1. Palçıq basmış, palçıqla örtülü. Palçıqlı yer. Palçıqlı səki.
– Polad asfaltlı küçədən çıxıb, palçıqlı bir döngəyə girdi.
Qabaqda sürüşkən və palçıqlı kənd yolu görünürdü.
2. Palçığa batmış, palçığa bulanmış. Palçıqlı ayaqqabı. Palçıqlı maşın.
– …Biçarə qardaşlarımız bir əldə süfrə və bir əlində palçıqlı başmaqları, süfrəni yerə döşüyüb başlayırlar küftə yeməyə.
[Rüstəm] çox gec, üst-başı palçıqlı və yorğun-arğın halda evə qayıtdı.
// Bulanıq, lehməli. Palçıqlı su.