PARTİZAN

[fr.] 1. партизан (душмандин далу пата гуьгьуьллудаказ дяве тухудай халкьдин дестейрин иштиракчи); 2. партизандин; партизанрин.
PARTİYA
PARTİZANÇILIQ
OBASTAN VİKİ
Partizan
Partizan (it. partigiano — müəyyən sosial qrupun, partiyanın tərəfdarı) — düşmənin işğal etdiyi (və ya müxalif siyasi qüvvələrin nəzarəti altında olan) ərazidə partizan müharibəsi üsullarından istifadə etməklə silahlı mütəşəkkil partizan qüvvələrinin tərkibində könüllü olaraq öz ölkəsinin azadlığı və müstəqilliyi uğrunda silahlı mübarizəyə rəhbərlik edən şəxs, partizan dəstəsi. Bu termin müqavimət hərəkətlərinin sahə elementinə şamil edilə bilər. Bir neçə dildə ən çox yayılmış müasir istifadə İkinci Dünya müharibəsi zamanı, xüsusən də Yuqoslaviya partizan lideri İosip Broz Titonun rəhbərliyi altında işğala qarşı müqavimət döyüşçülərinə aiddir. Burda yerli əhalinin dəstəyi müəyyən edici amildir. Çünki, əks halda "partizan" sözü deyil, "quldurlar", "təxribat qrupları" və s. işlədilir. Bu birləşmələrin qeyri-rəsmi olması çox vaxt onunla bağlıdır ki, onların məqsədi hakimiyyət ölkəsində mövcud olan (siyasi və ya hərbi rejim) və ya düşmən ölkənin işğal rejimi ilə mübarizə aparmaqdır. Üstəlik, əsasən hərbi yolla, düşmən xəttinin arxasında partizan müharibəsi üsulları ilə — təxribat, terror, polis qüvvələri, nizami ordu, yerli idarəetmə orqanları ilə silahlı toqquşmalar və s. Burda əsas məqamlardan biri də ərazi boyu kamuflyajlı hərəkətdən istifadə edərək və üstün düşmən qüvvələri ilə cəbhədə toqquşmalardan yayınmaqla mübarizə üsuludur.
Partizan BK
Partizan - (alban dilində:Basketboll Klub Partizani Tirana) - Tirana şəhərini təmsil edən basketbol klubu. Albaniyanın ən nüfuzlu komandası. Hazırda ölkə basketbol çempionatının I liqasında çıxış edir. "Partizan" basketbol klubunun əsası 1946-cı ildə qoyulmuşdur. Klub Albaniyanın Müdafiə Nazirliyinin komandası kimi tanınırdı və ona görə klub digər komandalardan hərbi xidmətə oyunçu "çağırmaq" hüququna malikdir. "Partizan" 33 dəfə ölkə çempionatının qalibi olmuşdur, təkcə 1971/1972-ci il mövsümündən 1988/1989-cu il mövsümünədək ardıcıl olaraq 18 dəfə Albaniya çempionu olmuşdur.. Klub bir çox beynəlxalq turnirlərin iştirakçısı olmuşdur, "Partizan" üçün ən uğurlu nailiyyət 1979/1980-cı il mövsümündə Avropa çempionlar kubokunun turniri olmuşdur. Qrupda albanlar Yuqoslaviyanın "Partizan" klubundan cəmi 1 xal geri qalaraq həmin mövsümdə Avropanın 12 ən yaxşı basketbol klublarından biri olmuşdur..
Partizan FK
Partizan (Belqrad) — Serbiyanın futbol klubu. 33 dəfə Avropa kuboklarında iştirak edib.
Partizan marketinqi
Partizan marketinqi (ing. - Guerrilla marketing)— xırda şirkətlərin bazarda sabit vəziyyət qazanmaq üçün nəhəng rəqib şirkətə müntəzəm olaraq kiçik zərbələr vurmaq üçün istifadə etdikləri marketinq strategiyaları. Partizan marketinqi az büdcə ilə böyük təsiretmə və mənfəət gətirməsi ilə fərqlənir. Bütün növ mal və xidmətlər üçün yox, daha çox qeyri-adi məhsullar üçün nəzərdə tutulan və müsbət cavab vermə ehtimalı daha yüksək olan gənc istehlakçıları hədəf almaq üçün istifadə olunan partizan marketinqinin üstünlükləri aşağıdakılardır: Çox vaxt digər kampaniya üsulları ilə müqayisədə daha ucuzdur; Daha çox yaradıcılığa imkan verir; Ənənəvi marketinq kampaniyaları ilə müqayisədə daha geniş auditoriyaya çata bilir; Marketinq mütəxəssislərinin iş prosesi daha əyləncəli ola bilir.
