PƏL

I
(Dərbənd, İsmayıllı, Quba, Şamaxı)
kəvər, göy soğana oxşayan yabanı bitki adı. – Bu yil meşədə pəl çux ulub (Quba); – Pəldən uladu yəxşi çüdü (Dərbənd); – Nənəm bu yün pəl qutabı bişirib (İsmayıllı); – Bazarda pəlün dəsdəsi iki şahıyadı (Şamaxı)
II
(Şamaxı)
çilink (çilingağac oyununda). – O, pəli bir bıra at!
Pəl vurmax (Ağdam, Borçalı, Cəbrayıl, İsmayıllı, Qazax) – mane olmaq. – Sən həməşə bizim işimizə pəl vurursaη (Ağdam). Pəl qatmax (Gəncə) – b a x pəl vurmax. – Niyə işə pəl qatırsan? Pəl qurmax (Borçalı) – b a x pəl vurmax. – Əli mə:m işimə pəl qurdu. Pəl çəkmək (Şamaxı) – dəzgahın oxuna parça sarımaq. – Pəlini çək, sonra işlə
PƏKƏHKƏN
PƏLAĞIZ
OBASTAN VİKİ
Dəmir yolu pələngləri (film, 2016)
Dəmir yolu pələngləri (ing. Raiload Tigers, çin. 铁道飞虎) — baş rolda Ceki Çanın oynadığı, Dinq Şenin rejissorluğu ilə çəkilən Çin-komediya filmi. Filmin Çində premyerası 23 dekabr 2016-cı ildə baş tutdu. Bu, İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Çinin işğalına müqavimət göstərən azadlıq döyüşçüləri komandasına rəhbərlik edən bir dəmiryol işçisindən — Ma Yuandan bəhs edən bir filmdir. == Məzmun == 1941-ci ilin dekabrında Yaponiya qonşu ölkələrin işğalını Cənub-Şərqi Asiyaya genişləndirir. Tianjin-dən Şərqi Çinin Nanjing şəhərinə gedən dəmir yolu Yapon əsgərləri tərəfindən ciddi şəkildə qorunan əsas hərbi nəqliyyat marşrutudur. Dəmiryol işçisi Ma Yuan (Ceki Çan) azadlıq döyüşçülərindən ibarət komandaya rəhbərlik edir. Qatar şəbəkəsi ilə bağlı dərin biliklərindən istifadə edərək, o və adamları bu təxribata əl ataraq, yapon əsgərlərinə pusqu quraraq aclıqdan çinliləri qidalandırmaq üçün təchizat oğurlayır. Azadlıq döyüşçülərinin öz silahları olmasa da, əllərində olan hər hansı bir vasitə, o cümlədən çəkic və kürəklər, boş dəmiryol izləri taxtaları və yönləndirilmiş qatarlar istifadə edirlər.
Hind-Çin pələngi
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Kağız pələng
Kağız pələng (Çincə: 紙老虎; zhilaohu) — güclü görsənən, əslində isə zərərsiz olan obyektləri təsvir etmək üçün istifadə olunan Çin dilində ifadədir. Bu ifadə təhdid kimi görünən lakin özlüyündə zəif olan şeyləri təsvir etmək kimi işlədilir. Çin lideri Mao Tszedun ABŞ və onun təmsil etdiyi imperializmini eyni zamanda bütün qərb blokunu bu ifadə ilə eyniləşdirmişdi.
Malay pələngi
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Musa pələngi basar dərəsi nekropolu
Musa pələngi basar dərəsi nekropolu —Еl аrаsındа Musа аdlı bir gəncin igidliyi bаrədə mаrаqlı bir rəvаyət dоlаşır. Əhvаlаt Ахurаçаyın yuхаrı ахаrındа hər tərəfdən qаyаlıqlаrlа əhаtələnmiş dаrısqаl bir dərədə bаş vеrmişdir. Pələnglə əlbəyаха оlmuş Musа оnu bоğub öldürmüş və Ахurа kəndinə dоğru qаçmışdır. Yоldа bеlindəki şаlın bir ucu аçılаrаq tоz-dumаn qаldırmış və hələ həddi buluğа çаtmаmış gənc Musа vаhimələnərək həlаk оlmuşdur. Nеkrоpоl dərədən bir qədər kənаrdа оlаn təpəlikdə yеrləşir. Nеkrоpоl müsəlmаn qəbirlərindən ibаrətdir. Qəbirlər qərb-şərq istiqаmətindədir. Nеkrоpоl təхminən 13-17 əsrlərə аiddir.
