Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Oyan Hərəkatı
Oyan Hərəkatı (OYAN, Wake up) — Azərbaycandan kənar ölkələrdə yaşayan azərbaycanlıların təşkilatçılığı ilə yaradılmış siyasi hərəkat. 2016-cı il 6 mart tarixində Niderland Krallığının paytaxtı olan Amsterdam şəhərində qurulan hərəkatın əsas məqsədi Azərbaycanda hakimiyyəti özünə xidmət etməyə məcbur edə bilən təşkilatlanmış güclü xalqı formalaşdırmaq və hazırkı rejimə qarşı vahid dinc mübarizə platforması yaratmaqdır.Oyan Hərəkatının üzvləri inanır ki, Azərbaycanda avtoritar rejimdən xilas olmağın yeganə yolu xalqı təşkilatlandırmaq, kütləvi itaətsizlik aksiyalarında xalqın maksimum iştirakını təmin etmək və bu proseslərin nəticəsi olaraq mühacir hökumət formalaşdırmaqdır. == Fəaliyyət istiqamətləri == Oyan Hərəkatı bütün fəaliyyətini 3 əsas istiqamətdə qurur: Ölkədə siyasi şüurun inkişaf etdirilməsi və hər bir vətəndaşa dövlətin formalaşmasında onun iştirakının vacibliyini vətəndaşa inandırmaq: İnstitutlaşmış şəxsiyyətə pərəstişi dağıtmaq, Yaltaqlığı mübarizə ilə əvəz etmək. Xalq arasında həmrəyliyi formalaşdırmaq: İnsanlar arasında dəyişikliyə və xoşbəxt gələcəyə olan inamı formalaşdırmaq, Minimal risk tələb edən aksiyalardan başalayaraq xalqı ölkə miqyasında kütləvi itaətsizlik aksiyalarına cəlb etmək. Dağılmış siyasi və ictimai institutları xalqın iştirakı ilə bərpa etmək: Mühacir hökumət formalaşdırmaq, Yeni liderlər xalqa təqdim etmək. == Struktur == Hərəkat öz fəaliyyətini aşağıdakı struktur üzərindən həyata keçirdir: Hümmət – Hərəkatın ən ali qərarverici orqanıdır. Hümmətə üzvlük 3 mərhələli müsabiqədən keçir. Bu müsabiqədən uğurla keçmiş şəxslər Hümmətin sıralarına qatılırlar. Hümmət Assambleyanı (Qanunverici orqan), Konsulları (İcraedici orqan) və Nəzarət – Təftiş Komitəsinin üzvlərini seçir. Hümmət Oyanın bütün layihələrinin həyata keçirilməsində yaxından iştirak edir.
Oyan Nəzəriani
Oyan Nəzəriani (az.-əbcəd اویان نظریانی ‎ ing. Oyan Nazariani; 5 avqust 1994, Urmiya) — Urmiyada doğulmuş azərbaycanlı çimərlik güləşi və yunan-roma güləşçisi. 2014-cü ildən etibarən güləş üzrə Azərbaycan yığma komandasında çıxış edir. 2016-cı ildə Bakıda keçirilən beynəlxalq "Qızıl Qran-Pri" turnirində qızıl, 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb. Beşqat respublika çempionudur. 2019-cu ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş Çimərlik güləşi üzrə Dünya Çempionatında qızıl medala layiq görülüb. 2020-ci ildən etibarən Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisidir. == Həyatı və təhsili == Oyan Nəzəriani 1994-cü ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. Orta məktəbi Urmiyada bitirdikdən sonra Mahabad Azad Universitetinin hüquq fakultəsində təhsil alıb. == Karyerası == 2003-cü ildən etibarən güləşlə məşğul olmağa başlayıb.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Oyan Sid (film, 2009)
Oyan Sid (ingiliscə: Wake up Sid) 2009-cu ildə çəkilmiş Hindistan romantik komediya filmidir. Filmin rejissoru Ayan Mukerji və prodüseri Karan Coharın Dharma Productions şirkətidir. Filmdəki hadisələr müasir Bombeydə baş verir və Kəlküttədən gələn talantlı yazıçı Aisha (Konkona Sen Sharma) tərəfindən həyatın mənasını öyrənən kollec tələbəsi Sid Mehra (Ranbir Kapoor) adlı dəcəl bir atanın oğlunun hekayəsindən bəhs edir. == Saundtrekləri == Shankar Mahadevan – Wake Up Sid! – 3:51 Clinton Cerejo – Kya Karun? – 4:13 Shankar Mahadevan – Aaj Kal Zindagi – 4:13 Kavita Seth, Amitabh Bhattacharya – Iktara – 4:13 Shankar Mahadevan, Uday Benegal – Life Is Crazy – 4:14 Tochi Raina, Amitabh Bhattacharya, Raman Mahadevan – Iktara – 3:44 Shankar Mahadevan – Wake Up Sid!