Partizan müharibəsi
Partizan müharibəsi və ya Gerilla müharibəsi — hərbi qruplaşmaların yerli əhali arasında gizlənərək düşmənləriylə açıq və iri döyüşlərdən qaçmaqla apardığı müharibə.
Əks-partizan
Əks-partizan və ya Kontrgerilla — NATO tərkibindəki ölkələrdə sol təşkilatlanmağa, kommunist və marksist-leninist hərəkatına qarşı yaradılan CİA əlaqəli gizli Qladio təşkilatlanmalarının Türkiyədəki adı. NATO-un Xüsusi Hərb təlimnamələrinə görə, üzv ölkələrdə qurulan NATO vahidləri Türkiyədə 1952 ya da 1953-də əvvəl Səfərbərlik Tədqiq Təşkilatı adıyla təşkilatlanmış sonra doğrudan Baş qərargah rəisliyinə bağlı Xüsusi Hərb Dairəsi damı altında və bunun vətəndaş davamı olaraq fəaliyyət icra etmişdir. Bülənt Əcəvit 1974-də dövrün Baş qərargah Başçısı Semih Sancardan Xüsusi Hərb Dairəsinin varlığını öyrənmişdir. Türkiyədə 1980 çevrilişinin rəhbəri Baş qərargah rəisi Kənan Evrənin Türk əks-partizan "stay-behind" təşkilatlanmasının bir üzvü olduğu iddia edilir.Türkiyədə də "stay-behind" qruplardakı liderlərin qanuni vəzifələrdə olma üst-üstə düşməsi yaşanmışdır.
Azərbaycanlılar partizan hərəkatında
Azərbaycanlılar partizan hərəkatında — İkinci Dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsi. == SSRİ-də alman faşizminə qarşı partizan hərəkatının təşkili == SSRİ XKS və ÜİK(b)MK-nın 1941-ci il 29 iyun tarixli direktivlərində və ÜİK(b)MK-nın 1941-ci il 19 iyul tarixli "Alman ordularının arxasında mübarizənin təşkili haqqında" qərarında, bir sıra digər qərar və direktivlərində müvəqqəti işğal edilmiş rayonlarda düşmən və onun əlaltıları üçün dözülməz şərait yaratmaq, süvari və piyada partizan dəstələri təşkil etmək, işğalçılara qarşı bütün mübarizə formalarına rəhbərlik etmək üçün gizli partiya təşkilatları şəbəkəsi yaratmaq və genişləndirmək vəzifələri müəyyən olunmuşdu. Böyük Vətən müharibəsinin ilk aylarında sovet ordusunun bir sıra uğursuzluğu nəticəsində xeyli sovet döyüşçüsü düşmən tərəfindən əsir alınmışdı. Lakin dözülməz əzab və işgəncələr, təbliğat və təxribat onların böyük əksəriyyətinin iradəsini qıra bilməmiş, faşizmə qarşı mübarizədən çəkindirməmişdi. Mükəmməl hərbi təlim və təcrübəyə malik olan bu döyüşçülər əsir düşərgələrindən qaçaraq partizan dəstələrinə qoşulurdular. == Azərbaycanlı döyüşçülər partizan hərəkatında == Azərbaycan döyüşçüləri Pskov, Tula, Krasnodar, Kalinin və Rusiyanın başqa işğal olunmuş vilayətlərində gedən partizan hərəkatında da iştirak etmişlər. Kalinin vilayətindəki Liza Çaykina adına partizan briqadasının qərargah rəisi İsmayıl Əlibala oğlu Əliyevin rəhbərliyi altında 1942-ci ilin dekabrında partizanlar Çernoyarovo kəndində düşmən qarnizonunu darmadağın etmiş və satqınlardan təşkil edilmiş polis dəstəsini, xeyli hərbi sursat ələ keçirmişdi. Quduzlaşmış faşist komandanlığı 1943-cü ilin mart-aprel aylarında Kalinin partizanlarına divan tutmaqdan ötrü güclü cəza dəstələri ayırmışdı. Aprelin 16-dan 23-ə kimi İ.Əliyevin rəhbərliyi altında xalq intiqamçıları qeyri-bərabər döyüşə girmiş, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdilər. Lakin aprelin 23-də İ.Ə.Əliyev Kudeveri kəndi ətrafında düşmən mühasirəsini yarıb çıxarkən qəhrəmanlıqla həlak olmuşdu.
