PƏNCƏ-PƏNCƏ

sif. Üzərində pəncə şəklində gülləri, naxışları olan. Pəncə-pəncə parça.
– Bir də görərdin ki, dövlətli qadın pəncəpəncə donunu geydi. H.Sarabski.

◊ Pəncə-pəncəyə gəlmək – bax pəncələşmək. Ölümlə pəncə-pəncəyə gəlmək.
– Buludlar gəldikcə pəncə-pəncəyə; Sanasan varlığın ürəyi əsir. S.Vurğun.

PƏNCƏ
PƏNCƏKEŞ
OBASTAN VİKİ
Üç pəncə
Üç pəncə — iki hissəli yallı rəqsi. Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında "üç pəncə" yallısını qurur. "Üç pəncə" rəqsinə sonralar "Axsaq yallı" adını da vermişlər. Bəzi bölgələrdə yallı "Çolağı" adı ilə də tanınır. Bu yallı həm Naxçıvanda (Şərur rayonu və ətraf kəndlər), həm də İrəvan bölgəsində maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs sakit və yeyin hissələrdən ibarətdir.
Yastı pəncə
Yastı pəncə (ing. pes planus) – pəncə tağının müxtəlif dərəcədə çökməsi və ya olmaması nəticəsində pəncənin döşəmə səthinə bütünlüklə toxunmasıdır. Dərəcəsindən asılı olaraq ağrı bədənin müxtəlif nahiyələrində olur.
Əhmədabad-i Pəncə (Qürvə)
Əhmədabad-i Pəncə (fars. احمد آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (47 ailə). Əhalisini kürdlər təşkil edir.
Müşir Aba-ye Pəncə (Qürvə)
Müşir Aba-ye Pəncə (fars. مشير آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Qara Bulaq-i Pəncə (Qürvə)
Qara Bulaq-i Pəncə (fars. قره بلاغ پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 539 nəfər yaşayır (114 ailə). Əhalisini kürdlər təşkil edir.
Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
Filmdə ayı balasının başına gələn əyləncəli sərgüzəştlərdən bəhs olunur. Ssenari Müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Operator: Əlihüseyn Hüseynov Rəssam: N.Ağayeva, A.Quliyev Operator assistenti: Ramiz Ağayev Assistent: Elçin Axundov, L.Uznadze Cizgi rəssamı: Sergey Dyojkin, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Bəstəkar: Adil Bəbirov Mahnıların mətni: Kamal Aslanov Səs operatoru: Akif Nuriyev Montaj edən: A.Vəliyeva Redaktor: Ədhəm Qulubəyov Direktor: Aydın Abdullayev Məmmədrza Şeyxzamanov — bayquş (titrlərdə yoxdur) Ayı balası: Ana, ayağım əyridi bəyəm. Ana ayı: Əyri niyə? Ayı balası: Əyri pəncəyəm ki, mən. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Значение слова в других словарях