Oturan pələng, gizlənən əjdaha (film, 2000)
Oturan pələng, gizlənən əjdaha (çincə: 臥虎藏龍, pinyin: Wò Hǔ Cáng Lóng, ing. Crouching Tiger, Hidden Dragon) — 2000-ci ildə istehsal edilmiş filmdir. Bu film Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 4 mükafat və 6 nominasiyaya layiq görülmüşdür. Film Vanq Dulu (1909-1977) adlı çin yazıçısının "Dəmir-Durna Seriyaları" (ing. The Crane-Iron Series) adlı əsəri əsasında hazırlanmışdır. Filmdəki hadisələr Tzin sülaləsinin dövründə baş verir. Döyüşçü Li Mu Bay "Yaşıl tale" adlı sehrli qılıncını dostuna verərək, dərin meditasiya düşüncəsinə gedir. Bu müddətdə qılınc naməlum oğrular tərəfindən oğurlanılır. Li Mu Bay bu qılıncı tapmaq üçün yollanır və müxtəlif macəralarla qarşılaşır... "Oturan pələng, gizlənən əjdaha (saundtrek)" — 2000-ci ildə "Sony Classical" səsyazma firması tərəfindən istehsal edilmişdir.
Pəlikəş
Pəlikəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad pəli Azərbaycan dilindəki pələng sözünün talışca tələffüz forması və keş (kəs) "iki yamac arasındakı dərədən axan kiçik çay" sözlərindən ibarətdir. 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır. Rəşad Eyvazov (2002–2020). Tarif Cəfərzadə (2002–2020).
Pəlikəş bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pəltək (film, 2015)
"Pəltək" (ing. Stutterer) — ssenari müəllifi və rejissoru Benjamin Kliri olan qısametrajlı dram filmi. Filmin prodüserləri Serena Armitaj və Şan Kristofer Oqilviyedir. Tənha həyat sürən mətbəəçi Qrinvud (Mettyu Nidem) bütün gücünü toplayıb danışığındakı qüsuru aradan qaldırmağa və eyni zamanda internetdə yazışdığı qızla sevgi münasibəti qurmağa çalışır. Mettyu Nidem — Qrinvud Karsen Xloya Pirri — Elli Parks Erik Riçard — Qrinvudun atası Sofi Ellerbi — avtobus dayanacağındakı qız Riçard Meyson — avtobus dayanacağındakı əsəbi oğlan Kelam Sivayer Sofi Kotton — qatardakı qız "Pəltək" filmi 2016-cı ildə 88-ci "Oskar" mükafatının təqdimetmə mərasimində Ən yaxşı qısametrajlı bədii filmə görə nominasiyasının qalibi olub. stuttererfilm.com — Pəltək rəsmi saytı Pəltək — Internet Movie Database saytında.
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
Pələkli
Pələkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin məlumatına görə, kənd vaxtilə çoxlu pələng olan və buna görə də Pələngli adlanan binə yerində salın­dığı üçün belə adlandırılmışdır. Oykonimi XIX əsrdə Qazax qəzasında yaşamış quşçu icmasının pələkli tirəsinin adı ilə də əlaqə­ləndirirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçayın sahilində, Şah­dağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. Həsən Ayvazov Cəlil oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Əliyev Faiq oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Vaqif Rəhimov adına Pələkli kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Pələng (hərbi birləşmə)
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Pələng (tank)
Panzerkampfwagen VI (“Zirehli müharibə vasitəsi VI”, ləqəb: Tiger və ya Tiger I), — İkinci dünya müharibəsində Üçüncü Reyx tərəfindən istehsal olunan ağır tank. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərinin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki öz zamanının yüksək səviyyədə texnologiyaları ilə təchiz edilmiş T-34 və KV-1 / 2,3 tanklarına qarşı çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 ədəd M4 Sherman tankının hücum edildiyi görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Tankın hərəkət mənzili 110–195 km arasında dəyişmişdir. Hal-hazırda bu tankdan cəmi bir ədədi Bovinqton tank muzeyində orijinal və işlək vəziyyətdədir.