Məmməd Bağırov (partizan)
Məmməd Səməd oğlu Bağırov (2 oktyabr 1922, Basqal, Şamaxı qəzası – 9 oktyabr 1997, Bakı) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, Pistoya şəhərinin fəxri vətəndaşı (1978),"Ubaldo Fantaççi" partizan briqadasının üzvü Məmməd Səməd oğlu Bağırov 2 oktyabr 1920-ci il tarixində indiki İsmayıllı rayonunun Basqal kəndində sənətkar ailəsində anadan olmuşdur. Oxumağa Basqal məktəbində yeddinci sinfə qədər davam etmiş, orta təhsilini 1941-ci ildə Bakıda bitirmişdir. Məmməd Bağırov orta təhsilini başa vurduqdan sonra Gürcüstanın Telavi şəhərindəki artilleriya məktəbinə daxil olmuşdur. 1942-ci ildə buranı topçu ixtisası və leytenant hərbi rütbəsi almaqla bitirmiş, mart ayında isə cəbhəyə yola düşmüşdür. M. Bağırov Bakı Bədii məktəbində oxuyarkən orada Mehdi Hüseynzade ilə tanış olmuşdur. Məmməd Bağırovun İkinci Dünya müharibəsi zamanı döyüş yolu cənub-qərb cəbhəsindən, Xarkov vilayətindən başlamışdı. Burada 317-ci diviziyanın 773-cü artilleriya alayı tərkibində döyüşmüşdü. Bu zaman almanlar qələbədən ruhlanaraq çoxsaylı qüvvə ilə Sovet İttifaqının içərilərinə doğru hücumlarını davam etdirdilər. Onlar Lozevoy, Barvenko və başqa yaşayış məntəqələrini alanda Məmməd Bağırovun bölüyü düşmən mühasirəsinə düşür. Ciddi müqavimətə baxmayaraq Bağırov ağır yaralanaraq əsir düşür.
Məmməd Məmmədov (partizan)
Məmməd Xəlil oğlu Məmmədov (1923, Muğanlı, Zaqatala rayonu – 2003, Osterveyk[d], Şimali Brabant) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Niderland Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngəvər Titulu” almış qəhrəman, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı. Məmməd Məmmədov 1923-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş, müharibənin ilk günlərdə cəbhəyə göndərilmiş, 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafındakı döyüşlərdə almanlar tərəfindən əsir götürülmüş, 28 nəfər soydaşımızla birlikdə Niderlandın Osterveyk şəhərinə göndərilmişdir. Tezliklə Məmməd Məmmədov əsir düşərgəsindən qaçır və holland partizanlarına qoşularaq, göstərdiyi igidliklərə görə onlar arasında "Medo" ləqəbiylə əfsanələşir. Müharibə vaxtı o, bir neçə həmyerlisi ilə birlikdə Osterveyk meşələrində səngərlər qazıb, çox işlər görməyə məcbur olub. Niderlandın azadlığı uğrunda şimali Barbant meşələrində göstərdiyi igidliklərlə məşhurlaşmışdı. Müharibədən sonra Məmməd Məmmədov 1946-cı ildən başlayaraq uzun müddət “Wed” ayaqqabı fabrikində çalışır. O , 1956-cı ildə “Həmişə hazıram” (“Altijd paraat”) polis itlərinin təlimi ilə məşğul olan birliyi təsis edir. Bu təlim mərkəzi indiyədək fəaliyyətdədir və Osterveykin yaxınlığındakı meşədə yerləşir. Bu birliyin də təsis edilməsinin maraqlı tarixçəsi var. O vaxtlar ətrafdakı meşələrdə canavarlar çoxalmışdı və yerli əhali, əsasən qadın və uşaqlar qorxu içində yaşayırdılar.
