Harri Potter (personaj)
Harri Ceyms Potter (ing. Harry James Potter 31 iyul 1980) — ədəbi personaj, ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış romanlar seriyasının baş qəhrəmanı, sehrbaz. Öz dünyada o, qüdrətli qara cadugər Lord Voldemorta qalib gələn yeganə sehrbaz kimi tanınır. Personaj dünyada böyük məşhurluq qazandı.
Adı: Harri Ceyms Potter (orta adını atasının şərəfinə alıb);
Valideynləri: Ceyms Potter və Lili Potter (Evans);
Bədən quruluşu: arıq;
Xüsusi əlamətləri: yumru çərçivəli eynək taxır; alnında ildırım formasında çapıq, sol qolunda Dolores Ambricin qanunsuz cəzaları nəticəsində əmələ gələn çapıq ("Mən yalan deməməliyəm" sözləri), sinəsində oval formada çapıq;
Gözləri: açıq-yaşıl, badam formasında;
Qeyri-adi bacarıqları: sehrbaz; ilanlar ilə danışmaq qabiliyyəti; Hoqvarts məktəbinin ən yaxşı arayıcılardan biri;
Fakültəsi: Qriffindor;
Qviddiç: Arayıcı, komadanın kapitanı;
Ailəsi: Ceyms Potter (atası), Lili Potter (anası), Sirius Blek (xaç atası), Petuniya Dursli (xalası), Vernon Dursli (xalasının həyat yoldaşı), Dadli Dursli (xalası oğlu), Cinni Uizli (həyat yoldaşı), Ceyms Sirius Potter (böyük oğlu), Albus Severus Potter (kiçik oğlu), Lili Luna Potter(qızı) Tedi Lupin(xaç oğlu)
Sevgilisi: Cinni Uizli; dördüncü kursdan beşinci kursun yarısınadək Ravenklou faküktəsindən olan Cou Çanqdan xoşu gəlir;
Çubuğu: çoban saçağı ağacı və simurq quşunun lələyindən, 11 düym; yeddinci hissədə Hermiona Qreyncer tərəfindən sındırılmışdır. Həmin kitabda Harri faktiki olaraq gəndalaş ağacından olan yenilməz çubuğu və Drako Malfoya məxsus olan çubuğunun sahibidir;
Süpürgəsi: 1. Minerva MakQonaqall tərəfindən hədiyyə verilən Nimbus-2000 süpürgəsi 3. Sirius Blekin hədiyyəsi olan İldırım süpürgəsi 4. Nimfadora Tonksun milad hədiyyəsi olan İldırım-ın heykəlciyi;
Övladları: Ceyms Sirius Potter, Albus Severus Potter, Lili Luna Potter.
Harri obrazı ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında (ABŞ-da "Harri Potter və Sehrbaz Daşı" adıyla nəşr olunub) görünüb.