PEYİN

I
сущ. навоз (перегнившая смесь помёта домашнего скота и подстилки, служащая для удобрения почвы). Peyinlə gübrələmək удобрять навозом, mal peyini навоз скота
II
прил. навозный. бот. Peyin göbələkləri навозные грибы, peyin bakteriyaları навозные бактерии, peyin şirəsi навозная жижа, peyin novu навозная канава, peyin iyi навозный запах; peyin anbarı навозохранилище
PEYĞƏMBƏRLİK
PEYİNBÖCƏYİ
OBASTAN VİKİ
Peyin
Peyin — Torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrədir. Bu gübrələr uzaq məsafələrə göndərilməyib yalnız istehsal olunduğu yerdə işlənildiyindən onlara yerli gübrələr də deyilir. Hazırkı intensiv əkinçilik sistemində peyin nəinki bitkilərin qidalanmasını yaxşılaşdırır, eyni zamanda o, torpaq əmələgəlmə prosesində münbitləşməyə təsir göstərən ən güclü ekoloji təmiz vasitədir == Tərkibi == Peyinin tərkibi bitkilərin qidalanması üçün lazım olan azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd kimi qiymətli elementlərlə zəngindir. Təzə peyində orta hesabla 75% su, 25% quru maddə, 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% əhəng, 0,15% maqnezium olur. Göstərilən elementlərin orta hesabla miqdarı mal-qaranın növündən, yemlənməsindən və peyinin saxlanmasından asılı olaraq dəyişə bilər.Ən çox nəmliyə malik peyin qaramaldan ifraz olunur. Bu peyində bitki üçün lazım olan qida maddələrinin faizi nisbətən azdır. At və qoyun peyinin tərkibində nəmlik faizi qaramal peyininə nisbətən az olur, qidalı maddə ilə zəngindir. Burada əsasən azot və kaliumun miqdarı 0,67% −0,89%-ə qədər çatır. Donuz peyini qaramal və ata görə orta səviyyədə durur. Peyinin zənginliyi qidalı elementlərin hansı formada olmasından da çox asılıdır.
Qarğıdalı (peyin) böcəyi
Qarğıdalı (peyin) böcəyi lat. Pentodon idiota Hrbst.-Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. == Quruluşu == Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Xarici görünüşünə görə adi peyin böcəklərini xatırladır. Başı bədədninə nisbətən çox da böyük olmayıb, qırışıqlıdır. Bığcıqları 20 buğumludur, nəhayəti üç qısa lövhə ilə bitir. Qabaq kürəkciyi qabarıqdır, irəli tərəfdən sıxılaraq nazilmişdir, kənarları girdədir. Qanad üstlüyü qabaq kürəkcikdən bir az enlidir və qarıncığın axırıncı buğumunu örtmür. Ön ayaq baldırlarının xarici tərəfində üç, daxili tərəfində isə bir tikancıq vardır. Böcəyin uzunluğu 15–25 mm-dir.
Quş peyini
Quş peyini — quşların ifrazatıdır, defekasiya zamanı ifrazat dəliyindən (kloaka) xaric olunur. Qiymətli, güclü təsir edən gübrə istehsalı üçün xam malıdır.

Digər lüğətlərdə

косма́тить невое́нный ни бо́же мой поноси́ться сеносу́шка хе́ппенинг шо́у-бизнесме́н штампо́вка акционе́рное общество открытого типа бог весть где ди́зель- калькули́роваться одножи́льный перегрыза́ние се́рдце взыграло сорок бо́чек арестантов encumbered estate exsiccata para-church rhapsodize rose-coloured вдувать западный матриархальный сличить