QƏRARSIZ

sif.
1. Aramsız, durumsuz, bir yerdə qərar tapa bilməyən; səbirsiz, dözümsüz. Qərarsız uşaq.
2. Səbatsız, davamsız, mütərəddid, dəyişkən, daim dəyişən. Qərarsız adam. Hava bu gün çox qərarsızdır.
3. Rahatsız, narahat, iztirablı. Könlüm çox qərarsızdır.
– …Qaynanasının ona ürək-dirək verməsinə baxmayaraq, Durna qərarsız oldu. İ.Əfəndiyev.

4. Arasıkəsilməz, aramsız, uzunsürən. Yağış qərarsız (z.) yağır.

Синонимы

  • QƏRARSIZ səbatsız — davamsız — dəyişkən
  • QƏRARSIZ rahatsız — narahat — iztirablı
  • QƏRARSIZ aramsız — durumsuz — səbirsiz — dözümsüz
  • QƏRARSIZ qərarsız bax narahat
QƏRARNAMƏ
QƏRARSIZLIQ

Значение слова в других словарях