QABAQCIL

sif.
1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal. Cəmiyyətin ən qabaqcıl adamları.
[“Dəbistan”] ilk məktəbli jurnalının bağlanması qabaqcıl elm, maarif xadimlərini, vətənpərvər ədib və şairləri kədərləndirmiş, bir çox ədəbi-bədii əsərin başlıca obyektinə çevrilmişdir. Hophopnamə”.

// İs. mənasında. Neft sənayesi qabaqcılları. Kənd təsərrüfatı qabaqcılları. İstehsalat qabaqcıllarının müşavirəsi.
2. Öz inkişafına görə o birilərindən daha yüksək səviyyədə olan, ən mütərəqqi, ən irəlidə gedən. Qabaqcıl elm. Qabaqcıl nəzəriyyə.
– Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi. A.Şaiq.
Həsənbəy Zərdabi dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov.

Синонимы

  • QABAQCIL 1. QABAQCIL ..Kəndimizin bugünkü qabaqcıl adamlarının ürəyini döyündürən bu ehtiraslı duyğular müqəddəsdir (M
  • QABAQCIL mütərəqqi
  • QABAQCIL fəal
  • QABAQCIL şüurlu — gözüaçıq — təşəbbüslü

Антонимы

  • QABAQCIL QABAQCIL – MÜHAFİZƏKAR Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi (A.Şaiq); Öz əqidəsinə görə çox mühafizəkar adamdır (Ə
QABAQCADAN
QABAQCILLIQ

Значение слова в других словарях