Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Foreşok
Foreşok və ya ilkin seysmik təkan — daha geniş seysmik tədbirdən (mainşok) baş verən zəlzələ tipi. Hadisələrin tam ardıcıllığı məlum olandan sonra ilkin seysmik təkan, mainşok və ya zəlzələni təyin mümkündür. 2002-ci ildə Sumatra adasındakı zəlzələ bu tipə aid edilsə də, bu zəlzələ sunaminin baş verməsinə səbəb kimi qiymətləndirildi.
Forssk.
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. == Forsskolun şərəfinə adlandırılıb == Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. == İstinadlar == == Xarici keçidlər == Philippe Provençal.
Qorşaq
Qorşaq - türk və altay xalq inancında heyvan cini. Eşşək, köpək, donuz, keçi qılığına girdiyinə inanılan bir varlıq. Gecə qapıları döyüb, ev sahibinin verdiyi bir səs və kılıkla onu aldadaraq çölə çağırıb qaçırır. Gecələri çox çox çölə çıxmanın doğru olmadığını vurğular. == Etimologiya == (Qor/Kor) kökündən törəmişdir. Qorxmaq feli ilə əlaqəlidir. Boz rəngi de ifadə edər.
Torjok
Torjok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Qoryo
Koryo (kor.- 고려) — X əsrdə Taebonq dövlətinin 4 general tərəfindən devrilməsindən sonra yaradılmış dövlətdir.918-ci ildə yaradılmış bir Koreya krallığı olub, 1392-ci ilə qədər hökm sürmüşdür.Goryeo Koreya tarixçiləri tərəfindən "əsl milli birləşmə" adlandırılmışdır. Koreya sözü Koryö-dən yaranmışdır. Koryo, ilk dəfə 5-ci əsrin əvvəllərində Goguryeo tərəfindən istifadə edilmişdir. İlk kralının adı Sejo adı ilə tanınan Wang Ryung olmuşdur. VII əsrin sonlarından etibarən Koreya yarımadasının çox hissəsini idarə edən Şila krallığı bir müddətdən sonra siyasət hadisələrin baş verməsi səbəbindən, IX əsrin sonlarında dağılmağa başlamış və asiya tarixdə tanınan Baekje və Koquryeo kimi qədim dövlətlərin dirçəlməsinə gətirib çıxarmışdır. Daha sonra Koquryeonun (həm də Taebong kimi tanınırdı), yerində Goryeonu quran Goguryeo nəslinin görkəmli generalı Wang Geon tərəfindən 918-ci ildə devrildi. 935-ci ildə Goryeo sülh yolu ilə Silla'ya qoşuldu və Koreya yarımadasını uğurla birləşdirərək, 936-cı ildə Baekje'ni fəth etdi. 993-cü ildən başlayaraq Goryeo , şimalda güclü köçəri imperiya olan Xitan Liao sülaləsi tərəfindən çox sayda işğallara məruz qalıb, 1019-cu ildə həlledici müharibədə Goryeo qələbə çalaraq qızıl dövrünə daxil olmuş, bu da bir əsrlik sülh və firavanlıq gətirmişdir.Bu dövrdə Koryo,Şərqi Asiyada Liao və Song arasındakı balansı qorumağı bacramışdır. == İqtisadiyyat == === Ticarət === Goryeo sülaləsi dövründə ticarət sürətli idi. Xanədanlığın əsas limanı Byeokrando idi.
Antoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Ayris Mördok
Cin Ayris Mördok (ing. Jean Iris Murdoch; 15 iyul 1919[…], Dublin – 8 fevral 1999[…], Oksford, Birləşmiş Krallıq) — İngilis yazışısı və filosofu. Ədəbiyyat üzrə Mən Buker mükafatının laureatıdır, o bu mükafatın siyahısına, rekord olaraq, 6 dəfə seçilib. Mördok 26 roman, 5 oyun, 5 fəlsəfə əsəri ve 1 ədəd şer toplusu kitablarının müəllifidir. == Həyatı == Ayris Mördok İrlandiyanın Dublin şəhərində Uils Con Hyuqs Mördok və Ayren Elis ailəsində dünyaya göz açıb. Onun atası məmur idi, anası isə, Ayrisin anadan olmasına qədər mügənni olmuşdur. Ayris ailənin yeganə övladı idi. Ayris Oksford Universitetinin klassik fəlsəfə fakultəsində (1938—1942) Kembric Universitetində isə fəlsəfə fakultəsində (1947—1948) təhsil alır. Oksford Universitetində müəllim kimi işləyir. Universitet illərində o çox sayda önəmli şəxsiyyətlərlə tanış olur.
