PONÇİK
PONTON
OBASTAN VİKİ
Poni
Poni (ing. Pony) — xırda atlar. Boyu adətən 80–140 sm olur. Britaniya, İslandiya, Korsika, Siciliya, Qotland, Hokkaydo adalarında yetişdirilmişdir. Bir çox cinsi və tipi məlumdur. Kiçik kəndli təsərrüfatında, şaxtalarda, dağ yollarında, şəhərlər arasında yük daşımaqda istifadə edilir. Parklarda və bağlarda əyləncəli gəzinti məqsədilə uşaq arabalarına qoşulur. Geniş yayılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Budiansky, Stephen. The Nature of Horses.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Poniçala
Soğanlıq — Gürcüstan Respublikasının paytaxtı Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndinin qədim adı. Soğanlıq Tbilisi şəhərinin yaxınlıında yerləşən, əsasən azərbaycanlıların yaşadıqları bir kəndin qədim adıdır. Kənddə 5698 nəfər yaşayır. Ondan 2836-ı qadın, 2862-i isə kişidir. Əhalisi müsəlmandır. Soğanlıq qədim tarixə malikdir. Kəndin adının türk əsilli olması güman edilir. Aleksandr Puşkinin "Ərzuruma səfər" kitabında o bu kəndin adını hallandırır. 1970-ci illərin sonunda Gürcüstan Respublikasinda aparılan addəyişmə islahatlarına görə Soğanlığın qədim adı dəyişilərək "Poniçala" (gürcü dilində çala fonunda yerləşən yer deməkdir) qoyulur. == Tarixi == 1725-1728-ci illərdə Osmanlı İmperiyası məmurları tərəfindən tərtib edilmiş "Dəftər-i müfəssəl-i əyalət-i Tiflis"-ə görə Tiflis əyalətinin Baratlı nahiyyəsində yerləşən Soğanlıq kəndində 23 ev vardır və burada 37 nəfər vergi ödəyən müsəlman yaşayırdı.Əvvəllər Tbilisi şəhərindən bir neçə kilometr aralıda yerləşən kənd, sonralar sənayeləşmə prosesi ərəfəsində bir tərəfdən Tbilisi, digər tərəfdən Rustavidə baş verən urbanizasiya nəticəsində bir çox sənaye müəssisələri ilə əhatə olunmuşdur.
Viktor Ponidelnik abidəsi (Rostov-na-Donu)
Viktor Ponidelnik abidəsi və ya Futbolçu heykəli — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Olimp-2 stadionunun yaxınlııbda qoyulmuşdur. 2015-ci ildə futbolçu Viktor Ponidelnikin şərəfinə adlandırılmışdır. O, 1960-cı il Avropa kubokunun finalında vurulmuş qızıl qolun müəllifidir. == Tarixi == 2013-cü ildə Rostov-na-Donu ərazisində İdman nazirliyinin rəhbərliyi altında futbolçu Viktor Nonedelnikin şərəfinə abidənin ucaldılması haqqında konkurs təşkil edir. Elə həmin ilin avqustunda Dmitri Vasileviç Lındin konkurda iştirak etmək qərarına qəlir. Sentyabrda o, gildən bir eskiz hazırlamışdı. Onunla yanaşı üç nəfər bu yarışmada iştirak edirdi. Bununla bağlı komisiya təşkil edilir. Bu komisiyaya vitse qubernator Sergey İvnoviç Qorban, futbolçu Viktor Ponidelnik və Rostov vilayətinin idman nazirliyi nümayəndəsi Yuri Balanxin daxil idi.

Digər lüğətlərdə