Partizan Belqrad FK
Partizan (Belqrad) — Serbiyanın futbol klubu. 33 dəfə Avropa kuboklarında iştirak edib.
Partizan Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Əli Babayev (partizan)
Əli Baba oğlu Babayev — İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı. "Hərbi şücaətinə görə" gümüş medalı laureatı. Əli Baba oğlu Babayev 1910-cu ildə Naxçıvanda anadan olmuşdur. 1938-ci ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1940-cı ildə Sovet Ordusuna çağrılmışdır. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülmüşdür. 1943-cü ilin noyabrında Əli Babayev İtaliyanın şimalında yerləşən Udine şəhərindəki əsir düşərgəsindən bir qrup hərbi əsirlə, İtalyan kommunistlərinin köməyi ilə düşərgədən qaçmışdır. 25 mart 1944-cü ildən İtaliyan partizanlarına qoşulub, Pyetto (Piotto) ləqəbi ilə tanınmışdır. Sovet Ordusunun hərbi əsirlərindən ibarət Çapayev batalyonunu yaratmış və komandiri olmuşdur. Çapayev batalyonunda Əli Babayevdən başqa Oruc adlı azərbaycanlı da xidmət etmişdir.
Şanlı partizan (film, 1975)
"Vətən müharibəsi partizanına" medalı
"Vətən müharibəsi partizanına" medalı — SSRİ Ali Sovetinin 2 fevral 1943-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Belarusiya partizanları
Belarusiya partizanları (belar. Савецкі партызанскі рух у Беларусі) — 1941-1944-cü illərdə BSSR ərazilərini işğal etdikləri zaman nasist Almaniyasının qoşunlarına qarşı silahlı mübarizə aparan Sovet partizan hərəkatı. Partizan hərəkatının əsas təşkilatçıları kommunistlər, partiyasız aktivistlər, hərbi qulluqçular və Qırmızı Ordu komandirləri idi. Barbarossa əməliyyatının ilk günlərindən dərhal sonra Belarusiya kommunistləri müqavimət təşkil etməyə başladılar. Partizanların iddialarına görə, işğal zamanı görülən hərakatlar nəticəsində 500.000 alman öldürüldü. == Hərakatın səbəbləri == 1941-ci ilin iyununda Belarus torpaqlarında görünən nasist qoşunları qısa müddətdə BSSR-nin bütün ərazilərini ələ keçirdi. Alman komandanlığı dinc insanlara qarşı amansız bir kütləvi qırğın siyasəti yürütməyə başladı. Cəza əməliyyatları aparmaq məqsədi ilə dəstələr yaradıldı. Yəhudi və qaraçı millətlərinə mənsub şəxsləri müəyyən edən xüsusi Alman dəstələri də var idi. Bütün Yəhudilər (Belarusiyada daha çox idilər) və qaraçılar ya gettolara, ya da düşərgələrə köçdülər.
Partizani Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Partizanske
Pаrtizаnskе (slovak. Partizánske) — Slovakiyanın qərbində şəhər. Nitra və Nitritsa çaylarının qovuşduğu yerdə, Tribeç və Strajovske-Vrhi dağ massivlərinin yamacında yerləşir. Trençin bölgəsində yerləşir. Əhalisi 28 min nəfərdir. Partizanske cavan bir şəhərdir - əsası 1938-ci ildə, Bata ayaqqabı firmasının burada açılması ilə qoyulmuşdu. Bata firması öz zavodunu Şimovanı kəndinin yanında salmışdı və beləliklə Batyovanı yaşayış məntəqəsi yaranmışdı. 1948-ci ildə Batyovanı şəhər statusu almış, 1949-cu ildə isə, İkinci dünya müharibəsi dönəmində burada genişlənmiş partizan döyüşlərinin şərəfinə, şəhərin adını dəyişərək Partizanske qoymuşdular. Slovaklar – 97,62 % Çexlər – 0,69 % Qaraçılar – 1,32 %Macarlar – 0,28 % Polyaklar – 0,06 % Almanlar – 0,03 % digərlər roma-katolikləri – 73,88 % ateistlər – 18,07 % yevangelik kilsə v.d.
Səddamın Partizanları

Значение слова в других словарях