Barbara Qordon
Barbara Qordon (ing. Barbara Gordon) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Daff Qordon
Lyusi Ledi Kristiana Daff Qordon (ing. Lucy, Lady Duff-Gordon; 13 iyun 1863[…], London – 20 aprel 1935[…]) - Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. == Həyatı == Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. == Erkən həyatı == Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Dmitri Qordon
Dmitri Qordon (ukr. Дмитро Ілліч Гордон) — Ukrayna jurnalisti və televiziya aparıcısı.
Entoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Gerson Omubo
Kayde Qordon
Kayde Şin Qordon (5 oktyabr 2004, Derbi, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Liverpul" klubunda cinah hücumçusu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Erkən illəri == Qordon Derbi şəhərində anadan olmuşdur. == Klub karyerası == Qordon 2013-cü ildə 9 yaşı olarkən "Derbi Kaunti" akademiyasına qəbul olmuşdur. O, karyerasında debütünü 29 dekabr 2020-ci ildə "Birminhem Siti" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.5 fevral 2021-ci ildə Qordon "Liverpul" klubuna transfer olmuşdur. "Derbi Kaunti" klubuna 1 milyon sterlinq civarında bildirilən və əlavələri ilə birlikdə 3 milyon sterlinqə qədər yüksələn transfer məbləği ödənilmişdir. O, klub ilə debütünü 21 sentyabr 2021-ci ildə "Norviç Siti" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. Həmin görüşdə klub rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 16 yaş 11 ay 16 günlüyündə meydana çıxan Qordon "Liverpul" klubu tarixində oyuna çıxan ən gənc beşinci futbolçu olmuşdur. == Milli karyerası == Qordon bir müddət İngiltərə U-16 millisində çıxış etmişdir.
Mett Mördok
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Porsuk çayı
Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay. Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur. Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir. Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. == Qabaqcadan görmə yollarının kateqoriyaları == === Sayılı yollar Keyfiyyətli yollar qarşısında === Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy)Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Qordon Alport
Qordon Alport (11 noyabr 1897 - 9 oktyabr 1967) — Amerika psixoloqu. == İstinadlar == == Xarici keçidlər == Allports classic paper on autonomy of motives at Classics in the History of Psychology page.
Qordon Banşaft
Qordon Banşaft (9 may 1909[…], Buffalo, Nyu-York ştatı – 6 avqust 1990[…], Nyu-York, Nyu-York ştatı) — yəhudi əsilli ABŞ memarı. == Həyatı == Qordon Banşaft 1909-cu ildə Nyu-York ştatının Buffalo şəhərində anadan oldu və liseyi də eyni şəhərdə tamamladı. Memarlıqtəhsilini isə Massaçusets Texnologiya İnstitutunda aldı. Qordon Banşaft Myes Van Der Roh və Le Karbusyerdən təsirlənən Modernist memardır. Ən tanınmış əsəri "Lever Brothers" sabun firması üçün tikdirdiyi "Lever" binasıdır. 1954-cü ildə tikilən onu işi olan Hannover Trast Branç Bankı II Dünya müharibəsindən sonra bir ABŞ-nin qərbində tikilən ilk şəffaf tikili olmuşdur. Memarlıq karyerasının ilk illərində Edvard Durel ilə işləyən Banşaft sonra SAM şirkətinin rəhbərlərindən biri kimi işləməyə davam etdi. Qordon Banşaftın karyerası boyunca tikdirdiyi yeganə ev ailəsi üçün hazırladığı və 210 m² sahəyə malik "Travertin Evi" olmuşdur. Ölümündən sonra ev Müasir İncəsənət Muzeyinə bağışlansa da, muzey daha sonra evi Marta Stevarta satdı.Qordon Banşaft 1950-ci illərdə ABŞ Xarici İşlər Nazirliyinə Almaniyadakı səfirliklərin dizaynı üçün kömək etmişdir. 1988-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.
Qordon Benks
Qordon Benks (ing. Gordon Banks; 30 dekabr 1937, Şeffild, Yorkşir[d] – 12 fevral 2019, Stok-on-Trent, Qərbi Mildlend[d]) — keçmiş ingilis futbolçu, qapıçı, 1966-cı il dünya çempionu. Eləcə də 1962 və 1970-ci illərdəki dünya çempionatında iştirak etmişdir. Futbol Tarixi və Statistikası Beynəlxalq Federasiyasının dünyadakı futbol mütəxəssisləri arasında keçirdiyi referendumun nəticələrinə əsasən o xx əsrin ən yaxşı qapıçıları arasında Lev Yaşindən sonra ikinci yeri tutmuşdur.Onun "Stouk" komandasına keçməsindən ötrü 25 min funt verilmişdi. Bu komandanın kapitanı olmuşdu. İngiltərə yığma komandasının heyətində 62 oyun keçirib. FİFA Dünya Kuboku 1966 və FİFA Dünya Kuboku 1970-in iştirakçısı olmuşdur.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir.Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. == Yerləşməsi == Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. == Fakültələri == Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.