Meyvə qabıqyeyəni
Meyvə qabıqyeyəni (lat. Scolytus mali Bechst.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ.
Sürfə mərhələsində qışlayır. Ədəbiyyat məlumatlarına əsasən aprel ayında pup mərhələsində keçir, bizim tədqiqatlara görə, pup mərhələsinə əsasən may ayının birinci ongünlüyündə keçir. Böcəklərin təbiətdə uçuşu, iyunun əvvəlindən iyulun ortalarına qədər davam edir. bu müddətdə dişi fərdlər ağacın qabıq hissəsini gəmirərək, iri deşiklər açır və oraya 60-dan 120-yə qədər yumurta qoyur. 6-8 gündən sonra yumurtalardan çıxan sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına, oduncağa qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar. İldə bir nəsil verir, bəzək bitkilərindən başqa digər meyvə ağaclarına da ciddi zərər verir. Bizim müşahidələrimizə görə ən çox əriyə (25-30%) və şama (20-24%) zərər verir.