Popo

der; -s, -s F dal, oturan yer
Popeline
popularisieren
OBASTAN VİKİ
Aleksandr Popov
Aleksandr Stepanoviç Popov (rus. Алекса́ндр Степа́нович Попо́в; 4 (16) mart 1859, Krasnoturinsk, Perm quberniyası[d] – 31 dekabr 1905 (13 yanvar 1906), Sankt-Peterburq[…]) — rus fiziki və elektrotexniki, professor, mülki müşavir (1901), fəxri mühəndis-elektrik (1899), radionun ixtiraçılarından biri. 1945-ci ildə SSRİ MEA radionun kəşf olunmasının 50 illiyi münasibətilə A.S.Popov adına Qızıl medal təsis etmişdir. Hər il may ayının 7-si radioelektronika sahəsində görkəmli nailiyyətlər əldə etmiş alimlər bu medalla təltif edilirlər.
Aleksandr Popov (fizik)
Andrey Popoviç
Andrey Popoviç - Macarıstan əsilli azərbaycanlı qapıçı. Oyunçu hazırda azad agent statusu daşıyır. 1992-ci ilin mart ayında Ukraynanın Zakarpatya vilayətində yerləşən Çop şəhərində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra Ujqorod şəhəri Dövlət Universitetində bakalavr səviyyəsində ali təhsil pilləsini bitirmişdir. 2008-ci ilədək Donetsk şəhərində yaşamış və yerli Metallurqun aşağı yaş qruplarında oynamışdır. Yeniyetmə yaşlarından futbolla məşğul olmağa başlayan Andrey Azərbaycana gəldikdən sonra peşəkar karyerasına qədəm qoymuşdur. Azərbaycandakı peşəkar karyerasına Bakı FK-da başlamışdır. Burada daha çox əvəzedici heyətdə oynayan və öz potensialını tam üzə çıxara bilməyən gənc oyunçu tezliklə Abşeron PFK-a icarəyə verilir. "Abşeron"un heyətində 26 qarşılaşmaya çıxan qolkiper klubun birinci divionda qızıl medala yiyələnməsində böyük pay sahibi olur. Beləcə elita klublarının diqqətini cəlb edən qapıçı müxtəlif vaxtlarda Sumqayıt Şəhər FK və Turan FK-nun şərəfini qoruyub.
Boris Popov
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Boswellia popoviana
Boswellia popoviana (lat. Boswellia popoviana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserakimilər fəsiləsinin bosvelliya cinsinə aid bitki növü.
Boyana Popoviç
Boyana Popoviç (20 noyabr 1979, Niş[d]) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Boyana Popoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Boyana Popoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Erigeron popovii
Erigeron popovii (lat. Erigeron popovii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Il Popolo d'Italia
Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu. 1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.
Jurinea popovii
Jurinea popovii (lat. Jurinea popovii) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Leonid Popov
Leonid Andreyeviç Popov (saxa Леонид Андреевич Попов; 14 avqust 1919, Suntar ulusu, Yakutiya MSSR – 1 aprel 1990) – Saxa yazıçısı, Saxa Xalq şairi. Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır. Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.
Luseqon Popovun villası
Lusenoq Popovun villası — Rostov-na-Donu şəhərində, Karl Marks meydanı ev 8 ünvanında yerləşən bina. Bina 1890–1891-ci illərdə inşa edilmişdir. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. 1928-ci ildən Popovun villasında doğum evi yerləşir. 2012-ci ildə bina rekonstruksiya edilmək üçün bağlanmışdır. Popovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir. İki mərtəbəli villa 1890–1891-ci illərdə Naxçıvan-na-Donu (hazırda Proletarski rayonu adlanan ərazi) mərkəzi meydanında yerləşirdi. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. Bina layihəsinin müəllifi isə Nikolay Nikitiç Durbax olmuşdur. Binanın birinci məryəbəsində kontorlar və dükanlar yerləşirdi.
Nikolay Popov
Nikolay Fyodoroviç Popov (d. 1905, Rusiya – ö. 1945, Polşa) — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945). Nikolay Popov 1905-ci ildə Rusiyanın Samara vilayətinin Puqaçov rayonunun Tambovka kəndində anadan olub. Milliyətcə rusdur. Müharibədən əvvəl Bakı şəhərində yaşamış, neft mədənlərində işləmişdir. 1941-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kiçik leytenant idi. 2-ci zərbə ordusunun 340-cı atıcı alayının taqım komandiri. Donbas, Qafqaz, Ukrayna, Belarus torpaqlarında bir çox döyüş əməliyyatlarında iştirak etmişdir.
Popokatepetl (vulkan)
Popokatepetl fəaliyyətdə olan vulkan. İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır. Vulkanın ətrafında Puebla (vulkanın şərq hissəsində) ştatının paytaxtlarından ən əhəmiyyətli konurbasiya cəmlənmişdir, şimal-şərqdən Tlaskala və şimal-qərbdə Mexiko şəhəridir. (Mexiko şəhərində 20 milyondan çox insan yaşayır) .
