Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Məməli
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Qəzəli
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى ); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Arif Qəmərli
Arif Paşa oğlu Qəmərli (5 yanvar 1929, Gəncə, Gəncə qəzası) — Baytarlıq elmləri doktoru, professor. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professoru. == Həyatı == Qəmərli Arif Paşa oğlu 1929-cu il yanvarın 5-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1951-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və Moskva Dövlət Baytarlıq Dermatologiyası İnstitutu (Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariyası İnstitutu) nəzdində aspiranturaya göndərilib. 1955-ci ildə A.Qəmərli baytarlıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (Ümumrusiya Elmi-Tədqiqat Eksperimental Baytarlıq İnstitutu, Moskva). 1956-cı ildə A.Qəmərli SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlib və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilib. 1970-ci ildə A.Qəmərli doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə ona professor elmi adı verilib. == Təltif və mükafatları == Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısıdır. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957), “Rəşadətli əməyə görə” medalı (1970), “Sosializm yarışının qalibi” nişanı (1974) və başqa təltifləri var.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Kürdkəndi (Qəmərli)
Kürdkəndi — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Adı dəyişdirilərək Noraşen qoulmuşdur.
Mehrablı (Qəmərli)
Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır.
Muğanlı (Qəmərli)
Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd. == Tarixi == Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim türk mənşəli muğanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
Qafarlı (Qəmərli)
Qafarlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd. Gərni çayından axan arxın yanında yerləşirdi. 1918-ci ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Toponimi == Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qazaxların Qafarlı tayfası məskunlaşması nəticəsində yaranmışdır. Tayfanın adı isə mənşəcə xəzərlərin erkən orta əsrlərdə Kabar tayfasının adının danışıqda fonetik dəyişikliyə uğramış formasıdır. == Əhalisi == Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır.
Qamətli kamfilium
Elmi adı - Camphylium protensum (Brid.) Kindb. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Kritik təhlükə həddində olanlar" - CR B2b(ii, iii) c(ii). Azərbaycanın nadir mamır növüdür. == Qısa morfoloji təsviri == Yarpaq – gövdəli mamırdır. Gövdəsi düz, hörülmüş, sarımtıl-yaşıl rənglidir. Nazik gövdəli olub, asimmetrik budaqlı, 0,8 mm hündürlüyündə olan mamır növüdür. Yarpaqcıqları ürəkvari, şiş ucludur. Yarpaqcığın hüceyrəvi quruluşu kvadrat şəkilli, spor qutucuğu şabalıdı-sarı rəngli olub, 2 mm-dir. Qutucuğun qapaqcığı konusvari, iti ucludur. Sporlar yaz-yay aylarında yetişir və ölçüsü 10–14 mm-ə çatır.
Qaradağlı (Qəmərli)
Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır, ermənilər kəndə 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür. Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenə də dəyişdirilərək, Mrqavet qoyulmuşdur. (1935-ci ildən DZAXKAŞEN, 1967-ci ildən MRKAVAN) Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbda, Yerevan-Artaşat yolu üstündə azərbaycanlılar yaşamış kənd. == Əhalisi == Kənddə 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır.
Qaraqoyunlu (Qəmərli)
Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == Gərni çayının sağ tərəfində, Qəmərli qəsəbəsindən 8-10 km şimalda, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun kənarında yerləşən Qaraqoyunlu kəndidir. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsi nin Yolkəsən kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsinin Qaraqoyunlu kəndi kimi verilib, kəndin ikinci adının Yükkəsənçay olduğu göstərilib. Kənddə Veyis Məhəmməd oğlunun adına olan timardan dövlətin müxtəlif vergilər şəklində ildə 3 min ağça gəlir götürdüyü də həmin mənbədə qeyd olunub.İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilir. Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qəmərli (Başkeçid)
Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinin mərkəzidir. == Tarixi == Toponimin qədim Kimmer (Qamər/Qəmər) tayfalarının adı ilə əlaqəli olduğu ehtimal edilir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 7 km qərbdə, Başkeçid yaylasında yerləşir. Qəmərli kəndi dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir. == Əhalisi == Kənddə 1886-ci ildə 50 ailədə 304 nəfər, 1926-cı ildə 67 ailədə 406 nəfər azərbaycanlı yaşayırdı.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 713 nəfər (341 nəfəri kişilər, 372 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 852 nəfər əhali yaşayır. === Nəsillər === Ovçular: Mollalar: Novruzlar: Məşədialılar: Xıvlar: Sabellər: Becənlər: Oruclular Aşırlar Kalvalılar Hacılar (Nəsibağalar) Qarabağlılar Feyzi oğulları == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və burada 109 şagird təhsil alır.