Pələng II (tank)
Panzerkampfwagen VI Ausf. B (Pz. Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya müharibəsi dövründə ağır tank sinfində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182). Əvvəllər amerikalı əsgərlər "King Tiger", İngilislər "Royal Tiger" olaraq xitab edirdilər və Almanlar da "King Tiger" (mənası Kral Tiger, yəni Kral Pələng) sözünün Alman tərcüməsi olan Königstiger (Almanca'daki mənası: Benqal pələngi) adını istifadə etməyə başladılar. Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi.
Pələng Səlim (film, 1978)
"Pələng Səlim" filmi — Rejissor Coşiynin malayalam dilində və 1978-ci ildə çəkdiyi Hindistan filmi. Film Rejissor Coşiynin ilk ekran işidir.
Pələng cırmağı (film, 1991)
Pələng cırmağ (ing. Tiger Claws) — 1991-ci ildə döyüş janrında çəkilən filmdir. Filmin büdcəsi qiymətləndirməylə 2,500,000 Kanada dollarıdır. Bu büdcənin qoyulmasında Calal Merhinin böyük rolu vardır. Filmin bir çox səhnələri "Shapiro-Glickenhaus Entertainment" şirkətinin büdcə problemi səbəbindən ayrı-ayrılıqda 3 aya çəkilmişdir. Bir çox döyüş ustalarını qəddarlıqla öldürən qatil axtarışdadır. Onun axtarış işi Linda Mastersona həvalə edilir. Onun köməkçisi isə Terek Riçardsdır. Terek bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılmış və bu vəzifəni geri qaytarmaq üçün yeni vəzifəsinin üstəsindən gəlməlidir. Onlar naməlum səbəbdən öldürülmüş döyüş ustalarının bədənlərində pələng cırmağına bənzər izləri müşahidə edirlər.
Pələng dərili cəngavər
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Pələng dərili cəngavər (dəqiqləşdirmə)
Pələng dərili cəngavər - Şota Rustavelinin XII əsrdə tatar-bulqar yazılı eposunun (IX əsr) əsasında yazdığı epik poema. Pələng dərili cəngavər (balet) - Aleksi Maçavarianinin eyniadlı əsər əsasında yazdığı balet.
Pələng dərisi geymiş pəhləvan
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Pələng iqtisadiyyatı
Pələng iqtisadiyyatı (ing. Tiger economy) — yaşayış standartların artması ilə ölkə iqtisadiyyatının sürətli inkişafı. Bu termin ilk dəfə Cənubi Koreya, Sinqapur, Honkonq və Tayvan üçün istifadə edilmişdir (Dörd Asiya pələngi). Belə ki, pələng Asiya simvolikasında əhəmiyyətli sayılır. 1990-cı illərdə bu termin İrlandiya Respublikasına ("Kelt pələngi") tətbiq edilmişdir. Daha sonra Dubay, Rumıniya, Slovakiya və Baltik ölkələri pələng iqtisadiyyatını təkmilləşdirmişlər. 1960-cı illərdə Filippin, Şri Lanka və Myanma "Asiyanın Pələngi" iqtisadiyyatları kimi qəbul edilirdi, çünki hər üç ölkə yüksək inkişaf edirdi. Bununla belə, daxili problemlər hər üç ölkənin iqtisadiyyatının zəifləməsinə gətirib çıxardı.1990-cı illərdə və yenidən 2000-ci və 2010-cu illərdə qısamüddətli tənəzzüldən sonra İsrailin sürətli iqtisadi inkişafı ona pələng iqtisadiyyatı kimi şöhrət qazandırdı və bir qəzetdə "İbrani pələngi" termini adlandırıldı.Banqladeş, Dörd Asiya Pələnginin 1960–1990-cı illər arasında sənayeləşmə yolu ilə bir çox oxşarlıqlar daşıyan yüksək iqtisadi artımı və sənayeləşməsi səbəbindən son illərdə yeni yaranan "Asiya pələngi" kimi təsvir edilmişdir. Digər pələng iqtisadiyyatı Ermənistanın iqtisadiyyatıdır. Ermənistanın 2007–08-ci il maliyyə böhranına qədər göstərdiyi diqqətəlayiq, çox vaxt ikirəqəmli iqtisadi artıma görə o, Qafqaz pələngi kimi ortaya çıxdı.