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ayan
Ayan — qadın adı. Ayan Mirqasımova — Azərbaycan teatr və kino aktrisası. Ayan Məmmədova — Azərbaycanlı sərbəst güləşçisi. Ayan Babakişiyeva — Azərbaycan müğənnisi. Ayan Allahverdiyeva — azərbaycanlı şahmatçı.Yaşayış məntəqələriAyan (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.DigərAyan Palace — Azərbaycan Respublikasının Tovuz rayonunda yerləşən hotel.
Odan
Odan (fr. Hodent) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 267 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 25 km şimal-qərbdə yerləşir.
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunlarıKino"Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film.Musiqi"Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Ozan
Ozan — ad.
Royan
Royan (fars. رويان‎) — İranın Mazandaran ostanının Nur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,339 nəfər və 1,708 ailədən ibarət idi.
Syan
Şanyü Syan (v. 18) — Vanq-Manq tərəfindən şanyü təyin olunsa da Uçjulyu tərəfindən bağışlanmışdı. Lakin Uçjulyu öləndə taxta da o gətirilmişdi. 5 il hökm sürdü. Çinlə müharibələrə davam etdi.
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Arzum Onan
Arzum Onan (31 oktyabr 1973, Ankara) — Türk kino aktrisası və model.
Asamoa Qyan
Asamoa Qyan (22 noyabr 1985[…], Akkra) — son klubu "Leqon Sitis" olan Kamerun futbolçusu, hücumçu mövqeyində çıxış edir.
Ayan (Salmas)
Ayan (fars. ‎عيان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (76 ailə).
Ayan Allahverdiyeva
Ayan Allahverdiyeva (21 fevral 2005, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında ustalığa namizəd (2005) == Həyatı == 2014 və 2015-ci illərdə 10 yaşlı qızlar arasında, 2016 və 2017-ci illərdə isə 12 yaşlı qızlar arasında Azərbaycan çempionu olub. 2018-ci ildə eyni uğuru 14 yaşlı qızların qrupunda təkrarlayıb. 2018-ci ildə, həmçinin 20 yaşlı qızların qrupunda çıxış edib və bürünc medal qazanıb.Müxtəlif yaş kateqoriyalarında Azərbaycanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2015-ci ildə 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci olub. İki il sonra 12 yaşlı qızların qrupunda üçüncü yeri tutub. 2018-ci ildə Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 9 oyundan 8 xal yığmaqla 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb. 2019-cu ildə Bratislavada keçirilmiş Avropa çempionatında 9 oyundan 7,5 xal yığaraq ikinci dəfə 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.Ayan Allahverdiyeva 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdır.
Ayan Babakişiyeva
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Ayan Mirqasım
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb. "Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Ayan Mirqasımova
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb. "Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Ayan Məmmədova
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Butanın tarixi
Butanın tarixi VII əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır.. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırların əsası qoyulmuşdur. Onlardan ən iriləri XVI əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemi yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (drahma racə) başçılar arasında bölüşdürmüşdür. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal sərkərdələrin əlinə keçdi.
Orasına burasına (mahnı)
Orasına burasına — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının söz və musiqisi Ceyhun Əliyevə, aranjmanı Rəşad Hüseynova, mix-masteri isə Yaşar Baxışa aiddir. Aygün Kazımova adıçəkilən mahnı üçün fotoqraf Kamran Aydınovun kamerası qarşısına keçərək fərqli fotosessiya etdirib. Fotosessiyada Aygün Kazımovanın stilinin üzərində isə uzun illərdir əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində, konsert, klip və fotosessiyalarında baş stilist olaraq çalışan Ruxa işləyib.
Aşağı Kəmək (Əsədabad)
Aşağı Kəmək (fars. کمک سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 914 nəfər yaşayır (279 ailə).
Yuxarı Kəmək (Əsədabad)
Yuxarı Kəmək (fars. کمک علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 205 nəfər yaşayır (58 ailə).