Qəmərli (Gərnibasar)
Qəmərli, Artaşat — Ermənistan Respublikasının Ağrı vadisində, Gərnibasar mahalı ərazisində Qəmərli rayonunun mərkəzi, şəhər.
Qəmərli (Üçkilsə)
Qəmərli, Metsamor — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Gözlü Qəmərli olmuşdur. Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib «qəmər (kimmer) tayfasının yaşadığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904 - cü ildə 411 nəfər, 1914 - cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qəmərli rayonu
Qəmərli rayonu, Artaşat rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağrı vadisində, Gərnibasar mahalı ərazisində rayon. Mərkəzi Qəmərli şəhəridir. == Tarixi == Qəmərli rayonu 1930-cu il sentaybrın 9-da yaradılıb. 1945-ci il sentyabrın 4-nə qədər Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlanıb. Ərazisi 507 kv km-dir. Rayon mərkəzi respublika tabeli Qəmərli (dəyişdirilmiş adı Artaşat) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 29 km-dir. Rayonun sərhədlərindən Zəngi və Araz çayları axır. Qəmərli sözünün etimolji izahı /qam+ər+li/ bu sözün qədim türk mənşəyindən xəbər verir. Mütəxxəssislərin fikrincə qam sözü kiçik fonetik dəyişikliklərlə türk dillərində şəxs, tayfa və yer adlarında işlənir.
Sabunçu (Qəmərli)
Sabınçı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir. Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur. Toponim türk mənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur. == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Torpaqqala (Qəmərli)
Torpaqqala — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Topraxqala kimi qeyd edilir. == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. == Əhalisi == Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 246 nəfər, 1886-cı ildə 268 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 415 nəfər, 1914-cu ildə 456 nəfər, 1916-cı ildə 372 nəfər, 1918-ci ilin yanvarında 415 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949-cu ildə azərbaycanlılar köçürülmüşdür.
Yuva (Qəmərli)
Yuva — İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. İrəvan quberniayasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında çəkilir. == Tarixi == 1728-ci ildən mə’lumdur. Rayon mərkəzindən 3 km məsafədə, Gərni və Vedi çaylarından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1950-ci ildə kənd Şaumyan adlandırılmışdır. Səlcuq Oğuzlarının Yivə (Ivə) tayfasının adını əks etdirir. Azərbaycanda Evoğlu (Ağdam rayonu) (yə’ni "Yivə oğlu") kənd adı ilə mənşəcə eynidir. 1588-ci ilə aid mənbədə şimali Azərbaycanda Zəyəm nahiyəsində Yuvalı-Fəxralı (Temur Hasan da adlanırdı) elinin yaşadığı qeyd olunmuşdur == Toponimi == Toponim ivə//yıva oğuz tayfasının adı əsasında əmələ gəlmışdir. Etnotoponimdir.
Zakir Qəmərli
Zakir Qəmərli (Qəmərli Zakir Paşa oğlu; d. 12 oktyabr 1942. Kirovabad, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, professor (1995). B. N. Yeltsin adına Qırğızıstan‑Rusiya Slavyan Universitetinin onkologiya, şüa diaqnostikası və terapiya kafedrasının müdiri. == Həyatı == Qəmərli Zakir Paşa oğlu 1942-ci il oktyabrın 12-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1960-cı ildə həmin şəhərdə orta məktəbin rus bölməsini bitirib. 1961-ci ildə Qırğızıstan Dövlət Tibb İnstitutuna daxil olub, 1967-ci ildə ali məktəbi bitirib. Həmin ildən başlayaraq, Z. Qəmərlinin bütün fəaliyyəti Qırğızıstan onkologiya xidməti ilə ayrılmaz surətdə bağlıdır. O, 30 il Qırğızıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunda işləyib. Adi həkimlikdən başlayıb, sonra şöbə müdiri olub, əyani aspiranturada oxuyub (1971–1974), institutun elmi katibi (1974–1978), direktorun elmi işlər üzrə müavini (1978–1985) olub.
