PAREMİYA
PARSA
OBASTAN VİKİ
Kənan Pars
Kənan Pars (əsl adı: Kirkor Cezveciyan) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Kənan Pars 1920-ci il martın 10-də İstanbulda anadan olub. Aktyor 2008-ci il ildə anadan olduğu gündə də vəfat edib. == Fəaliyyəti == 1953-cü ildən aktyor karyerasına başlayan Kənan Pars 50 il davam edən kino karyerasında 500-ə yaxın filmdə yer alıb. Bu göstəriciyə görə o, ən məhsuldar türk aktyorları içərisində ön sıralarda qərar tutub. Oynadığı çoxsaylı filmlərlə yanaşı Kənan Pars 6 filmə rejissorluq edib. 1961-1966-cı illər ərzində çəkilən “Oğlum”, “Derdimden anlayan yok”, “Cinayet gecesi” və “Aklin Durur” daha çox detektiv janrına yaxın idi. Filmlərin tamaşaçılar arasında uğur qazanmaması onu rejissorluqdan soyumasına səbəb olur. Mavi ekranda sərt xarakterli cani rollarını mahir yaradan aktyor bundan əlavə teatr tamaşalarında da rol alırdı.
Pars Muzeyi
Pars Muzeyi (fars. موزه پارس‎) — İranın Fars əyalətində yerləşən Şiraz şəhərindəki muzeydir. Muzey Nazar Bağında yerləşmişdir.р Səkkizbucaqlı bina Kərim xan Zəndin keçmiş sarayının yerində tikilmişdir. Bina Zəndlər sülaləsinin idarəsi zamanı xanların əhalini qəbul etmək üçün yer olmuşdur. Həmçinin binada o zamanlar rəsmi mərasimlər də keçirilirdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Saray həmçinin Kərim xan Zəndin dəfn olunduğu yerdir. == Nəzər bağı == Səfəvilər (1501–1722) sülaləsinin idarəsi zamanı Nəzər bağı Şirazın ən böyük bağlarından biri hesab olunurdu. Zənd sülaləsinin nümayənsəsi Kərim xan Zəndin (1750–1794) dövründə bağın ərazisində səkkizbucaqlı saray tikilmişdir. Həmin saray Fəranci Dairəsi adını almışdır.
Pars robot
“Pars Robot” PUA-sı 2013-cü ildə İranın RTS laboratoriyasının aerokosmik mütəxəssisləri tərəfindən hazırlanan mülki xilasetmə dronudur. Pilotsuz vasitə dizaynı baxımından bu sinfin adi kopterlərindən o qədər də fərqlənmir, lakin ölçüsü baxımından bu cihaz daha böyükdür və tamamilə fərqli məqsədlərlə istifadə olunur. Müasir kopterlərin əksəriyyəti aerofotoqrafiya, müəyyən perimetrdə təhlükəsizliyi təmin etmək və sosial ticari xarakterli videolar çəkmək üçün istifadə edilsə də, bu pilotsuz uçan aparatın əsas təyinatı boğulan insanların xilas edilməsində bir vasitə kimi istifadəsindən ibarətdir. Pilotsuz aparat boğulan insanları xilas etmək üçün standart vasitələrlə, məsələn insanın suyun səthində qalmasına imkan verən xilasetmə qurğuları ilə təchiz olunur. Xilasedici suda bir nəfərin boğulmağa başladığını gördükdə, insandan dörd dəfə daha sürətli hərəkət edə bilən pilotsuz vasitə ilə həmin əraziyə yola düşür. Buna görə də yardım göstərmək ehtimalı dəfələrlə artır. Boğulan bir adamın göründüyü yerə gəldikdən sonra “Pars Robot” pilotsuz uçuş aparatı xilasedici dairə və ya başqa bir vasitə ilə insanı suyun üzərində havada saxlayır, sonra isə fəaliyyət proqramına uyğun olaraq dislokasiya nöqtəsinə qayıdır. == Tarixi == Robotun bir prototipi 2013-cü ilin avqust ayında Xəzər dənizində sınaqdan keçirildi. Yeddi günlük müddətdə robotun fərqli cəhətləri uğurla sınaqdan keçirildi. Robotla xilasedici arasında bir yarışma edildiyi zaman robotun səmərəliliyi daha yaxşı idi, robotun çimərlikdən 75 metr məsafədə olan bir köməyə ehtiyacı olan insana 22 saniyədə bir xilasetmə borusu verdiyi, xilasedicinin isə köməyə ehtiyacı olan insana yaxınlaşması 90 saniyə sonra olmuşdur.
FNSS Pars
Adını gücün nümayəndəsi kimi götürülən Anadolu bəbirindən götürən mərkəzi Ankarada yerləşən FNSS AŞ istehsalı olan taktiki təkərli zirehli döyüş maşınıdır. Hazırda satınalmaları Türk Ordusunun gündəmindədir və onların fiziki ömürlərini başa çatdırmış BTR-60 və BTR-80-ləri əvəz etməsi planlaşdırılır. Boş çəkisi 16 t (8×8), yanacaq həcmi 5t (6×6), 8.3 t (8×8), əməliyyat mənzili 1000 km, maksimum sürəti quruda 100 km, suda 10 km təşkil edir.
II Parsman
II Cəsur Farsman (gürc. ფარსმან II ქველი) — İberiyanın Farnavazianlar sülaləsindən olan hökmdarı, Roma imperatoru Adrianın müasiridir. Professor Kiril Tumanovun axtarışlarına görə Parsman 117-138-ci illər arasındakı dövrdə hökmranlıq etmişdir.
I Parsman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Li Enn Parsli
Li Enn Parsli (12 iyun 1968) — Birləşmiş Ştatları təmsil edən skeletonçu. Lea Ann Parsley, Birləşmiş Ştatları 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Li Enn Parsli 2002-ci ildə Birləşmiş Ştatlar yığmasının heyətində elə Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Lea Ann Parsley, 1-ci gedişdə 52.27 saniyə, 2-ci gedişdə isə 52.94 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 2-ci yeri tutaraq gümüş medalla başa vurdu.
Liza parsia
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. == Morfoloji əlamətləri == D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Qızılı kefal sırf dəniz balığıdır.
Mərkəzi bəxşi (Parsabad)
Parsabad mərkəzi bəxşi (Farsca: بخش مرکزی شهرستان پارس‌آباد‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşın 2006-cı il əhali sayımına görə əhalisi 122,923 nəfər və 26,307 evdir.
Parsaabad
Parsabad və ya Parsa Abad (farslaşdırılmazdan öncəki tarixi adı Qoçkəndi, bəzi qaynaqlarda həmçinin Muğanşəhr kimi də qeyd olunub) — İranın Ərdəbil ostanında şəhər, Parsabad şəhristanının inzibati mərkəzi. Şəhər İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhədində yerləşir, Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan və Füzuli rayonlarına yaxın məsafədə yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 93,387 nəfər yaşayır (26,505 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == Coğrafiya == Araz çayı bu şəhərin yaxınlığından axır.
Parsaabad şəhristanı
Parsabad şəhristanı — Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Parsabad (Qoçkəndi) şəhəridir. Şəhristan Azərbaycan Respublikasının Beyləqan, Biləsuvar, Füzuli və İmişli rayonları ilə həmsərhəddir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 164,576 nəfər və 34,456 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Parsabad

