Pafos qəsri
Pafos qəsri ― Kiprdə, Pafos limanının kənarında yerləşən qəsr.
Orijinal Bizans qəsri qərbdə Saranta Kolones qəsrindən 600 metr qərbdə yerləşirdi və 1222-ci ildə baş verən zəlzələ nəticəsində tamamilə dağılmışdır.
İndiki qəsr limanı qorumaq üçün XIII əsrdə Kipr kralları tərəfindən tikilmiş iki qüllədən biri idi. Şərq liman qülləsi 1491-ci il zəlzələsi nəticəsində dağılsa da, dağıntıları liman divarı boyunca hələ də görülə bilər.
16-cı əsrin ortalarında liman qəsri Venesiya Respublikası tərəfindən dağıdıldı. 1592-ci ildə Osmanlılar adanı tutduqdan sonra onu bərpa etdi və möhkəmləndirdi. Qəsrin girişindəki ağ mərmər lövhə (150 × 40 sm), Kiprin Türk komandiri Əhməd Paşa (1589-1593) tərəfindən 1592-ci ildə yenidən qurulmasına işarə edir.
1878-ci ildə Pafos qəsrinin hərbi məqsədlər üçün istifadəsi dayandırıldı və ingilis dövründə duz anbarı olaraq istifadə edildi. Qəsr 1953-cü il zəlzələsində zərər gördü və təmir işləri 1969-cu ilə qədər tamamlandı. Pafos qəsri 21 iyul 1974-cü ildə Türk hava və dəniz qüvvələri tərəfindən Pafos limanının bombardmanı zamanı da zərər görsə də, ciddi ziyan görməmişdi.