QALAYÇI

сущ. къелечи (цурун къапариз къеле гудай устӀар); // къелечидин (мес. туьквен).
QALAY
QALAYÇILIQ
OBASTAN VİKİ
Qalayçı (Bukan)
Qalayçı (fars. قلايچي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (23 ailə).
Qalayçılar
Qalayçılar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. 1930-cu ilə qədər Qalayçılar kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Qalayçılar kəndi Qarabağ müharibəsi zamanı — 1993-cü il, iyunun 16-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənddə 2 mağaza, orta və ibtidai məktəb, tibb məntəqəsi, 1 kitabxana, 1 klub və 1 uşaq bağçası fəaliyyət göstərib. Rayon mərkəzindən 26 km şimal qərbdə, Ağdam-Ağdərə şose yolundan 4 km aralı, Qabartı çayının sağ və sol sahilində, Qarabağ silisiləsinin ətəyindədir. İşğala qədərki dövrün son (16 iyun 1993-cü il) məlumatına əsasən, Qalayçılar kəndində yaşayan əhalinin sayı 1476 nəfər olub. Əhalinin əsas məşquliyyəti heyvandarlıq və taxılçılıq idi. XIX əsrdə ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi Qalayçılar camaatının da normal həyat ritmini pozdu, lakin bu qoçaq camaat rus imperiyasına güvənən erməni gədələrinə cavab verməyi bacarırdı. XX əsrin sonlarında erməni terroru yenidən tüğyan edəndə Qalayçıların igid oğulları özünümüdafiə rotası yaradıb erməni daşnaklarıyla mübarizəyə başladılar.
Qalayçılıq
Qalayçılıq — mis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsi. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu — ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər. Qalayçılıq xüsusilə Dağıstanda, həmçinin Azərbaycanda Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı və Lahıcda geniş yayılmışdı. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonların qalayçı emalatxanaları var.

Значение слова в других словарях