Pələng köpək balığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Pələng köpəkbalığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Pələng pişikləri
Pələng pişiyi (lat. Leopardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Pələng sağdır (film,2017)
Pələng Sağdır-Əli Abbas Zəfər tərəfindən çəkilmiş antiterrorizm şüarında film.Baş qəhrəman Salman xandır. Salman Xan — Avinash "Tiger" #Sinq Ratore Katrina Kaif — Zoya Sinq Rathore Sajjad Delafrooz — İŞİD şeyxi Əbu Osman Pareş Rawal — Firdaus ,Tohbaan Angad Bedi — Namit Khanna Kumud Mishra — Rakesh Prajapati Girish Karnad — Senoy,kompüter hakeri Sal Yusuf — Əmir Əbu bəkr Bağdadi Pareş Pahuca — Azan Əkbər Neha Hinq — Mariya Qavi Çahal — Captain Abrar Anupriya Goenka — Poorna Kəşmir İrani — Pakistan əsilli tibb bacısı Sana Anant Vidhat Şarma — Karan Ivan Rodrigues — Hindistanın İraqdakı səfiri Siddhartha Basu — Hindistan XİN Ancana Om Kaşyap Danis Bhatt — Kapitan Javed Xalida Jan Turay — Pakistanlı tibb bacısı Tibb bacısı Naqma Nawab Şah — Pawan Zachary Coffin — Qari Casey Shannon — Sam Jacobs Najmeddin Al Hadad — Hakim Vibhoutee Sharma — Jiya Sartaaj Kakkar — Junior Jineet Rath — Suriya əsilli Həsən Nimash Dulantha Əvvəlki film hadisələrindən 8 il sonra Tiger və Zoya həm RAW, həm də İŞİD-in gözü qarşısında uzaq bir yerdə, dinc bir həyat sürür. Rəsmi agentliklərinin sənədlərində ölü elan edilmiş Tiger və Zoya, indi evlidirlər və Junior adlı bir oğlu var. Dünya, Tiger və Zoya'nın sonuncusunu təhlükə güclü, hələ naməlum bir düşmən şəklində vurarkən həyatlarını xaosa ataraq gördüklərinə inanır. İraqdakı qaranlıq bir gecədə bir Amerikalı jurnalist, bəzi ISC mühafizəçiləri tərəfindən öldürülməzdən əvvəl CIA-ya xəbərdarlıq mesajı yazır. İkritdə mitinq keçirərkən İSC lideri Əbu Usman İraq Ordusu tərəfindən qolundan vurularaq şəhər xəstəxanasına aparılır. Əbu Usman Hindistan və Pakistan tibb bacılarını girov saxlayır və xəstəxananı öz bazası halına gətirir. ABŞ ordusu Usmanı öldürmək üçün şəhərə hava zərbəsi endirməyə qərar verir. Hindistan tibb bacısı Maria, Bağdaddakı Hindistan səfirliyinə Hindistanın İraqdakı səfirinə zəng edərək hadisə barədə məlumat verdi. CIA, RAW sədri Shenoya tibb bacılarını xilas etmək üçün yeddi gün vaxt verir, bundan sonra hava hücumunu keçirəcəklər.

Значение слова в других словарях