qıfgülü
qıfılaçan
OBASTAN VİKİ
Qıfıl
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
40-cı qapının qıfılı (film, 2003)
Qıfılbənd
Qıfılbənd — aşıq deyişmələri zamanı tətbiq edilən spesifik şeir. Forma baxımından, əsasən, qoşmadır. Bəzən bağlama da adlandırılır. Adətən, sazçalma və şeir texnikası baxımından bir-birini üstələyə bilməyən aşıqlar qıfılbəndə əl atırdılar. Qıfılbəndlərin böyük əksəriyyəti dini-mistik təsəvvürlərlə, tarixi əfsanələrlə, təbiət hadisələri ilə bağlı olur, aşıqların müşahidə qabiliyyətini, ümumiləşdirmə istedadını, intellektini, ətraf aləm, mühüt haqqında təsəvvürlərini aşkara çıxarmağa imkan verir. Xalq sənətkarlarından Meşkinli Məhəmmədin aşağıdakı qıfılbəndi bu poetik forma haqqında təsəvvür yarada bilər: Qıfılbəndin cavabı forma və qafiyə baxımından suala uyğun gəlməlidir. Yalnız belə olduqda aşıqlar deyişməni davam etdirə bilərdilər. Aşıq Ələsgərlə Aşıq Bəhramın qıfılbəndi buna bariz nümunə ola bilər: Qıfılbəndə cavab tapa bilməyən aşıq sazını verərək məğlub kimi meydanı tərk etməli olurdu. Elçin. Seçilmiş əsərləri.
Şahbulaq Qıfılı saray kompleksi
Şahbulaq Qıfılı saray kompleksi — Qarabağ xanlarının yay iqamətgahlarından biri. Ağdamın Şahbulaq yaylağında yerləşir. Saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Tikintisi iki ilə, yəni 1751–1752-ci illərdə başa çatmışdır. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda Şahbulaq Qıfılı adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə əsasən, xan sarayının tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Tarixi mənbələrdə göstərilir ki, Saray binası plana əsasən düzbucaqlı formaya malikdir. Quruluşunda kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.

Значение слова в других словарях