Tağıyev pasajı
Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi.
== Tarix ==
Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda inşa edilmişdir.
Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı.
"Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..."
Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir.
Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.