PERPENDİKULYAR

[lat. perpendicularis-şaquli] перпендикуляр (са дуьз цӀарцӀихъ ва я ччинихъ галаз дуьз пӀипӀ арадал гъидай дуьз цӀар).
PERO
PERPENDİKULYARLIQ
OBASTAN VİKİ
Perpendikulyar
Perpendikulyar — həndəsədə iki düz xətt və ya iki müstəvinin (və ya bir düz xətt və bir müstəvi) kəsişdiyində əmələ gətirdikləri qonşu bucaqlar bir-birinə bərabərdirsə kəsişən fiqurlar perpendikulyar olaraq qəbul edilir. Perpendikulyarlıq simvolu ⊥ {\displaystyle \perp } -dır. Məsələn, A B ⊥ C D {\displaystyle AB\perp CD} AB düz xəttinin CD düz xəttinə perpendikulyar olduğunu göstərir. P nöqtəsindən AB düz xəttinə pərgar və xətkeşdən istifadə edərək perpendikulyar çəkmək üçün aşağıdakı mərhələlər tətbiq edilməlidir: 1 (qırmızı): AB düz xətti üzərində P-dən bərabər məsafədə A' və B' nöqtələrini müəyyən etmək üçün P mərkəzli bir çevrə qövsü cızın. 2 (yaşıl): İkisi də P nöqtəsindən keçən A' və B' mərkəzli iki çevrə qövsü daha cızın. Bu iki qövsün digər kəsişdiyi nöqtəni Q adlandıraq. 3 (mavi): P və Q nöqtələrini birləşdirən perpendikulyar PQ düz xəttini çəkin.
Üç perpendikulyar teoremi
Üç perpendikulyar teoremi - Evklid həndəsəsində belə bir teorem: "Müstəvi üzərində olan düz xətt mailin bu müstəvi üzərindəki proyeksiyasına perpendikulyardırsa, bu mailin özünə də perpendikulyardır. Tərsinə, müstəvi üzərindəki düz xətt mailə perpendikulyardırsa, mailin bu müstəvi üzərindəki proyeksiyasına da perpendikulyardır". Üç perpendikulyar teoreminin isbatı Nəsirəddin Tusinin "Tam dördbucaqlı haqqında traktat" əsərində verilmişdir. Ondan əvvəlki kitabların heç birində bu teorem haqqında məlumat yoxdur.

Значение слова в других словарях