pişikquyruğu
pişpişi
OBASTAN VİKİ
Pişikotu
Pişikotu (lat. Valeriana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. 200-ə yaxın bioloji növü özündə cəmləşdirir. Latın dilində adı valere — "sağlam olmaq" sözündən götürülüb. Azərbaycanda 8 növünə rast gəlinir. Çoxillik ot bitkisi olub, hündürlüyü 2m-ə qədərdir . Kökümsovu qısa, şaquli, çoxsaylı əlavə kökləri olmaqla, uzunluğu 20sm-dir. Birinci il kökətrafı uzun yarpaqları çətir əmələ gətirir. İkinci il çiçəkəmələgətirən gövdə əmələ gətirir. Gövdəsi düzqalxan, sadə, yuxarı hissədən budaqlanan, içiboş, silindrik, şırımlı, çılpaq və ya aşağı hissəsi tükcüklüdür.
Bataqlıq pişikotu
Cökəyarpaq pişikotu
Cökəyarpaq pişikotu (lat. Valeriana tiliifolia) - pişikotu cinsinə aid bitki növü.
Dərman pişikotu
Dərman pişikotu (lat. Valeriana officinalis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü. Dərman pişikotu 60–120 sm hündürlükdə yerüstü gövdəsi olan çoxillik ot bitkisidir. Gödək şaquli istiqamətli kökümsova və çoxlu nazik ipvari saçaqlı köklərə malikdir. Gövdənin üzərində qarşı-qarşıya düzülmüş yarpaqları təklələkvaridir. May ayından başlayaraq avqusta kimi çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Kökümsovundan hazırlanan cövhərindən ürək fəaliyyətinin tənzimlənməsində istifadə və sakitləştirici vasitə kimi istifadə olunur Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur. Dünya farmasevtik sənayenin istehsal etdiyi əksər təbii sakitləşdirici vasitələrinin tərkibinə pişikotu daxil edilir. Pişikotu dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.
Kelt pişikotu
Kelt pişikotu (lat. Valeriana celtica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Parlaq pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Sarımsaqyarpaqlı pişikotu
Valeriana alliariifolia Adams Hündürlüyü 7–100 (200) sm, gövdəsi düz, möhkəm, çox şırımlı, içi boş, 5–7 ədəd düyünaraları vardır, lap aşağıdakılar qısalmış olan, hündür, çoxillik çılpaq bitkidir. Kökümsovu qalın və qısadır, qeyri-bərabər budaqlanmışdır. Yarpaqları gövdə üzərində (3) 5–7 (8) cüt olmaqla düzülmüş, kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, iridir, dəyirmi ürəkşəkillidir, qaidə hissəsi dərinürəkşəkillii və ya böyrəkşəkillidir, kənarları sivri dişcikləri olan oyuqlu-dişlidir və sivri və yaxud uc hissəsi sivriləşmişdir, sonrakılar daha qısa saplaq üzərində olub, tədricən azalandır, enli ürəkşəkilliyumurtaşəkillidir, daha sivriləşmişdir, yuxarıdakı yarpaq cütləri demək olar ki, oturaqdır. Çiçək qrupu iridir, qalxanvari olub, dixotomik budaqlanmış, bar verən zaman şaxələnəndir. Tac konusvari-qıfşəkillidir, ağ və ya çəhrayı rəngdədir. Meyvələrinin uzunluğu (3) 4–5 mm-dir, yastıdır, azacıq ürəkşəkilli əsası tədricən yuxarıya doğru daralmışdır, uzunsov və ya xətvariuzunsovdur, çılpaqdır; uçağanı 10–15 ədəd cod tüklərdən ibarətdir, meyvənin ölçüsünə bərabərdir. İyul-Avqust (İyul) Avqust-Sentyabr BQ qərb Şəki və Zaqatala r-n). Yuxarı meşə və subalp qurşaqlarında. Meşə talalarında və çəmənlərdə, rütubətli yerlərdə, çay sahilində, bulaqların yaxınlığında, qayalarda və tökməyerlərdə rast gəlinir.
Volqa pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Pişikotukimilər
Pişikotukimilər (lat. Valerianoideae) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki yarımfəsiləsi. Fəsiləyə 8 cins daxildir: Centranthus DC. Fedia Gaertn Nardostaxis (Nardostachys DC.) Patriniya (Patrinia Juss.) Plectritis (Lindl.) DC. Pişikotu (Valeriana L.) Valerianella Mill.

Значение слова в других словарях