PƏRDƏLƏMƏK

f.
1. Qabağını örtmək, tutmaq, görünməz etmək. Duman günəşi pərdələdi.
2. məc. Üstünü örtmək, ört-basdır etmək, gizlətmək. Öz məqsədini pərdələmək. Cinayəti pərdələmək.
[Vəliəhd:] Əlbəttə, hər anda və hər kəsin andına inanmaq olmaz, çünki bəzən andlar yalanları doğrultmaq, bəzən də həqiqəti pərdələmək məqsədlərinə xidmət edir. M.S.Ordubadi.

// Üzə vurmamaq, göstərməmək, büruzə verməmək, gizlətmək.
Cuma arvadına qarşı duyduğu soyuqluğu pərdələmək haqqında düşündü… Ə.Əbülhəsən.

Синонимы

  • PƏRDƏLƏMƏK örtmək — tutmaq
  • PƏRDƏLƏMƏK gizlətmək
PƏRDƏLƏMƏ
PƏRDƏLƏNMƏ

Значение слова в других словарях