1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar. ( Ata. sözü ).
Teymur ağa təngə gəlib, bir əlilə yapışıb onun boynunun ardından, bir əlilə paçasından qaldırıb tullayır.
Bir qədər yol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu.
İdrisov oturduğu yerdə əllərini paçasının arasında qoşalaşdırdı.
// Baldır; ayağın dizdən aşağı hissəsi.
[Qız] iki-üç yaşlı, paçası açıq bir oğlan uşağının lap böyründə durmuşdu.
2. Qoyun, keçi və malın ayrıca satılan dizdən aşağı hissəsi (ayaq və baldırları).
// Bunlardan hazırlanan yemək.