Poponax
Vachellia (lat. Vachellia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Popov adası
Popov adası (rus. Остров Попова) — Yapon dənizində ada. Böyük Pyotr körfəzi ərazisindəki İmeratrisa Yevgeniya arxipelaqına daxil olan ada Vladivostokdan 20 km cənubda, Ruskiy adasından 0,5 km cənub-qərbdə yerləşir. Ruskiy adasından Starka boğazı ilə ayrılır. Ada admiral Andrey Aleksandroviç Popovun şərəfinə adlandırılmışdır. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. Adada Papov qəsəbəsi yerləşir. 2010-ci il məlumatına görə qəsəbədə 1 370 nəfər yaşayır. Adadan dörd km qərbdə İki Qardaş adaları yerləşir. Ada Vlkadivostok şəhər dairəsi ərazisinə daxildir.
Popov adası (ABŞ)
Popov adası (ing. Popof Island, aleut. Siitikdax̂) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. İlk dəfə xəritədə rəsmi olaraq 1852-ci ildə rus hidroqrafı Mixail Tebenkov tərəfindən qeyd edilmişdir. Adanın sahəsi 93,651 km²-dir. Ən hündür yeri 472 metrdir. 2000-ci il siyahıyaalınmasına görə, adanın əhalisi 952 nəfər olmuşdur. Hamısı bir yaşayış məntəqəsində Sand Point şəhərində cəmləşmişdir.
Silviya Popoviç
Silviya Popoviç (15 mart 1986, Nikşiç) — Serbiya voleybolçusu.
Skrjabinus popovi
Skrjabinus popovi (lat. Skrjabinus popovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. Lanset şəkilli trematodlardır, uzunluğu 4,3, eni isə 1,05 mm-dir. Ağız sormacının uzunluğu 0,28 mm, eni 0,031 mm-dir. Bədənin ön qurtaracağından 0,966 mm məsafədə yerləşən, ağız sormacından 2 dəfə böyük müqayisəedici dərəcədə möhkəm olan qarın sormacının diametri 0,52 mm-dir. Udlaq qısadır. Dairəvi farinksin diametri 0,105 mm-dir. Oval şəkilli yumurtalıqlar asimmetrik şəkildə yanlarda, qarın sormacının arxa qurtaracağında yerləşir. Sağ toxumluğun böyüklüyü 0,178 mm, eni isə 0,241 mm, sol toxumluğunki isə 0,126 mm, eni 0,210 mm-dir. Cinsi bursa qarın sormacından öndə yerləşib uzunluğu 0,210 mm, eni 0,168 mm-ə çatır.
Valentina Popova
Valentina Popova (rus. Валентина Попова; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu. SSRİ əməkdar idman ustası (1984). Valentina Popova karyerasına Azərbaycanda başlayıb. Sumqayıt tennis məktəbinin yetirməsidir. 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib. 1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib. Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur.
Chrysanthemum popovii
Xylanthemum fisherae (lat. Xylanthemum fisherae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xylanthemum cinsinə aid bitki növü. Chrysanthemum fisherae (Aitch. & Hemsl.) Rech.f. Pyrethrum fisherae (Aitch. & Hemsl.) Boiss. Tanacetum fisherae Aitch. & Hemsl. Cancrinia rupestris (Popov) Poljakov Chrysanthemum polycladum Rech.f. Chrysanthemum popovii Gilli Chrysanthemum rupestre (Popov) Rech.f.
Popov qalası
Popov qalası (ukr. Садиба Попова) — Ukraynanın Zaporojye vilayətindəki Popov zadəganlarının ailə mülkü. Q. A. Potyomkinin tərəfdaşlarından biri olan ilk sahibi Vasili Stepanoviç Popovun şərəfinə adlandırılmışdır. Mülkiyyətin yanında böyüyən Vasilyevka şəhəri öz adını mülkdən almışdır. Genişmiqyaslı malikanə (ümumiyyətlə "Popov qalası" kimi tanınır) 1864–84-cü illərdə tikilmişdir. Melitopol memarı A. N. Ageyenko tərəfindən general Vasili Pavloviç Popov üçün neo-qotik üslubda dizayn edilmişdir. 1993-cü ildən qorunan yardımçı tikililərin və mülkün at bağının ərazisində muzey təşkil edilmişdir. Qalanın və Vasilyevkanın özünün tarixi Popovlar ailəsi ilə sıx bağlıdır. XVIII əsrin sonlarında Vasili Stepanoviç Popov kazak qışlaqları və fermalarının yerində qəsəbə qurdu. I Pavelin dövründə o, istefasını aldı və mülklərini inkişaf etdirmək üçün Tauride əyalətinə getdi.
Popoviocodonia
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Geranium popovii
Sibir ətirşahı (lat. Geranium sibiricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Geranium sibiricum subsp.
Geranium sibiricum subsp. popovii
Sibir ətirşahı (lat. Geranium sibiricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Geranium sibiricum subsp.