Buyan Don çayının boyunca uzanır və üçbucağa bənzər formadadır.