Piyazbaşı

Piyazbaşı dağıNaxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ.

Piyazbaşı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2612,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Hündürlüyü 2612,9 metrdir. Zəngəzur silsiləsinin cənub-qərb yamacında – suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunda zirvədir. Düylünçayla Qaplançayın suayrıcında, Rumus kəndindən 2,75 km cənub-şərqdədir. Hündürlüyü 2612 m-dir. Günbəzvarı formadadır. Düylünçayla Vənəndçayın suayırıcısında, Anaqut kəndindən 2 km-dək qərbdədir. İqankitçayın mənbə hissəsində, Urmis kəndindən 3 km-dək cənubdadır. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub və şimal yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarından şimal-qərb istiqamətli fay qırılmaları keçir.[1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.