Butanın dövlət quruluşu
Butanın dövlət quruluşu - 2009-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Butan mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan dövlətin yaranması günü (1907) 17 dekabrda qeyd olunur. Ölkə Konstitusiyası 18 iyul 2009-cu ildə qəbul edilmişdir. == İnzibati bölgüsü == Butan 20 Dzonqxaqdan (Bumtanq, Çukxa, Daqana, Qasa, Xaa, Lxuntse, Monqar, Paro, Pemaqatsel, Punakxa, Samdrup-Conqxar, Samtse, Sarpanq, Tximpxu, Traşiqanq, Traşiyanqse, Tonqsa, Siranq, Vanqdi-Pxodranq və Jemqanq) ibarət 4 Dzonqdeyə (1-ci dərəcəli Şərqi, Qərbi, Mərkəzi və Cənubi inzibati ərazi vahidliyinə) bölünür. == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə Kral (Druk Gyalpo "Dragon King") Butan hakimiyyətinin, onun qüdrətinin milli rəmzidir. Çox geniş səlahiyyətləri özündə 'ks etdirən Butan monarxiya institutu irsi sayılsa da, 65 yaşına çatdıqda Kral istefaya getməlidir. == Qanunvericilik hakimiyyəti == İkipalatalı Parlamentdən: 25 yerlik Milli Şuradan (Yuxarı Palataya 20 üzv Dzonqxaqlar üzrə vətəndaşlar tərəfindən seçilirlər, qalan 5 üzvü isə Kral təyin edir) və 47 yerlik Milli Assambleyadan (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə seçilirlər) ibarətdir. Yuxarı Palatanın üzvləri istisnasız olaraq ali təhsilli olmalı və heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. İllik dövlət büdcəsinin təsdiqi, qanunların dərc edilməsi, yüksək vəzifəli dövlət məmurlarının təyin və azad edilməsi, Krala (yenidən baxılması üçün qanun layihələrini Parlamentə qaytarmaq hüququna malikdir) məsləhətlərin verilməsi, dövlət başçısının razılığı ilə nazirlərin seçilməsi, mövcud qanunvericiliyə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə nəzarət edilməsi və s.
Butanın inzibati bölgüsü
Butan 4 dzonqdeyə (ing. dzongdey) bölünmüşdür, tərkibinə 20 dzonqxaq daxildir(dzonq-ke རྫོ་ཁག།, ing. dzongkhag). Hər dzonqxaq öz növbəsində qevoqlara (ing. gewog) bölünür, onlar isə dunqxaqlarla birləşir (ing. dungkhag). == Dzonqdey == 1988-ci ilə Butan dzonqxaqlar və dövlət arasında ara keçid yaratmaq üçün dörd dzonqdeylə birləşdi. == Dzonqxaq == Dzonqxaq (dzonq-ke རྫོ་ཁག། ing. Dzongkhag), dzonq-ke dilində birinci səviyyədə tabe olan Butanın inzibati-ərazi vahidi. Dzonqxaqlar qevoqlara (ing.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Keçmiş
Keçmiş — zamanın müəyyən bir nöqtəsindən əvvəl baş vermiş bütün hadisələrin məcmusudur . Keçmiş indiki və gələcək zamanla ziddiyyət təşkil edir, lakin onu müəyyən edir. Keçmişin konsepsiyası insan müşahidəçilərinin zamanı hiss etdiyi xətti modadan irəli gəlir, yaddaş və xatırlama vasitəsilə əldə edilir. Bundan əlavə, yazı dili yaranandan bəri insanlar keçmişi qeyd etmişdir. "Keçmiş" sözünün ilk məlum istifadəsi XIV əsrdə olmuşdur; o, "keçmək, keçib getmək" sözündən götürülmüşdür.
Keşdək
Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniŞ", "Hündürlüyüdur yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar. == Əhalisi == === Tanınmışları === Nağdəli Zamanov — həkim, tibb üzrə fəlsəfə doktoru. == Yaylaqlar == Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu. == Bulaqlar == Kərbəlayı Hüseyn bulağı, Ağ bulaq, Yanıq bulaq, Sifanqayıran bulaq, Bol bulaq, Daş bulaq, Zəhravurulan bulaq, Tamaşalı bulağı, Qaraqaya bulağı, Novçalı bulaq, Məşədi Xələfdə Baş bulaq.
Keştək
Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniŞ", "Hündürlüyüdur yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar. == Əhalisi == === Tanınmışları === Nağdəli Zamanov — həkim, tibb üzrə fəlsəfə doktoru. == Yaylaqlar == Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu. == Bulaqlar == Kərbəlayı Hüseyn bulağı, Ağ bulaq, Yanıq bulaq, Sifanqayıran bulaq, Bol bulaq, Daş bulaq, Zəhravurulan bulaq, Tamaşalı bulağı, Qaraqaya bulağı, Novçalı bulaq, Məşədi Xələfdə Baş bulaq.
