Şahbulaq Qıfılı saray kompleksi — Qarabağ xanlarının yay iqamətgahlarından biri. Ağdamın Şahbulaq yaylağında yerləşir.
Şahbulaq Qıfılı saray kompleksi | |
---|---|
40°03′55″ şm. e. 46°54′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Şahbulaq |
Sifarişçi | Pənahəli xan |
Tikilmə tarixi | 1751-1752 |
Vəziyyəti | xarabalıqları qalıb |
Rəsmi sayt | tigranakert.am |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Tikintisi iki ilə, yəni 1751–1752-ci illərdə başa çatmışdır. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda Şahbulaq Qıfılı adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə əsasən, xan sarayının tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur[1]. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Tarixi mənbələrdə göstərilir ki,
|
Saray binası plana əsasən düzbucaqlı formaya malikdir. Quruluşunda kilidi xatırladan elementlərdən istifadə olunmuşdur. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü isə 8,5 metr idi. Kompleksin girişi şərq divarının mərkəzindən qoyulmuşdur. Girişin ətrafında çöl hissədən ikimərtəbəli qüllə formasın tikinti də mövcud idi. Şahbulaq Qıfılının şimal-qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edildiyi müəyyən edilib. Bəzi mənbələrdə 1758-ci ildə Qarabağ xanlığının yaradıcısı və rəhbəri, böyük sərkərdə, Azərbaycanın milli liderlərindən biri Qarabağlı Pənahəli xanın vəfat etdikdən sonra, məhz burada dəfn edildiyi güman edilir.[3]
Tədqiqatçıların qənaətinə görə, Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu Qarabağ memarlığının, xüsusilə də Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir. Bu abidə kompleksi I Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. Ancaq Ermənistan tərəfindən işğal edildikdən sonra Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bütün işğal edilmiş ərazilərə ezam edilərək ərazilərimizdə mövcud olan memarlıq və arxeoloji abidələri erməniləşdirdilər, ya da tamamilə dağıtdılar. Bu abidələrdən biridə Qıfıl sarayıdır. Komplekdən mühafizə divarlarından başqa bir şey qalmamışdır. Ermənistan mənbələrinin məlumatına görə, bu planın həyata keçirilməsinə Ermənistanın "Erkir" ictimai təşkilatlar birliyi maliyyə dəstəyi göstərib. Şahbulaq saray kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdır. Yalnız kompleksin mühafizə divarları qalmışdır. 2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edildikdən sonra erməni alimləri orada aparılan qazıntıların nəticəsi olaraq iddia etdilər ki, guya "qədim erməni dövlətinin paytaxtlarından" biri olan Tiqranakert elə Şahbulaq yaylağında "gizlənibmiş". Həmin vaxta qədər erməni alimləri birmənalı olaraq bəyan edirdilər ki, Tiqranakert şəhərinin qalıqları Türkiyə ərazisində Diyarbəkir şəhərinin yaxınlığındadır. Deməli, ermənilərin "qədim paytaxtları" da gizlicə sürüşə-sürüşə gəlib Şahbulaq yaylağına çıxıbmış. 20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğaldan azad edilməsi nəticəsində Şahbulaq sarayı da işğaldan qurtulmuşdur. İkinci Qarabağ müharibəsini yekunlaşdıran 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan birgə bəyanatına əsasən Qıfıl sarayının yerləşdiyi Ağdam rayonu 20 noyabrda Azərbaycanın nəzarətinə keçmişdir[4].
Tədqiqatçıların qənaətinə görə Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu Qarabağ memarlığının, xüsusilə də Qarabağın mərkəzi Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir. Bu abidə kompleksi I Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. Hətta Sovetlər dönəmində Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi. Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi "Kilid"-qıfıl adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.[5]