Parsabad mərkəzi bəxşi
Parsabad mərkəzi bəxşi (Farsca: بخش مرکزی شهرستان پارس‌آباد‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşın 2006-cı il əhali sayımına görə əhalisi 122,923 nəfər və 26,307 evdir.
Parsabad şəhristanı
Parsabad şəhristanı — Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Parsabad (Qoçkəndi) şəhəridir. Şəhristan Azərbaycan Respublikasının Beyləqan, Biləsuvar, Füzuli və İmişli rayonları ilə həmsərhəddir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 164,576 nəfər və 34,456 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Parsabad şəhəri
Parsabad və ya Parsa Abad (farslaşdırılmazdan öncəki tarixi adı Qoçkəndi, bəzi qaynaqlarda həmçinin Muğanşəhr kimi də qeyd olunub) — İranın Ərdəbil ostanında şəhər, Parsabad şəhristanının inzibati mərkəzi. Şəhər İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhədində yerləşir, Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan və Füzuli rayonlarına yaxın məsafədə yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 93,387 nəfər yaşayır (26,505 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == Coğrafiya == Araz çayı bu şəhərin yaxınlığından axır.
Parsbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Parsent
Parsent (isp. Parcent) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 11,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1085 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 85 km uzaqlıqda yerləşir.
Parsilər
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır. Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir. == Etimologiya == "Parsi" sözü "Pars sakini" mənasını bildirir. Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir. Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi. Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir. == Tarixi == VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi.
Parsiyan
Parsiyan və ya Qavbəndi — İranın Hörmüzgan ostanının şəhərlərindən və Parsiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,549 nəfər və 2,377 ailədən ibarət idi.
Parsiyan şəhristanı
Parsiyan şəhristanı və Qavbəndi şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Parsiyan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,369 nəfər və 7,972 ailədən ibarət idi.
Parslar
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır. Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir. == Etimologiya == "Parsi" sözü "Pars sakini" mənasını bildirir. Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir. Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi. Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir. == Tarixi == VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi.
Parsond
Parsond (Franrasyadan Parsvant və ya Frasvant qısa forması) və ya Fersond — Ktesinin fikrincə, fars mənşəli midiyalı olan kadusilərin hökmdarı. Parsond Zərdüştün bütün hikmətlərini bilən və öyrədən müqəddəs və sərt bir insan idi. == Adı == Parsondun adı, ehtimal ki, Namri dağları arasında, Ekbatana gedən yolda yerləşən mühüm Parsinda şəhərindən gəlir. Başqa bir versiyaya görə, Parsond Persey adının Dorian formasıdır. == Əfrasiab ilə müqaisə == Ernst Hertzfeld hesab edirdi ki, Parsond adı etimoloji cəhətdən Əfrasiabın (Avest. Fraŋrasyan) adı ilə eynidir. Təbəri öz əsərlərində eftalit şahı Axşunvar və ya Axşunvaz adı ilə törəmə Əfrasiab/Aspandiatdan bəhs edir. Atropatenanın Qazaka şəhərinin turanlı Əfrasiyab tərəfindən salındığı deyilir. Qazakanın yaranması ilə bağlı bu əfsanə Avestanın Yəştlərində təsdiqlənmiş və tez-tez təkrarlanan qədim İran ənənəsini əks etdirir. Sasani ədəbiyyatında, turanlı Franqrasiyan (Əfrasiyab) Çayçasta dərin gölün yaxınlığında Keyxosrovun əlindən ölür.
Parsua
Parsua, Parşuaş və ya Parsumaş — e.ə. 860–600-cü illərdə Urmiya gölü yaxınlığında, Zamua (əvvəllər Lullubi) ilə Ellipi çarlıqları arasında, Zaqros dağlarının mərkəzində, Sənəndəcin cənub-qərbində mövcud olmuş qədim çarlıq. Çarlığın adı qədim İran sözü olan "*Parsava" sözündən gəlir və mənasının sərhəd olduğu ehtimal olunur.
Parsumaş

Picea abies f. parsonsii
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.

Значение слова в других словарях