Yanina
Yanina (Ιωάννινα ή Γιάννενα) — Yunanıstanın şimal-qərbində yerləşən şəhər. Dəniz səviyyəsindən 480 metr yüksəklikdə , Selanikdən 209 kilometr cənub-qərbdə və Afinadan 311 kilometr şimal-qərbdə, İoannina gölünün sahilindədir. Eyniadlı icmanın inzibati mərkəzi (dima), eyni adlı periferiya vahidi, Epirus ətrafı və Epirus və Qərbi Makedoniyanın mərkəzləşdirilməmiş rəhbərliyi. 2011-ci il əhalinin siyahıya alınmasına görə əhali 65.574 nəfərdir. Sahəsi 17.355 kvadrat kilometrdir. == Tarixi == === Orta əsrlər === Adı açıqlanmayan "möhkəmləndirilmiş polis" I Yustinian tərəfindən qədim Evria (Εύροια) sakinləri üçün inşa edilmiş , bəzi tədqiqatçılar Yanina ilə əlaqələndirirlər. Bu versiyanı təsdiqləyən heç bir arxeoloji tapıntı yoxdur. Yanina ilk qeyd yalnız 879-cu ildə , Nafpaktosun vikariya yeparxiyası ilə əlaqədardır. Anna Komnina heç bir izahat vermədən üç dəfə İoanninanın adını çəkdi. 1082-ci ildə şəhər müvəqqəti olaraq I Bohemondun rəhbərlik etdiyi Normanların hakimiyyəti altında idi.
Mariya Yanina
Mariya Yayna (d. 25 yanvar 1982) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya Yayna, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Yanina Dyaqutite
Yanina Dyaqutite (lit. Yanina Degutytė; 6 iyul 1928, Kaunas – 8 fevral 1990, Vilnüs) – Litva şairəsi, tərcüməçi, uşaqlar üçün şeirlər müəllifi. == Bioqrafiyası == Kaunasda, Nijnı Şantsda anadan olmuşdur. Valideynləri ilə birlikdə Kedanyay və Telşyayda bir neçə il yaşamışdır. Uşaqlıqdan bəri güclü olmayan sağlamlığı ilə seçilmişdir. 1948-ci ildə 7 saylı Kaunas gimnaziyasını bitirir. 1955-ci ildə Vilnüs Universitetinin litva dili və ədəbiyyatı üzrə təhsil aldığı tarix və filologiya fakültəsini bitirmişdir. Tauraqedəki uşaq kitabxanasında kitabxanaçı olaraq çalışır. Axşam məktəbində rus dilindən dərs deyir. Nemençində müəllim işləyir.
Yanina Sokolova
Yanina Sokolova (ukr. Соколова Яніна Михайлівна 6 mart 1984, Zaporojya) — Ukraynalı aktrisa, jurnalist və televiziya aparıcısı. Kanal 5-də «Randevu» və «Kino» verilişlərinin aparıcısı, həmçinin Youtube-da Axşam Yanina Sokolova kanalı ilə işləyir. == Həyatı və karyerası == === Təhsili === 28 nömrəli Zaporojya Gimnaziyasını bitirib. Zaporojya Milli Universitetində psixoloq kimi təhsil alıb. I.K. Karpenko-Karoqo adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində teatr və kino aktyoru kimi təhsil almışdır. === Karyerasının başlanğıcı === Karyerasına mətbuatda başlamışdır. Zaporojyanın "Telesiti" nəşriyyatında işləmişdir. 2000-ci ildə "Zaporojya seç" qəzetinin müxbiri kimi çalışmışdır. 18 yaşında Zaporojyanın TV5 kanalında təlim keçir.
Yanina Oxoyskaya
Yanina Mariya Oxoyskaya-Okonska (12 mart 1955, Qdansk) — Polşa ictimai xadimi, Polşa Humanitar aksiyasının prezidenti, astronom, siyasətçi. == Həyatı == Yanina Zabjedəki 1-ci Ümumtəhsil Liseyini bitirib. O, Torundakı Nikolay Kopernik Universitetini bitirmiş, 1984-cü ilə qədər Polşa Elmlər Akademiyasının Astrofizika İnstitutunda (Torundakı Nikolay Kopernik Astronomiya Mərkəzi) çalışmışdır. Torundakı Cizvit Akademiyasında pastorluq fəaliyyəti ilə də məşğul olub. Torundakı Cizvit Akademiyasında pastorluq fəaliyyəti ilə də məşğul olub. O, Həmrəylik hərəkatının üzvü olub, hərbi vəziyyət dövründə samizdatda işləyib və hakimiyyət orqanlarının fəaliyyətindən zərər çəkən insanlara kömək edib.Yanina poliomielit diaqnozlu əlil uşaq olub. Əlil Uşaqlar İnstitutunda müalicə olunan Yaninanın həkimi Lex Veruş idi. 1984-cü ildə əməliyyat üçün Fransaya aparıldıqdan sonra burada o, humanitar yardım ideyası ilə tanış olur. EquiLibre Fondunda könüllü olmağa başlayan Yanina Polşa vətəndaşlarına humanitar yardım göstərmək üçün əlaqələr qurur. 1992-ci ildən Yuqoslaviyadakı müharibə qurbanlarına humanitar yardımın çatdırılmasını təşkil edir və 1994-cü ildən Polşa Humanitar aksiyasını təsis edərək onun prezidenti olur.1996-cı ildən Tygodnik Powszechnydən olan jurnalist Mixal Okonski ilə evlidir.