Zöhrablı (Qəmərli)
Zöhrablı (Mrqanuş) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20. VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Çörük Qəmərli
Bolnisi (azərb. Qəmərli‎) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Bolnisi bələdiyyəsinin inzibati mərkəzi. == Tarix == Bolnisi şəhəri azərbaycanlılar tərəfindən tarixən Çörük Qəmərli kimi adlandırılmışdır. Bununla yanaşı rayonun bəzi yerlərində əski türk dilində "Bol və ulus" (çoxmillətli) sözlərinin birləşməsindən yarandığı ehtimal edilən "Bolus" sözü ilə əlaqəli bir çox toponimlərin olması da diqqəti çəkir.Bolnisi qəsəbə olaraq 1818-ci ilin payızı - 1819-cu ilin yayında Vürtemberq Krallığından Çar Rusiyası tərəfindən Qafqaza köçürülmüş almanlar üçün təşkil edilmiş, qəsəbə Rus imperatoru I Pavelin (1796-1801) qızı və Vürttemberq kraliçası Yekaterina Pavlovnanın şərəfinə Yekaterinenfeld (almanca Katharinenfeld) adlandırılmışdır. Burada məskunlaşdırılmış 116 alman ailəsinə 3913.1155 desyatin torpaq sahəsi verilmişdi.Gürcüstanda Sovetlər Birliyi qurulduqdan sonra 1921-ci ildə o, Almaniyada doğulmuş yəhudi əsilli kommunist inqilabçı Roza Lüksemburqun şərəfinə Lüksemburq adını daşımışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən sonra 3 aprel 1943-cü ildə Lüksemburq qəsəbəsinin adı Bolnisi qəsəbəsi olaraq dəyişdirildi. == Fiziki-coğrafi mövqeyi == Bolnisi şəhəri Gürcüstanın cənub-şərqində Maşavera çayının üzərində dəniz səviyyəsindən 520-600 metr yüksəklikdə, Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Havanın orta illik temperaturu 12 °C, o cümlədən yanvarda 0,0-0,3 °C, iyulda 23,6 °C, mütləq maksimum temperatur 40 °C, mütləq minimum temperatur -25 °C, illik yağıntı 400–500 mm təşkil edir. == Əhali == Gürcüstanda 2002-ci ildə aparılmış sonuncu əhali siyahıyaalmasının nəticələrinə görə şəhərin əhalisi 2.614 ailədə 9.938 nəfərdən ibarət olmuşdur .
Gəgəli
Gəgəli — Azərbaycan Respublikasının Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. == Tarixi == Gəgəli kəndinin əsasını Axtaçı oymaqından olan padarlar qoymuşdur. Dördüncü Axtaçı obası olan Axtaçı-Gəgəli obası yaylaqlarının adı ilə sonradan Gəgəli adlanmışdır. 1821, 1831-ci il siyahıalınmalarında Axtaçı, 1847, 1863, 1874, 1886-cı il siyahıyalınmalarında isə kəndin adı Axtaçı-Gəgəli kimi qeydə alınmışdır. Kənd əhalisinin müxtəlif yerlərdən köçməsi haqqında rəvayətlər siyahıyalınmalarda öz əksini tapmamışdır. Artıq XIX əsrin 40-50-ci illərindən başlayaraq Gəgəli adlı Axtaçı obası Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəsini daimi binə yeri seçmişdir. Həmin binə yeri antik dövr Nərgizava yaşayış yerinin qalıqlarını tamam əhatə edir və Yasamal torpağı adlanır. 1862-63-cü illərin rəsmi dövlət sənədində belə arayış var: «Bakı Quberniyasının Yerölçmə Mütəxəssisi cənablarına. Xançoban dairəsi Gəgəli obasının sakinləri Şamaxı Qəza Rəisi cənablarına Yasamal adlanan məxsusi torpaqda və icma qışlaqlarında oturaq həyata başlamağa icazə haqqında ərizə ilə müraciət etmişlər.
Gəyəli
Aşağı Gəyəli