Liza parsia
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır.
D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır.
Qızılı kefal sırf dəniz balığıdır.